Şaban ayının son günlərinin əməlləri

1) Hədislərin birində İmam Sadiq (ə) buyurur ki, hər kim şaban ayının axırıncı üç gününü oruc tutsa və orucunu mübarək ramazan ayına birləşdirsə, Mütəal Allah ona ardıcıl iki ayın orucunun savabını yazar.(1)

Şaban ayının müştərək əməlləri

 

1- Oruc tutmaq: bu ayda müstəhəb oruc tutmaq təkid olunub. Həzrət Rəsulallah (s) bu ayı oruc tutar və orucunu ramazan ayının orucuna birləşdirərdi.(1) Şaban ayında oruc tutmağın savabı barədə saysız hədislər buyurulub ki, biz burada onların bir neçəsini qeyd edirik: