1) Hədislərin birində İmam Sadiq (ə) buyurur ki, hər kim şaban ayının axırıncı üç gününü oruc tutsa və orucunu mübarək ramazan ayına birləşdirsə, Mütəal Allah ona ardıcıl iki ayın orucunun savabını yazar.(1)
2) Əba Səlt Hərəvi deyir: “Şaban ayının axırıncı cümə günü İmam Rzanın (ə) yanına getdim. O həzrət buyurdu: “Ey Əba Səlt, şaban ayının böyük hissəsi keçib və bu gün ayın axırıncı cüməsidir. Elə isə, ötən səhlənkarlıqların əvəzini ayın qalan hissəsində ödə və sənə faydalı olan işlərə üz tut: çoxlu dua et, bağışlanma dilə, çoxlu Quran oxu, günahların üçün tövbə et. Ramazan ayı daxil olanadək özünü Allah üçün xalis et, boynunda olan borcu və əmanəti qaytar, kimlərəsə ürəyində bəslədiyin kini ürəyindən çıxart, işlətdiyin günahları tərk et, Allahdan qorx, gizli və aşkar işlərində Allaha təvəkkül et, çünki hər kim Allaha təvəkkül etsə, Allah onun işlərinə kifayət edər. Bu ayın qalan günlərində bu duanı oxu:
اَللَّهُمَّ اِنْ لَمْ تَکُنْ غَفَرْتَ لَنَا فِیمَا مَضَىٰ مِنْ شَعْبَانَ، فَاغْفِرْ لَنَا فِیمَا بَقِىَ مِنْهُ.
Duanın oxunuşu:
Əlla͂hummə in ləm təkun ğəfərtə ləna͂ fi͠ma͂ məża͂ min şə‘ba͂nə, fəğfir ləna͂ fi͠ma͂ bəqiyə minhu.
“Ey Allahım, əgər məni şaban ayının ötüb keçən günlərində bağışlamamısansa, onun qalan günlərində məni bağışla.”
İmam Rza (ə) sözünün davamında buyurdu: “Allah mübarək ramazan ayının ehtiramına və əzəmətinə xatir şaban ayında çoxlu bəndələri cəhənnəm odundan azad edir.”(2)
3) Şaban ayının axırıncı və ramazan ayının birinci gecəsinin duası:
Haris ibn Muğeyrə Nəzri nəql edir ki, İmam Sadiq (ə) şaban ayının axırıncı gecəsi və ramazan ayının birinci gecəsi bu duanı oxuyardı:
اَللَّهُمَّ اِنَّ هٰذَا الشَّهْرَ الْمُبَارَکَ الَّذِى اُنْزِلَ فِیهِ الْقُرَاٰنُ، هُدًى لِلنَّاسِ وَ بَیِّنَاتٍ مِنَ الْهُدَىٰ وَ الْفُرْقَانِ قَدْ حَضَرَ، فَسَلِّمْنَا فِیهِ وَ سَلِّمْهُ لَنَا، وَ تَسَلَّمْهُ مِنَّا فِى یُسْرٍ مِنْکَ وَ عَافِیَةٍ. یَا مَنْ اَخَذَ الْقَلِیلَ وَ شَکَرَ الْکَثِیرَ، اِقْبَلْ مِنِّى الْیَسِیرَ.
اَللَّهُمَّ اِنِّى اَسْئَلُکَ اَنْ تَجْعَلَ لِى اِلَىٰ کُلِّ خَیْرٍ سَبِیلًا، وَ مِنْ کُلِّ مَا لَا تُحِبُّ مَانِعًا. یَا اَرْحَمَ الرَّاحِمِینَ، یَا مَنْ عَفَا عَنِّى وَ عَمَّا خَلَوْتُ بِهِ مِنَ السَّیِّئَاتِ، یَا مَنْ لَمْ یُؤَاخِذْنِى بِارْتِکَابِ الْمَعَاصِى، عَفْوَکَ عَفْوَکَ عَفْوَکَ، یَا کَرِیمُ! اِلٰهِى وَعَظْتَنِى فَلَمْ اَتَّعِظْ، وَ زَجَرْتَنِى عَنْ مَحَارِمِکَ فَلَمْ اَنْزَجِرْ، فَمَا عُذْرِى فَاعْفُ عَنِّى یَا کَرِیمُ، عَفْوَکَ عَفْوَکَ.
اَللَّهُمَّ اِنِّى اَسْئَلُکَ الرَّاحَةَ عِنْدَ الْمَوْتِ، وَ الْعَفْوَ عِنْدَ الْحِسَابِ؛ عَظُمَ الذَّنْبُ مِنْ عَبدِکَ، فَلْیَحْسُنِ التَّجَاوُزُ مِنْ عِنْدِکَ؛ یَا اَهْلَ التَّقْوَىٰ، وَ یَا اَهْلَ الْمَغْفِرَةِ، عَفْوَکَ عَفْوَکَ.
اَللَّهُمَّ اِنِّى عَبْدُکَ وَ ابْنُ عَبْدِکَ وَ ابْنُ اَمَتِکَ، ضَعِیفٌ فَقِیرٌ اِلَىٰ رَحْمَتِکَ؛ وَ اَنْتَ مُنْزِلُ الْغِنَىٰ و الْبَرَکَةِ عَلَى الْعِبَادِ، قَاهِرٌ مُقْتَدِرٌ؛ اَحْصَیْتَ اَعْمَالَهُمْ، وَ قَسَمْتَ اَرْزَاقَهُمْ؛ وَ جَعَلْتَهُمْ مُخْتَلِفَةً اَلْسِنَتُهُمْ وَ اَلْوَانُهُمْ، خَلْقًا مِنْ بَعْدِ خَلْقٍ؛ وَ لَا یَعْلَمُ الْعِبَادُ عِلْمَکَ، وَ لَا یَقْدِرُ الْعِبَادُ قَدْرَکَ؛ وَ کُلُّنَا فَقِیرٌ اِلَىٰ رَحْمَتِکَ، فَلَا تَصْرِفْ عَنِّى وَجْهَکَ، وَ اجْعَلْنِى مِنْ صَالِحِى خَلْقِکَ فِى الْعَمَلِ وَ الْاَمَلِ، وَ الْقَضَآءِ وَ الْقَدَرِ.
اَللَّهُمَّ اَبْقِنِى خَیْرَ الْبَقَآءِ، وَ اَفْنِنِى خَیْرَ الْفَنَآءِ عَلَىٰ مُوَالَاةِ اَوْلِیَآئِکَ، وَ مُعَادَاةِ اَعْدَآئِکَ، وَ الرَّغْبَةِ اِلَیْکَ، وَ الرَّهْبَةِ مِنْکَ، وَ الْخُشُوعِ وَ الْوَفَاءِ وَ التَّسْلِیمِ لَکَ، وَ التَّصْدِیقِ بِکِتَابِکَ، وَ اتِّبَاعِ سُنَّةِ رَسُولِکَ.
اَللَّهُمَّ مَا کَانَ فِى قَلْبِى مِنْ شَکٍّ اَوْ رَیْبَةٍ، اَوْ جُحُودٍ اَوْ قُنُوطٍ، اَوْ فَرَحٍ اَوْ بَذَخٍ اَوْ بَطَرٍ، اَوْ خُیَلَاءَ اَوْ رِیَآءٍ اَوْ سُمْعَةٍ، اَوْ شِقَاقٍ اَوْ نِفَاقٍ، اَوْ کُفْرٍ اَوْ فُسُوقٍ، اَوْ عِصْیَانٍ اَوْ عَظَمَةٍ، اَوْ شَىْءٍ لَا تُحِبُّ، فَاَسْئَلُکَ یَا رَبِّ اَنْ تُبَدِّلَنِى مَکَانَهُ اِیمَانًا بِوَعْدِکَ، وَ وَفَآءً بِعَهْدِکَ، وَ رِضًا بِقَضَآئِکَ، وَ زُهْدًا فِى الدُّنْیَا، وَ رَغْبَةً فِیـمَا عِنْدَکَ، وَ اَثَرَةً وَ طُمَأْنِینَةً وَ تَوْبَةً نَصُوحًا. اَسْئَلُکَ ذٰلِکَ یَا رَبَّ الْعَالَمِینَ.
اِلٰهِى اَنْتَ مِنْ حِلْمِکَ تُعْصَىٰ، وَ مِنْ کَرَمِکَ وَ جُودِکَ تُطَاعُ، فَکَأَنَّکَ لَمْ تُعْصَ، وَ اَنَا وَ مَنْ لَمْ یَعْصِکَ سُکَّانُ اَرْضِکَ؛ فَکُنْ عَلَیْنَا بِالْفَضْلِ جَوَادًا، وَ بِالْخَیْرِ عَوَّادًا، یَا اَرْحَمَ الرَّاحِمِینَ. وَ صَلَّى اللهُ عَلَىٰ مُحَمَّدٍ وَ اٰلِهِ صَلَاةً دَآئِمَةً لَا تُحْصَىٰ وَ لَا تُعَدُّ، وَ لَا یَقْدِرُ قَدْرَهَا غَیْرُکَ، یَا اَرْحَمَ الرَّاحِمِینَ.
Duanın oxunuşu:
Əlla͂hummə innə ha͂z̠əş-şəhrəl-muba͂rək əlləz̠i͠ unzilə fi͠hil-Qurʼa͂n, hudən lin-na͂si və bəyyina͂tin minəl-huda͂ vəl-furqa͂n qəd ḥəżərə,
fə-səllimna͂ fi͠hi və səllimhu ləna͂, və təsəlləmhu minna͂ fi͠ yusrin minkə və ‘a͂fiyətin. Ya͂ mən əxəz̠əl-qəli͠lə və şəkərəl-kəs̠i͠rə, iqbəl minnəl-yəsi͠rə.
Əlla͂hummə inni͠ əsʼəlukə ən təc‘ələ li͠ ila͂ kulli xəyrin səbi͠lən, və min kulli ma͂ la͂ tuḥibbu ma͂ni‘ən. Ya͂ ərḥəmər-ra͂ḥimi͠n,
ya͂ mən ‘əfa͂ ‘ənni͠ və ‘əmma͂ xələvtu bihi minəs-səyyia͂ti, ya͂ mən ləm yua͂xiz̠ni͠ birtika͂bil-mə‘a͂ṣi͠, ‘əfvəkə ‘əfvəkə ‘əfvəkə, ya͂ kəri͠m!
İla͂hi͠, və‘əẓtəni͠ fə-ləm əttə‘iẓ, və zəcərtəni͠ ‘ən məḥa͂rimikə fə-ləm ənzəcir, fə-ma͂ ‘uz̠ri͠ fə‘fu ‘ənni͠ ya͂ kəri͠m, ‘əfvəkə ‘əfvəkə.
Əlla͂hummə inni͠ əsʼəlukə ər-ra͂ḥətə ‘indəl-məvti, vəl-‘əfvə ‘indəl-ḥisa͂bi;
‘əẓuməz̠-z̠ənbu min ‘əbdikə, fəl-yəḥsunit-təca͂vuzu min ‘indikə; ya͂ əhlət-təqva͂, və ya͂ əhləl-məğfirəti, ‘əfvəkə ‘əfvəkə.
Əlla͂hummə inni͠ ‘əbdukə vəbnu-‘əbdikə vəbnu-əmətikə, żə‘i͠fun fəqi͠run ila͂ rəḥmətikə;
və əntə munzilul-ğina͂ vəl-bərəkəti ‘ələl-‘iba͂d, qa͂hirun muqtədirun;
əḥṣəytə ə‘ma͂ləhum, və qəsəmtə ərza͂qəhum; və cə‘əltəhum muxtəlifətən əlsinətuhum və əlva͂nuhum, xəlqən min bə‘di xəlqin;
və la͂ yə‘ləmul ‘iba͂du ‘ilməkə, və la͂ yəqdirul ‘iba͂du qədrəkə; və kulluna͂ fəqi͠run ila͂ rəḥmtikə,
fə-la͂ təṣrif ‘ənni͠ vəchəkə, vəc‘əlni͠ min ṣa͂liḥi͠ xəlqikə fil-‘əməli vəl-əməli, vəl-qəża͂i vəl-qədəri.
Əlla͂hummə əbqini͠ xəyrəl-bəqa͂, və əfnini͠ xəyrəl-fəna͂ ‘əla͂ muva͂la͂ti əvliya͂ikə, və mu‘a͂da͂ti ə‘da͂ikə,
vər-rəğbəti iləykə, vər-rəhbəti minkə, vəl-xuşu͂‘i vəl vəfa͂i vət-təsli͠mi ləkə, vət-təṣdi͠qi bi-kita͂bikə, və ittiba͂‘i sunnəti Rəsu͂likə.
Əlla͂hummə ma͂ ka͂nə fi͠ qəlbi͠ min şəkkin əv rəybətin, əv cuḥu͂din əv qunu͂ṭin, əv fərəḥin əv bəz̠əxin əv bəṭərin,
əv xuyəla͂ə əv riya͂in əv sum‘ətin, əv şiqa͂qin əv nifa͂qin, əv kufrin əv fusu͂qin, əv ‘iṣya͂nin əv ‘əẓəmətin, əv şəyʼin la͂ tuḥibbu,
fə-əsʼəlukə ya͂ Rəbbi ən tubəddiləni͠ məka͂nəhu i͠ma͂nən bi-və‘dikə, və vəfa͂ən bi-‘əhdikə, və riżən bi-qəża͂ikə,
və zuhdən fid-dunya͂, və rəğbətən fi͠ma͂ ‘indəkə, və əs̠ərətən və ṭuməʼni͠nətən və təvbətən nəṣu͂ḥən. Əsʼəlukə z̠a͂likə ya͂ rəbbəl-‘a͂ləmi͠n.
İla͂hi͠ əntə min ḥilmikə tu‘ṣa͂, və min kərəmikə və cu͂dikə tuṭa͂‘u,
fə-kə-ənnəkə ləm tu‘ṣə, və ənə və mən ləm yə‘ṣikə sukka͂nu ərżikə;
fə-kun ‘ələyna͂ bil-fəżli cəva͂dən, və bil-xəyri ‘əvva͂dən, ya͂ ərḥəmər-ra͂ḥimi͠n.
Və ṣəlləlla͂hu ‘əla͂ Muḥəmmədin və a͂lihi ṣəla͂tən da͂imətən la͂ tuḥsa͂ və la͂ tu‘əddu, və la͂ yəqdiru qədrəha͂ ğəyrukə, ya͂ ərḥəmər-ra͂ḥimi͠n.
Duanın mənası:
Ey Allahım, insanları hidayət edən, hidayətin qəti dəlilləri olan və haqqı batildən ayıran Quranın nazil olduğu bu mübarək ay gəlib çatmışdır. Elə isə, bizi bu ayda salamat et və onu bizim üçün salamat et, onu asanlıqla və salamatlıqla bizdən təhvil al. Ey o kəs ki, azı qəbul edirsən və çoxu (çoxlu əməlləri) dəyərləndirirsən, bu az miqdarı məndən qəbul et.
Ey Allahım, Səndən istəyirəm ki, xeyir işlər üçün mənim üzümə yol açasan və məni bəyənmədiyin işlərdən uzaqlaşdırasan. Ey rəhimlilərin ən rəhimlisi, ey o kəs ki, məni və xəlvətdə etdiyim günahları əfv etdin, ey o kəs ki, məni işlətdiyim günahlara görə cəzalandırmadın, əfv et, əfv et, əfv et, ey Kərim! İlahi, Sən mənə nəsihət etdin və mən qəbul etmədim, Sən məni haramlardan çəkindirdin və mən çəkinmədim, elə isə, mənim üzrüm nədir?! Əfv et məni, ey Kərim, əfv et, əfv et.
Ey Allahım, Səndən ölüm vaxtı rahatlıq və Qiyamətdə əfv istəyirəm; bəndənin günahı böyükdür, lakin əfv etmək Sənin tərəfindən gözəldir; ey təqvaya layiq və ey bağışlamağa layiq, əfv et, əfv et.
Ey Allahım, mən Sənin bəndənəm, Sənin qulunun və kənizinin övladıyam, zəifəm və Sənin rəhmətinə möhtacam; Sənsən sərvət və bərəkəti bəndələrə nazil edən, Sənsən qüvvətli və qudrətli;
Sən onların əməllərini hesaba aldın və ruzilərini böldün; onları müxtəlif dillərdə və rənglərdə yaratdın, bəndələrin xəlqindən sonra bir xəlq; bəndələr Sənin elmini bilməzlər və Sənin məqamını tanıya tanımazlar; bizim hamımız Sənin rəhmətinə möhtacıq, elə isə, məndən üz döndərmə, məni rəftarda, arzuda, qəza-qədərdə layiqli bəndələrindən qərar ver.
Ey Allahım, məni dostlarına dost və düşmənlərinə düşmən olmaqda ən yaxşı tərzdə yaşat və öldür, həmçinin məni Sənə rəğbət bəsləməkdə, Səndən qorxmaqda, Sənə əyilməkdə, vəfadarlıqda və təslim olmaqda, Sənin Kitabını qəbul etməkdə və Sənin elçinin sünnəsinə tabe olmaqda ən yaxşı tərzdə yaşat və öldür.
Ey Allahım, mənim qəlbimdə olan şəkk, tərəddüd, inkar, naümidlik, şadlıq, təkəbbürlük, hörmətsizlik, xudbinlik, riyakarlıq, şöhrətpərəstlik, uyğunlaşmamaq, münafiqlik, küfr, fasiqlik, üsyankarlıq, özünü böyük bilmə, (ümumiyyətlə,) Sənin bəyənmədiyin hər bir cəhəti, ey Rəbbim, Səndən istəyirəm ki, (bütün bu mənfi cəhətləri) Sənin vədinin təsdiqinə, əhd-peymanına vəfadarlığa, təqdiratına razılığa, dünyada zahidliyə, Sənin dərgahında olanlara rəğbətə, fəzilətə, aramlığa və xalis tövbəyə çevirəsən. Bunu Səndən istəyirəm, ey aləmlərin Rəbbi.
İlahi, helminə görə Sənə asi olurlar, kərəminə və səxavətinə görə Sənə itaət edirlər, elə isə, sanki Sənə itaətsizlik olunmayıb, mən və Sənə asi olmayanlar Sənin yerin üzündə sakinik; elə isə, fəzlinə xatir bizə bəxş edən ol və xeyri bizə geri qaytar, ey rəhimlilərin ən rəhimlisi. Allahın salamı olsun Məhəmmədə və onun xanidanına: daimi bir salam ki, saya gəlməsin və Səndən qeyri kimsə onun qədərini bilməsin, ey rəhimlilərin ən rəhimlisi.(3)
İqbal, s.723. (Bu hədis “Zadul-məad” kitabının səh.81-də İmam Rzadan (ə) nəql olunubdur.)
2 Zadul-məad, s.81-82.
3 Misbahul-mutəhəccid, s.850.