Pakistanın sel vurmuş ərazilərində yaşayan əhaliyə yardım məqsədilə 50000000 tümən pul vəsaiti ayıran Həzrət Ayətullah əl-uzma Məkarim Şirazi sözlərinin davamında dedi:
Dünyada yaşayan bütün insanlardan istəyimiz budur ki, bu ağır faciədə zərər çəkmiş insanların köməyinə tələssinlər. İnsanlar öz dini xüms-zəkatlarının bir hissəsini də (imam səhminin üçdə birini) bu istiqamətdə xərcləyə bilərlər.
Həzrət Ayətullah əl-uzma Məkarim Şirazi Mordad ayının 25-ində Pakistanın İrandakı səfiri ilə görüşündə bu ölkədə baş verən sel fəlakətinin nəticələrindən son dərəcə kədərləndiyini bildirərək dedi:
Bu hadisə qəlbimizi kədərlə doldurdu, hər gecə-gündüz bu ölkənin zərər çəkmiş xalqı üçün dua edirik.
O, bu faciənin ağır nəticələrini son dərəcə kədərli və acı olduğunu söyləyərək əlavə etdi:
Təbii fəlakətdən zərər çəkmiş Pakistan xalqının köməyinə tələsmək və bu ölkədə olan qardaş və bacılara yardım göstərmək bütün dünya müsəlmanlarının və azad fikirli insanların borcudur.
Cənab ustad sözlərinin davamında dedi:
Hazırkı şərait İran xalqının öz qardaşlığını Pakıstan xalqına nümayiş etmək və onların köməyinə tələsmək üçün ən əlverişli zamandır. Allah-taladan diləyimiz budur ki, bu fəlakətin ağır nəticələrini mümkün qədər tez aradan qaldırsın.
Bu gün, Pakistanda baş verən və bu xalqın secincinə və ya kədərinə səbəb olan bütün hadisələr bizim üçün də eyni hisləri doğurur. Biz də onların sevinc və kədərinə şərik olacağıq.
Həzrət Ayətullah əl-uzma Məkarim Şirazi təkid edərək dedi: İran xalqı baş verən hadisələrdə Pakistan xalqının dərdinə şərik olacaqdır. Biz bu hadisə ilə bağlı öhdəmizə düşən vəzifəmizi tam şəkildə yerinə yetirməyə çalışacağıq.
Ümidvarıq ki, insan hüquqlarından və humanitar yardımlardan ağız dolusu danışan şəxslər belə bir vəziyyətdə öhdələrinə düşən məsuliyyəti hiss edib yalnız “təəssüflənməklə” və “əməlsiz sözlərlə” kifayətlənməsinlər.
Cənab ustad sözlərinin arasında Pakistan rəsmilərini İran İslam Respublikası ilə daha səmimi əlaqələr yaratmağa və məntəqənin təhlükəsizliyi üçün səy göstərməyə çağırdı.
Cənab Ayətullah əl-uzma Məkarim Şirazi xatırlatdı ki, hazırkı şəraitdə Pakistan rəsmiləri bu iki ölkə arasında dostluğa xələl gətirən amilləri diqqətlə izləməli, regionu amansız və muzdur terroristlərin fəsadlarından təmizləməlidirlər.
Cənab ustad İran və Pakistanın çoxsaylı müştərək adət-ənənələrinə işarə edərək əlavə etdi ki, hazırkı tufanlı dünyada biz bir-birimizin yanında olmalı, azğın və fitnəkar insanların aramızdakı səmimiyyətə xələl gətirməsinə icazə verməməliyik.
Regionda baş verən terror hadisələrinin çoxu vəhhabilərin dini mədrəsələrində keçilən yanlış təlimlərdən mənşələnir. Onlar özlərindən başqa hamını kafir bilir və qanlarını mübah sayırlar. Doğru proqram əsasında və bu mədrəsələrə ciddi nəzarət etməklə bu amillərin kökünü kəsmək mümkündür.