Sözü gedən saytın məsul işçisinin verdiyi açıqlamaya görə hörmətli təbliğçilər tərəfindən ofisə daxil olan müxtəlif ölkələrdə yaşayan azərbaycanlı müsəlmanların çoxsaylı xahişlərinə dair məlumatları nəzərə alınaraq, Əhli-beyt (əleyhimus-salam) maarifinin yayılması məqsədilə saytın Azərbaycan dilində fəaliyyəti istiqamətində işlər ötən ilin Şəvval ayından başlamış, Allahın lütfü və Həzrət Vəliyyi-Əsrin (ə.c) inayəti ilə imamət və vilayət səmasının axırıncı ulduzu, bəşəriyyətin xilaskarı Həzrət Bəqiyyətullah əl-Əzəmin (ə.c) milad axşamı məqbul informasiya ilə istifadəyə yararlı vəziyyətə gətirilmişdir.
Bu saytın aktiv bölmələrindən Qurani-kərimin tərcümə olunmuş kamil mətnini, həzrət ustadın “Tovzihul-məsail” risaləsini, istiftaatın (sual-cavab) bir hissəsini və ustadın tərcümeyi-halını misal gətirmək olar.
O, müsahibəsinin davamında qeyd etdi ki, yaxın gələcəkdə həzrət ustadın tərcüməsi sona çatmış əsərləri bu saytda yerləşdiriləcəkdir.
Qeyd etmək lazımdır ki, əksəriyyətini şiələr təşkil edən 8 milyondan artıq əhaliyə malik Azərbaycan respublikası İslam maarifinin intişarı üçün əlverişli məkandır. Ümidvarıq ki, saytın kollektivi məcazi internet fəzasında təbliğ müəssisələrinin artımı istiqamətində atılan daha bir addım olacaqdır.