Bismillahir-Rəhmanir-Rəhim
İslam dünyası niyə susur?
Liviyada baş verən vəhşiliklər dünyada analoqu olmayan hadisələrdəndir. 42 il ölkəyə zülmlə rəhbərlik edən cinayətkar, yelbeyin, zalım bir insan bütün hərbi gücü ilə öz xalqını kütləvi qırmaqla ölkəsini xarabaya çevirməkdədir? Təəccüblüsü burasıdır ki, islam dünyası bu dəhşətli cinayətləri bir tamaşaçı kimi seyr edir!
Məgər Qurani-kərim “İslam ölkələrində bir dəstə digər dəstəyə zülm etsə, Allah hökmü qarşısında təslim oluncaya qədər təcavüzkar qrupa qarşı vuruşun” deyə, göstəriş vermirmi?! (“Hücürat” surəsi, ayə 9.)
Müharibə lazım deyil, nə üçün islami lider, alim və siyasətçilər sükut edirlər?! İslam konfransı niyə susur?! Ərəb liqası heç nə etmir?! Nə üçün onlara ölüm saçan sükut hakim kəsilib?! O birliklərin funksiyası təkcə “quru ad”-danmı ibarətdir?
Ən azından islam ölkələrinin hamısı bəzi qərb ölkələri kimi inqilabçıları rəsmi şəkildə tanıya, Liviya diktatorunu və onun tabeçiliyində olan hakim dairələri hərbi cinayətkar kimi təqdim edərək onların cəzalandırılmasını beynəlxalq məhkəmələrdən tələb edə bilər.
Bu iş inqilabçıları ruhlandırar və Liviyanın cinayətkar hakiminə başa salar ki, bu ölkənin gələcəyində ona yer yoxdur. Cinayətlərin qarşını almaqda onun böyük təsiri ola bilər. Lakin bununla da kifayətlənmək olmaz.
Görünməmiş vəhşilik - cinayət törədən hakim, insanları qətliam etməklə Liviyanın şəhərlərini yenidən əldə etsə də, artıq orada onun hökmranlıq etməsinin mümkünsüzlüyü aydın məsələdir. Bəs nəyi gözləyirlər?! Bütün olanlardan sonra onu yenidən rəsmi şəkildə tanımaqmı istəyirlər?!
Yəməndə və digər İslam ölkələrində bu cinayətlər təkrarlanmamışdan öncə, müsəlmanlar ayağa qalxıb fəryad etsin. Qərblilər tamaşaçıdırlarsa, vaxt öldürürlərsə səbəbi aydındır. İslam ölkələrinin viran olması onların mənafeyinə zidd deyil, üstəlik sevinirlər. Müsəlmanlar da sevinməlidirmi?!
İslam ölkələri bilməlidirlər ki, dəhşətli cinayətlər qarşısında ölüm saçan sükut onlara da elə bir taleyi yaşamağı vəd edir. Ümid edirik ki, o gün yetişməzdən öncə qəflət yuxusundan oyansınlar, öz insani və islami vəzifələrinə əməl etsinlər. Vəllahu min vərail-qəsd (Allah bütün məqsədlərdən agahdır!)
Vəssəlamu-ələykum və rəhmətullahi və bərəkatuh!
Liviyada baş verən son faciələrlə bağlı ali məqamlı ustad Məkarim Şirazinin bəyanatı
İslam dünyası niyə susur?İslam rəhbərləri, alimləri və siyasətçiləri nə üçün sükut edir? İslam konfransı niyə susur? Niyə ərəb ölkələri liqası heç nə etmir? Nə üçün onlara ölüm saçan sükut hakim kəsilib?