Qədr gecəsi insanların ləyaqət və qabiliyyətlərinə əsasən, onların bir illik müqəddəratının (taleyinin) təyin olunduğu bir gecədir. İl ərzindəki gecələrdən heç biri əzəmət və fəzilət baxımından ona çata bilməz və o gecədəki əməllər min aylıq əməllərdən üstündür.
Allahın mələkləri və bütün mələklərdən daha əzəmətli olan "Ruh" adlı mələk Allahın izni ilə yerə enir və imam Zamanın (ə.c) hüzuruna gəlir və hər bir insan üçün bir il müddətində müəyyən edilənləri o həzrətə bildirir. (1)
Xoş o kəsin halına ki, Quranın nazil olduğu belə bir gecədən faydalanaraq onu tövbə, dua, ağlamaq və Allah dərgahına üz tutmaqla keçirir və özü üçün dəyərli, mənəvi və ruhani bir aqibət və taleyin təyin olunması ilə bağlı zəminə və müqəddimə hazırlayır.
Məsum imamlar Qədr gecəsini dəqiq olaraq müəyyənləşdirməmiş və onun üç gecədən (on doqquzuncu, iyirmi birinci və iyirmi üçüncü) biri olduğunu qeyd etmişlər ki, möminlər Qədr gecələrinin əməllərini hər üç gecədə yerinə yetirməklə mənəvi hal və feyz əldə etsinlər və Allahın xüsusi mərhəmət və lütfünə nail olmaq üçün kamil şəkildə hazır olsunlar.
Baxmayaraq ki, alimlər rəvayətlərə əsasən, iyirmi bir və iyirmi üçüncü gecələrin Qədr gecəsi olmasına daha yaxın hesab edirlər. (2)
Ayın on doqquzuncu gecəsi:
Bu gecə Qədr gecələrinin birinci gecəsidir və onun əməlləri bu gecədən başlayır.
Qədr gecələrinin əməlləri:
Qədr gecələrinin əməlləri iki qismə bölünür:
Birincisi, hər üç Qədr gecəsi üçün müştərək olan əməllər.
İkincisi, onların hər birinin özünəməxsus əməlləri.
Qədr gecələrinin müştərək əməlləri:
1. Qədr gecəsi üçün qüsl almaq. Mərhum Əllamə Məclisi yazır: "Daha yaxşı olar ki, Qədr gecəsi üçün qüslü qüruba yaxın alsınlar və məğrib namazını onunla qılsınlar." (3)
2. İki rükətli namaz qılmaq. Hər rükətdə "Fatihə" surəsindən sonra yeddi dəfə "İxlas" surəsini oxumaq və namazı qurtardıqdan sonra, yetmiş dəfə "əstəğfirullahə və ətubu iləyh" ((اَسْتَغْفِرُ اللّهَ وَ اَتُوبُ اِلَیْهِ demək.
Peyğəmbərdən (s) nəql edilən rəvayətdə belə buyurulur: "Bu əməlləri yerinə yetirən kəs yerindən qalxmamış Allah-taala onun, ata və anasının günahlarını bağışlayar və mələklər təyin edər ki, gələn ilə qədər onun üçün həsənə (xeyir əməllər) yazsınlar." (4)
3. İmam Baqir (ə) bu gecənin digər bir əməli barədə belə buyurmuşdur: "Quranı açıb üzünüzün müqabilində tutub deyin:
اَللّهُمَّ اِنّى اَسْئَلُکَ بِکِتابِکَ الْمُنْزَلِ وَما فیهِ،وَفیهِ اسْمُکَ ]الاْعْظَمُ[ الاْکْبَرُ،وَ اَسْماوُکَ الْحُسْنى،وَما یُخافُ وَیُرْجى،اَنْ تَجْعَلَنى مِنْ عُتَقائِکَ مِنَ النّارِ.
“İlahi, Səndən nazil edilən kitabın və onda olanlar və əzəmətli və gözəl, eyni zamanda ümid edilən və qorxulan adların olan şeylərə xatir məni Cəhənnəmdən azad (xilas) etməyini istəyirəm.
Sonra öz hacətini istəyirsən." (5)
4. Quranı başın üzərinə qoymaq mərasimi. İmam Sadiqin (ə) buyurduğuna əsasən, Quranı başın üstünə qoyur və belə deyirsən:
اَللّهُمَّ بِحَقِّ هذَا الْقُرْآنِ، وَ بِحَقِّ مَنْ اَرْسَلْتَهُ بِهِ، وَبِحَقِّ کُلِّ مُوْمِن مَدَحْتَهُ فیهِ، وَبِحَقِّکَ عَلَیْهِمْ، فَلا اَحَدَ اَعْرَفُ بِحَقِّکَ مِنْکَ.
“İlahi, bu Quranın, onu bu Quranla göndərdiyin kəsin və onda mədh etdiyin hər bir möminin və Sənin onlar üzərindəki (sənin özündən başqa, heç kəsin bilmədiyi) haqqına xatir. Sənin özündən başqa heç kəs Səni layiqincə tanıya bilməz!”
Sonra hər biri on dəfə olmaqla belə deyirsən:
بِکَ یا اللهُ (Bikə ya Allah)
بِمُحَمَّد (Bi Muhəmmədin (s))
بعَلِىٍّ (Bi Əliyyin (ə))
بِفاطِمَهَ (Bi Fatimətə (ə))
بِالْحَسَنِ (Bil-Həsəni (ə))
بِالْحُسَیْنِ (Bil-Huseyni (ə))
بِعَلِىِّ بْنِ الْحُسَیْنِ (Bi Əliyyibnil-Huseyni (ə))
بِمُحَمَّدِ بْنِ عَلِىٍّ (Bi Muhəmməd ibn Əli (ə))
بِجَعْفَرِ بْنِ مُحَمَّد (Bi Cəfər ibn Muhəmməd (ə))
بِمُوسَى بْنِ جَعْفَر (Bi Musəbni Cəfər (ə))
بِعَلِىِّ بْنِ مُوسى (Bi Əliyyibni Musa (ə))
بِمُحَمَّدِ بْنِ عَلِىٍّ (Bi Muhəmməd ibn Əli (ə))
بِعَلِىِّ بْنِ مُحَمَّد (Bi Əliyyibni Muhəmməd (ə))
بِالْحَسَنِ بْنِ عَلِىٍّ (Bil-Həsən ibn Əli (ə))
بِالْحُجَّهِ (Bil-Huccəti (ə))
Sonda nə hacətin varsa, Allahdan istə. (6) Bu zikrləri hüzuri-qəlblə və bütün diqqətini ilahi dərgaha yönəldərək de!
Yaxşı olar ki, əgər təvəssül oxumaq və ya mərsiyə demək istəsələr, duadan əvvəl və ya sonra olsun və duanın arası kəsilməsin.
5. İmam Hüseynin (ə) ziyarəti. Əllamə Məclisinin söylədiklərinə əsasən, hər üç gecədən birində imam Hüseyni (ə) ziyarət etmək təkid edilmiş müstəhəb əməllərdəndir. (7) Rəvayətlərdə günahların bağışlanmasına səbəb olduğu qeyd edilmişdir. (8) Əgər yaxından ziyarət etmək mümkün olmasa, uzaqdan ziyarət edilsin (və ziyarətnaməsi oxunsun).
6. Qədr gecələrində oyaq qalmaq. Yəni, bu gecəni sübhə qədər ibadət, dua, Quranın tilavəti, dini söhbətlər, dini sual-cavablar və ya təfsir və etiqadi kitabların mütaliəsi ilə keçirmək.
İmam Baqirdən (ə) nəql edilən rəvayətdə belə bildirilir: "Kim Qədr gecəsində əhya saxlasa, günahları çox olsa belə bağışlanar." (9) Yaxşı olar ki, əvvəlki gün bir qədər istirahət edilsin və az yemək yeyilsin ki, yuxu insana qələbə çalmasın. Əhya saxlamaq qüdrətinə malik olmayanlar yaxşı olar ki, gecənin əvvəlində yatsınlar və sübhə yaxın oyaq qalaraq ibadətlə məşğul olsunlar.
7. Yüz rükət (hər biri iki rükət və bir salamdan ibarət) namaz qılmaq. Bu namazın həddən artıq savabı vardır və daha fəzilətlisi budur ki, namaz qılanın əgər qüdrəti olsa, hər rükətdə "Fatihə" surəsindən sonra on dəfə "Qul huvəllah" (İxlas) surəsini desin. (10)
8. Mərhum Şeyx Kəfəmi "Misbah" kitabında nəql edir ki, imam Zeynəl-Abidin (ə) bu duanı Qədr gecələrinin on doqquz, iyirmi bir və iyirmi üçüncü gecəsində ayaq üstə, oturduqda, ruku və səcdə etdikdə oxuyardı:
اَللّهُمَّ اِنّى اَمْسَیْتُ لَکَ عَبْداً داخِراً، لا اَمْلِکُ لِنَفْسى نَفْعاً وَلا ضَرّاً، وَلا اَصْرِفُ عَنْها سُوءاً، اَشْهَدُ بِذلِکَ عَلى نَفْسى، وَاَعْتَرِفُ لَکَ بِضَعْفِ قُوَّتى وَقِلَّهِ حیلَتى، فَصَلِّ عَلى مُحَمَّد وَ آلِ مُحَمَّد، وَاَنْجِزْ لى ما وَعَدْتَنى وَجَمیعَ الْمُوْمِنینَ وَالْمُوْمِناتِ مِنَ الْمَغْفِرَهِ فى هذِهِ اللَّیْلَهِ، وَاَتْمِمْ عَلَىَّ ما اتَیْتَنى، فَاِنّى عَبْدُکَ الْمِسْکینُ الْمُسْتَکینُ، اَلضَّعیفُ الْفَقیرُ الْمَهینُ، اَللّـهُمَّ لا تَجْعَلْنى ناسِیاً لِذِکْرِکَ فیـما اَوْلَیْتَنى، وَلا لاِحْسانِکَ فیما اَعْطَیْتَنى، وَلا ایِساً مِنْ اِجابَتِکَ، وَاِنْ اَبْطَاَتْ عَنّى فى سَرّآءَ اَوْ ضَرّآءَ، اَوْ شِدَّه اَوْ رَخآء، اَوْ عافِیَه اَوْ بَلاء، اَوْ بُوْس اَوْ نَعْمآءَ، اِنَّکَ سَمیعُ الدُّعآءِ
“İlahi, mən özümə zərər və xeyir vermək sahibi və xoşagəlməz hadisələri özümdən kənarlaşdırmaq qüdrətinə malik olmayan halda və xar və zəlil bəndə olaraq gecəni keçirdim. Bunu mən özümə şəhadət verir və Sənin qarşında zəif və çarəsizliyimə etiraf edirəm. Belə isə, Məhəmməd və Ali-Məhəmmədə salam göndər və mənə, bütün mömin kişi və qadınlara bu gecədə bağışlanmaqla bağlı vədə etdiklərinə vəfa elə və mənə verdiklərini (nemətlərini) tamamla, həqiqətən, mən Sənin miskin, möhtac, aciz (zəif), əliboş bəndənəm. İlahi, məni mənə nemət verdiklərin şeylər və bəxş etdiklərində Səni yad etməyi unudanlardan etmə!
Hətta uzunmüddətli olsa belə, istər şadlıqda, istər kədərdə, istər çətinlikdə, istərsə də, asayişdə olduğumda, istər sağlamlıqda, istər bəlaya düçar olduğumda, istər əliboş, istərsə də, nemətlər içində olduqda, (duaları) qəbul etməyindən məni naümid eləmə, həqiqətən, Sən duaları eşidənsən! (11)
9. Mərhum Əllamə Məclisi belə buyurur: "Bu gecədə ən yaxşı əməl insanın özü, atası, anası, yaxınları, mömin qardaşları üçün onların həyatda olub-olmamasından asılı olmayaraq, günahların bağışlanması, dünya və axirətləri üçün dua etməkdən ibarətidr. Eyni zamanda, mümkün olduğu miqdarda Peyğəmbər və Ali-Peyğəmbərə (ə) salavat göndərmək lazımdır. Bəzi rəvayətlərdə "Cövşən-kəbir" duasını hər üç gecədə oxumaq tövsiyə olunmuşdur." (12)
Rəvayətdə qeyd olunub ki, bir şəxs Peyğəmbərin (s) hüzuruna gələrək o həzrətə dedi: "Əgər Qədr gecəsini dərk edə bilsəm, Allahdan nə istəyim?" Peyğəmbər (s) buyurdu: "Sağlamlıq istə!" (13)
Hər üç Qədr gecəsinin özünəməxsus əməlləri:
On doqquzuncu gecənin əməlləri:
On doqquzuncu gecənin əməlləri aşağıdakılardan ibarətdir:
1. Yüz dəfə "Əstəğfirullahə və ətubu iləyh" (اَسْتَغْفِرُ اللّهَ رَبِّى وَ اَتُوبُ الَیْهِ) (Allahdan bağışlanmaq diləyir və ona tərəf qayıdıram) demək. (14)
2. Yüz dəfə "Allahummələn qətələtə Əmiril-muminin" (İlahi, Əmirəl-mömininin (ə) qatilinə lənət elə!) (اَللّهُمَّ الْعَنْ قَتَلَهَ اَمیرِالْمُوْمِنینَ) demək. (15)
3. "Ramazan ayının gündəlik duaları" bölməsində qeyd etdiyimiz duanı (Ya zəlləzi kanə .... (“Camei-novin”, səh. 766)) oxumaq. (16)
4. Bu duanı oxumaq:
اَللّهُمَّ اْجْعَلْ فیما تَقْضى وَتُقَدِّرُ مِنَ الاْمْرِ الْمَحْتُومِ، وَفیما تَفْرُقُ مِنَ الاْمْرِ الحَکیمِ فى لَیْلَهِ الْقَدْرِ، وَفِى الْقَضآءِ الَّذى لا یُرَدُّ وَلا یُبَدَّلُ، اَنْ تَکْتُبَنى مِنْ حُجّاجِ بَیْتِکَ الْحَرامِ، اَلْمَبْرُورِ حَجُّهُمْ، اَلْمَشْکُورِ سَعْیُهُمْ، اَلْمَغْفُورِ ذُنُوبُهُمْ، اَلْمُکَفَّرِ عَنْهُمْ سَیِّئاتُهُمْ، وَاجْعَلْ فیما تَقْضى وَتُقَدِّرُ، اَنْ تُطیلَ عُمْرى، وَتُوَسِّعَ عَلَىَّ فى رِزْقى، وَتَفْعَلَ بى کَذا وَکَذا..
“İlahi, qəti olan qəzavü-qədərini bizim üçün təyin et, Qədr gecəsində geri çevrilməyən və dəyişilməyən hikmətli işləri ayırdıqda, məni Sənin evini (Kəbənin) ziyarət edən, həcləri bəyənilən və dəyərli, səyləri (Səfa və Mərvə arasındakı əməlləri) qəbul və günahları bağışlanmış və eyibləri örtülmüş olan hacılardan elə, qəza və qədərində mənim üçün uzunömürlü olmağı təqdir et və mənə geniş (bol) halal ruzi nəsib elə!
Mənim üçün filan və filan işləri elə!” (17)
کذا و کذا (kəza və kəza (filan və filan işlər)) yerinə öz hacətlərini deyirsən.
İyirmi birinci gecə:
Bu gecənin fəziləti on doqquzuncu gecənin fəzilətindən daha çoxdur və Qədr gecələrinin müştərək olan əməllərini bu gecədə bir qədər artıq diqqətlə yerinə yetirmək lazımdır. Rəvayətlərdə bu və iyirmi üçüncü gecədə qüsl almaq və əhya saxlamaq, ibadət etməyə çalışmaq barədə təkid edilmiş və qeyd olunmuşdur ki, Qədr gecəsi bu iki gecədən birindədir. (18)
Bir neçə rəvayətdə də məsum imamlardan Qədr gecəsinin bu iki gecədən hansı birində olduğunu bildirməsi barədə soruşulduqda, onların bildirməmələri, əksinə (ما اَیْسَرَ لَیْلَتَیْنِ فیما تَطْلُبُ) "İstədiyinizi əldə etməyiniz üçün bu iki gecədə əhya saxlamağınız o qədər də çətin bir iş deyil!" – deyə cavab verməsi qeyd edilmişdir. (19)
Maraqlı burasındadır ki, Mərhum Şeyx Səduq "Əmali" kitabında belə yazır:
مِنْ دینِ الامامِیَّهِ ... مَنْ اَحْیى هاتَیْنِ اللَّیْلَتَیْنِ بِمُذاکَرَهِ الْعِلْمِ فَهُوَ اَفْضَلُ
"İmamiyyə (şiə) təriqətinin göstərişlərindəndir :... kim bu iki gecədə elmi məsələlərlə məşğul olsa, (onun əməli) hər bir ibadətdən üstündür." (20)
İyirmi birinci gecənin əməlləri:
Bu gecənin əməlləri iki qismdir: Birinci qismi Ramazan ayının son on gününə aid dualardır ki, “Camei-novin”in, 796-cı səhifəsində qeyd edilib. İkinci qismi isə iyirmi birinci gecəyə məxsus olan əməllərdir:
1. "Misbahul-mutəhəccid" və "Üsuli-Kafi"də qeyd edilən və iyirmi birinci gecədə oxunan duadır (21):
یا مُولِجَ اللَّیْلِ فِى النَّهارِ، وَمُولِجَ النَّهارِ فِى اللَّیْلِ، وَمُخْرِجَ الْحَىِّ مِنَ الْمَیِّتِ، وَمُخْرِجَ الْمَیِّتِ مِنَ الْحَىِّ، یا رازِقَ مَنْ یَشآءُ بِغَیْرِ حِساب، یا اَللهُ یا رَحْمـنُ، یا اَللهُ یا رَحیمُ، یا اَللهُ یا اَللهُ یا اَللهُ، لَکَ الاْسْمآءُ الْحُسْنى، وَالاْمْثالُ الْعُلْیا، وَالْکِبْرِیآءُ وَالاْلاءُ، اَسْئَلُکَ اَنْ تُصَلِّىَ عَلى مُحَمَّد وَ آلِ مُحَمَّد، وَ اَنْ تَجْعَلَ اسْمى فى هذِهِ اللَّیْلَهِ فِى السُّعَدآءِ، وَ رُوحى مَعَ محمّد الشُّهَدآءِ، وَاِحْسانى فى عِلِّیّینَ، وَاِسآئَتى مَغْفُورَهً، وَاَنْ تَهَبَ لى یَقیناً تُباشِرُ بِهِ قَلْبى، وَاِیماناً یُذْهِبُ الشَّکَّ عَنّى، وَتُرْضِیَنى بِما قَسَمْتَ لى، وَآتِنا فِى الدُّنْیا حَسَنَهً، وَ فِى الاْخِرَهِ حَسَنَهً، وَ قِنا عَذابَ النّارِ الْحَریقِ، وَارْزُقْنى فیها ذِکْرَکَ وَ شُکْرَکَ، وَ الرَّغْبَهَ اِلَیْکَ وَ الاْنابَهَ، وَ التَّوْفیقَ لِما وَفَّقْتَ لَهُ مُحَمَّداً وَ آلَ مُحَمَّد عَلَیْهِ وَ عَلَیْهِمُ السَّلامُ
“Ey gecəni gündüzə və gündüzü gecəyə (daxil edən) çevirən və ölüdən diri, diridən ölü çıxaran, ey istədiyinə hesabsız (minnətsiz) ruzi verən, ey Allah, ey mehriban, ey Allah, ey rəhimli, ey Allah, ey Allah, ey Allah, gözəl adlar, üstün misallar, əzəmət və nemətlər yalnız sənə məxsusdur. Səndən Məhəmməd və Ali-Məhəmmədə salam göndərməyini və bu gecədə adımı səadətə çatanların sırasında, ruhumu Məhəmməd və şəhidlərlə birgə etməyini, ehsan və yaxşılığımı Cənnətin ən ali zirvəsində yerləşdirməyini, günahlarımı bağışlamağını, mənə qəlbimi müjdələyəcək yəqin və şəkk və tərəddüdümü məndən kənarlaşdıracaq iman və mənim üçün böldüyün (təqdir etdiyin) şeylərə razı olmağı bəxş etməyini, dünya və axirətdə mənə həsənə (savab və mükafatlar) verməyini, məni yandırıcı odun əzabından amanda saxlamağını, bu gecədə Səni yad etmək və Sənə şükr etməyi, Sənə rəğbətli olmağı, Məhəmməd və Ali-Məhəmmədi (ona və Əhli-beytinə salam olsun) müfəvvəq etdiyin şeyələrə nail olmağı nəsib etməyini istəyirəm.”
2. Mərhum Şeyx Kəfəmi Seyyid ibn Baqidən iyirmi birinci gecədə bu duanın oxunmasını nəql etmişdir:
اَللّهُمَّ صَلِّ عَلى مُحَمَّد وَ آلِ مُحَمَّد، وَاقْسِمْ لى حِلْماً یَسُدُّ عَنّى بابَ الْجَهْلِ، وَهُدىً تَمُنُّ بِهِ عَلَىَّ مِنْ کُلِّ ضَلالَه، وَغِنىً تَسُدُّ بِهِ عَنّى بابَ کُلِّ فَقْر، وَقُوَّهً تَرُدُّ بِها عَنّى کُلَّ ضَعْف، وَعِزّاً تُکْرِمُنى بِهِ عَنْ کُلِّ ذِلَّه، وَرِفْعَهً تَرْفَعُنى بِها عَنْ کُلِّ ضَعَه، وَاَمْناً تَرُدُّ بِهِ عَنّى کُلَّ خَوْف، وَعافِیَهً تَسْتُرُنى بِها مِنْ کُلِّ بَلاء، وَعِلْماً تَفْتَحُ لى بِهِ کُلَّ یَقین، وَیَقیناً تُذْهِبُ بِهِ عَنّى کُلَّ شَکٍّ، وَدُعآءً تَبْسُطُ لى بِهِ الاْجابَهَ فى هذِهِ اللَّیْلَهِ، وَفى هذِهِ السّاعَهِ السّاعَهِ السّاعَهِ یا کَریمُ، وَ خَوْفاً تَنْشُرُ لى بِهِ کُلَّ رَحْمَه، وَعِصْمَهً تَحُولُ بِها بَیْنى وَ بَیْنَ الذُّنُوبِ، حَتّى اُفْلِحَ بِها بَیْنَ الْمَعْصُومینَ عِنْدَکَ، بِرَحْمَتِکَ یا اَرْحَمَ الرّاحِمینَ.
“İlahi, Məhəmməd və Ali-Məhəmmədə salam göndər və mənə üzümə cəhalət qapısını bağlayan helm, boynuma minnət qoyaraq cəhalətdən kənarlaşdıran hidayət, bütün fəqirlik qapılarını bağlayacaq ehtiyacsızlıq, bütün zəiflikləri məndən uzaqlaşdıracaq qüvvə, hər bir zillət və xarlıqdan üstün edəcək izzət, bütün alçaqlıqdan məni ucaldacaq ucalıq, məndən bütün qorxuları kənarlaşdıracaq əmin-amanlıq, bütün bəlalardan məni qoruyacaq sağlamlıq, bütün yəqinlərə (əmin olmağa) vəsilə olacaq və onun sayəsində şəkk və tərəddüddən məni çəkindirəcək elm, bu gecə və bu saatda qəbul edəcəyin əhatəli dua nəsib et, ey Kərim olan, rəhmətinə xatir rəhmətini mənim üçün genişləndirəcək qorxu, mənimlə günahlar arasında maneə yaradacaq ismət (paklıq) bəxş et ki, Sənin dərgahında ismətli olanlar kimi nicat tapım, ey rəhm edənlərin ən rəhimlisi!” (22)
3. Şeyx Müfidin buyurduqlarına əsasən, bu gecədə çoxlu salavat, Ali-Məhəmmədin (ə) haqqını qəsb edən qəsbkarlar, zalımlar və Əmirəl mömininin (ə) qatilinə çoxlu lənət göndərmək, özü, ata-ana və digər möminlər üçün dua etmək. (23)
4. İmam Zamanın (ə.c) mübarək vücudu və o həzrətin zühuru barədə dua etmək də bu gecənin digər əməllərindən biridir. Seyyid ibn Tavusun Həmmad ibn Osmandan nəql etdiyi bir rəvayətdə belə oxuyuruq: "Mübarək Ramazan ayının iyirmi birinci gecəsində imam Sadiqin (ə) yanına getdim. İmam məndən soruşdu ki, qüsl etmisənmi? Mən "Bəli!" deyə, cavab verdim. İmam (ə) həsir gətirmələrini söylədi və məni də yanına çağırdı. Sonra namaz qılmağa başladı. Mən də o həzrətin yanında namaza başladım. Namazı qurtardıqdan sonra, o həzrət dua elədi və mən də amin dedim. Bu məsələ sübh açılana qədər davam elədi. İmam (ə) azan və iqamə deyərək bəzi xidmətçilərini də çağırdı və sübh namazını o həzrətə iqtida etməklə namazı qıldıq. İmam Sadiq (ə) namazdan sonra təsbih etdi və zikrlər dedi, Peyğəmbərə (s) salavat göndərdi və möminlər üçün dua etdi. Sonra səcdəyə gedərək bir neçə saat səcdədə qaldı. Həmin müddətdə o həzrətin nəfəs səsindən başqa bir şey eşitmirdik. Sonra dua eləməyə başladı, o cümlədən, belə dedi:
وَ اسْالُکَ بِجَمیعِ ما سَاَلْتُکَ وَ ما لَمْ اَسْاَلْکَ مِنْ عَظیمِ جَلالِکَ، ما لَوْ عَلِمْتُهُ لَسَاَلْتُکَ بِهِ، اَنْ تُصَلِّىَ عَلى مُحَمَّد وَ اَهْلِ بَیْتِهِ، وَ اَنْ تَاْذَنَ لِفَرَجِ مَنْ بِفَرَجِهِ فَرَجُ اَوْلِیائِکَ وَ اَصْفِیائِکَ مِنْ خَلْقِکَ، وَ بِهِ تُبیدُ الظّالِمینَ وَتُهْلِکُهُمْ، عَجِّلْ ذلِکَ یا رَبَّ الْعالَمینَ.
“Səndən əzəmətli cəlalından onun vasitəsi ilə Səni səslədiyim və səsləmədiyim (əgər bilsəydim, o şeylər vasitəsilə səni səsləyərdim) şeylərin sayəsində Səndən Məhəmməd və onun Əhli-beytinə salam göndərməyini, zühuru ilə Sənin övliya və dostlarının və məxluqatından seçilmişlərin işində asanlıq zahir olacağı və onun sayəsində zalımları məhv və həlak edəcəyin kəsin zühuruna icazə verməyini və onu (zühuru) tezləşdirməyini istəyirəm, ey aləmlərin Rəbbi!”
İmam başını səcdədən qaldırdıqdan sonra, o həzrətə dedim: "Canım sizə fəda olsun! Siz zühuru ilə Allah dostları və övliyalarının işində asanlıq yaranacaq kəsin zühuru barəsində dua etdiniz, bəyəm, həmin şəxs siz deyilsinizmi?" "
İmam buyurdu ki, xeyr, o, Ali-Məhəmmədin (ə) Qaimidir. Sonra imam Sadiq (ə) zühurun nişanələrini bəyan edərək sözlərinə belə əlavə etdi:
وَ تَوَقَّعْ اَمْرَ صَاحِبِکَ لَیْلَکَ وَ نَهارَکَ، فاِنَّ اللهَ کُلُّ یَوْم هُوَ فی شَان، لا یَشْغَلُهُ شانٌ عَنْ شَان
"Gecə və gündüz onun zühurunun intizarında ol. Həqiqətən, Allahın hər gün üçün müəyyən işləri vardır və hansısa bir işi görmək, onu digər bir işdən yayındırmaz." (24)
Mühüm bir mətləb:
İyirmi birinci gecədən Ramazan ayının son ongünlüyü başlayır və o, həddən artıq dəyərli hesab edilir. Bu ongünlüyün hər günündə qüsl almaq müstəhəbdir və rəvayətdə Peyğəmbərin (s) Ramazan ayının son ongünlüyündə hər gün qüsl aldığı nəql edilmişdir. (25)
Eyni zamanda, “Came” məscidlərdə etikaf etmək müstəhəbdir və onun çoxlu fəziləti vardır. Allah Rəsulundan (s) nəql edilən bir rəvayətdə Ramazan ayının son ongünlüyündəki etikafın iki həcc və iki ümrəyə bərabər olması nəql edilmişdir. (26)
Allahın Rəsulu (s) Ramazan ayının son ongünlüyündə məsciddə etikaf edirdi. (27) Bəzilərinin Qədr gecələrinin bitməsi ilə Ramazan ayının sona çatmasını güman etməsinin əksinə olaraq, o həzrət gecələri sevinc və şadlıqla oyaq qalaraq ibadətələ məşğul olurdu (və müsəlmanların əksəriyyəti bu məsələdə o həzrətə iqtida edirdi). (28)
İyirmi üçüncü gecə:
Bu gecə əvvəlki iki gecədən daha üstündür. Çoxlu saydakı hədislərdən Qədr gecəsinin bu gecədə olması məlum olur. İmam Baqirdən (ə) nəql edilən bir hədisdə bildirilir ki, "Cuhəni" adlı bir şəxs Allah Rəsulunun (s) yanına gələrək belə dedi: "Mən Mədinədən kənarda yaşayıram və çoxlu sayda qoyun və dəvələrim var. Hər üç gecədə Mədinədə ola bilmirəm. İstəyirəm ki, mənə hansı bir gecə Mədinəyə gəlməyimi bildirəsiniz və mən həmin gecədə ibadət və namazda iştirak edə bilim. O həzrət həmin şəxsi yaxınına çağırdı və qulağına söyləməklə o gecəni ona tanıtdırdı.
Cuhəni də iyirmi üçüncü gecə gəlib çatdıqda, bütün ailəsi, övlad və qulamları (xidmətçiləri) ilə birlikdə Mədinəyə gəlir və sübhə qədər qaldıqda sonra, yenə öz evinə qayıdırdı." (29)
Eyni zamanda, başqa bir rəvayətdə Allahın Rəsulundan (s) nəql edilmişdir ki, Ramazan ayının iyirmi üçüncü gecəsi ailə üzvlərinin baş-gözünə su çiləyirdi ki, onlar yuxuya getməsinlər. (bu gecənin fəzilətindən faydalana bilsinlər.) (30)
Çoxlu saydakı digər rəvayətlərdə belə bildirilir: "Qədr gecəsi iyirmi üçüncü gecədir." Mərhum Əllamə Məclisi "Zadul-məad" kitabında yazır: "Əksər mötəbər rəvayətlər Qədr gecəsinin iyirmi üçüncü gecə olmasına dəlalət edir." (32)
İyirmi üçüncü gecəyə aid olan xüsusi əməllər:
İyirmi üçüncü gecədə Qədr gecələrinin müştərək əməllərindən başqa, digər əməllər də qeyd edilmişdir:
1. "Ənkəbut" və "Rum" surəsini oxumaq. İmam Sadiq (ə) buyurur: "Kim iyirmi üçüncü gecədə "Ənkəbut" və "Rum" surələrini oxusa, Allaha and olsun, cənnət əhlidir!" (33)
2. Min dəfə «انّا انزلناه» (İnna ənzəlnahu) ("Qədr") surəsini oxumaq. (34)
3. "Ha. Mim" ("Duxan") surəsini oxumaq. (35)
4. Bu duanı oxumaq:
اَللّهُمَّ امْدُدْ لى فى عُمْرى، وَاَوْسِعْ لى فى رِزْقى، وَاَصِحَّ لى جِسْمى، وَبَلِّغْنى اَمَلى، وَاِنْ کُنْتُ مِنَ الاَْشْقِیآءِ فَامْحُنى مِنَ الاَْشْقِیآءِ، وَاْکتُبْنى مِنَ السُّعَدآءِ، فَاِنَّکَ قُلْتَ فى کِتابِکَ الْمُنْزَلِ عَلى نَبِیِّکَ الْمُرْسَلِ، صَلَواتُکَ عَلَیْهِ وَ آلِهِ، یَمْحُو اللهُ ما یَشآءُ وَیُثْبِتُ، وَعِنْدَهُ اُمُّ الْکِتابِ
“İlahi, ömrümü uzun, ruzimi bol, cismimi sağlam et, məni arzularıma çatdır, əgər bədbəxtlərin cərgəsindəyəmsə, adımı onların zümrəsindən sil və xoşbəxt olanlar sırasında qeyd et! Həqiqətən, Sən göndərilmiş peyğəmbərinə (ona və Əhli-beytinə salam olsun) nazil etdiyin kitabda demisən ki, Allah istədiyini məhv edir və istədiyini qeyd edir və Ümmul-kitab (kitabln əsli) onun yanındadır.” (36)
5. İyirmi üçüncü gecəyə məxsus olan bu duanı oxumaq:
یا رَبَّ لَیْلَهِ الْقَدْرِ وَجاعِلَها خَیْراً مِنْ اَلْفِ شَهْر، وَرَبَّ اللَّیْلِ وَالنَّهارِ، وَالْجِبالِ وَالْبِحارِ، وَالظُّلَمِ والاَْنْوارِ، وَالاَْرْضِ وَالسَّمآءِ، یا بارِئُ یا مُصَوِّرُ، یا حَنّانُ یا مَنّانُ، یا اَللهُ یا رَحْمنُ، یا اَللهُ یا قَیُّومُ، یا اَللهُ یا بَدیعُ، یا اَللهُ یا اَللهُ یا اَللهُ، لَکَ الاْسْمآءُ الْحُسْنى، وَالاْمْثالُ الْعُلْیا، وَالْکِبْرِیآءُ وَالاْلاءُ، اَسْئَلُکَ اَنْ تُصَلِّىَ عَلى مُحَمَّد وَ آلِ مُحَمَّد، وَاَنْ تَجْعَلَ اسْمى فى هذِهِ اللَّیْلَهِ فِى السُّعَدآءِ، وَرُوحى مَعَ الشُّهَدآءِ، وَاِحْسانى فى عِلِّیّینَ، وَاِسائَتى مَغْفُورَهً، وَاَنْ تَهَبَ لى یَقیناً تُباشِرُ بِهِ قَلْبى، وَایماناً یُذهِبُ الشَّکَّ عَنّى، وَتُرْضِیَنى بِما قَسَمْتَ لى، وَ اتِنا فِى الدُّنْیا حَسَنَهً، وَفِى الاْخِرَهِ حَسَنَهً، وَقِنا عَذابَ النّارِ(37) الْحَریقِ، وَارْزُقْنى فیها ذِکْرَکَ وَشُکْرَکَ، وَالرَّغْبَهَ اِلَیْکَ، وَالاِْنابَهَ والتَّوْبَهَ، والتَّوْفیقَ لِما وَفَّقْتَ لَهُ مُحَمَّداً وَ آلَ مُحَمَّد عَلَیْهِمُ السَّلامُ
“Ey Qədr gesənin rəbbi və onu min aydan xeyirli edən, ey gecə və gündüzün, dağ və dəryaların, zülmət və nurların, yer və göylərin rəbbi, ey yaradan və surət (sima) verən, ey bəxşiş edən və nemət verən, ey Allah, ey rəhimli, ey Allah, ey başa çatdıran, ey Allah, ey yaradan, ey Allah, ey Allah, ey Allah, gözəl adlar, üstün misallar, əzəmət və nemətlər yalnız Sənə məxsusdur. Səndən Məhəmməd və Ali-Məhəmmədə salam göndərməyini və bu gecədə adımı səadətə çatanların sırasında, ruhumu Məhəmməd və şəhidlərlə birgə etməyini, ehsan və yaxşılığımı cənnətin ən ali zirvəsində yerləşdirməyini, günahlarımı bağışlamağını, mənə qəlbimi müjdələyəcək yəqin və şəkk və tərəddüdümü məndən kənarlaşdıracaq iman və mənim üçün böldüyün (təqdir etdiyin) şeylərə razı olmağı bəxş etməyini, dünya və axirətdə mənə həsənə (savab və mükafatlar) verməyini, məni yandırıcı odun əzabından amanda saxlamağını, (37) bu gecədə Səni yad etmək və Sənə şükr etməyi, Sənə rəğbətli olmağı, Məhəmməd və Ali-Məhəmmədi (ona və Əhli-beytinə salam olsun) müvəffəq etdiyin şeyələrə nail olmağı nəsib etməyini istəyirəm.” (38)
6. İmam Sadiqdən (ə) nəql edilən bu duanı oxumaq:
اَللّهُمَّ اجْعَلْ فیما تَقْضى وَفیما تُقَدِّرُ مِنَ الاْمْرِالْمَحْتُومِ، وَفیما تَفْرُقُ مِنَ الاْمْرِ الْحَکیمِ، فى لَیْلَهِ الْقَدْرِ، مِنَ الْقَضآءِ الَّذى لا یُرَدُّ وَلا یُبَدَّلُ، اَنْ تَکْتُبَنى مِنْ حُجّاجِ بَیْتِکَ الْحَرامِ فى عامى هذَا، اَلْمَبْرُورِ حَجُّهُمْ، اَلْمَشْکُورِ سَعْیُهُمْ، اَلْمَغْفُورِ ذُنُوبُهُمْ، اَلْمُکَفَّرِ عَنْهُمْ سَیِّئاتُهُمْ، وَاجْعَلْ فیما تَقْضى وَتُقَدِّرُ، اَنْ تُطیلَ عُمْرى، وَتُوَسِّعَ لى فى رِزْقى.
“İlahi, qəti olan qəza və qədərini bizim üçün təqdir elə, Qədr gecəsində geri çevrilməyən və dəyişilməyən hikmətli işləri ayırdıqda, məni Sənin evini (Kəbənin) ziyarət edən, həcləri bəyənilən və dəyərli, səyləri (Səfa və Mərvə arasındakı əməlləri) qəbul və günahları bağışlanmış və eyibləri örtülmüş olan hacılardan elə, qəza və qədərində mənim üçün uzunömürlü olmağı təqdir et və mənə geniş (bol) halal ruzi nəsib elə! (39)
7. İmam Həsəndən (ə) nəql edilən bu duanı oxumaq:
یا باطِناً فى ظُهُورِهِ، وَیا ظاهِراً فى بُطُونِهِ، وَیا باطِناً لَیْسَ یَخْفى، وَیا ظاهِراً لَیْسَ یُرى، یا مَوْصُوفاً لا یَبْلُغُ بِکَیْنُونَتِهِ مَوْصُوفٌ، وَلا حَدٌّ مَحْدُودٌ، وَیا غآئِباً غَیْرَ مَفْقُود، وَیا شاهِداً غَیْرَ مَشْهُـود، یُطْـلَبُ فَیُـصابُ، وَلَمْ یَخْلُ مِنْهُ السَّمـواتُ وَالاَْرْضُ وَما بَیْنَهُما طَرْفَهَ عَیْن، لا یُدْرَکُ بِکَیْف، وَلا یُوَیَّنُ بِاَیْن وَلا بِحَیْث، اَنْتَ نُورُ النُّورِ، وَرَبُّ الاْرْبابِ، اَحَطْتَ بِجَمیـعِ الاْمُورِ، سُبْحانَ مَنْ لَیْسَ کَمِثْلِهِ شَىْءٌ، وَهُوَالسَّمیعُ الْبَصیرُ، سُبْحانَ مَنْ هُوَ هکَذا، وَلا هکَذا غَیْرُهُ.
“Ey aşkar olduğu halda, batin (gizli), ey batin (gizli) olduğu halda, aşkar, ey gizlin olmayan batin, ey görünməyən aşkar, ey vəsf edilən, amma heç bir vəsfin onun zatına çatmadığı (layiq olmadığı), ey heç bir həddin onu məhdud etmədiyi, ey itməyən (yoxa çıxmayan) gizli, ey şahid olduğu halda gözlərin onu görmədiyi, Səni istəyir və Sənin sayəndə məqsədə nail olurlar. Yerlər və göylər və onlar arasında olanlar bir an belə, Sənsiz deyil, ey keyfiyyətlə dərk olunmayan, bir yerə və tərəfə sığmayan (daxil olmayan), Sən nura aydınlıq verən və bütün kəslərin (boya-başa çatdıranların) pərvərdigarısan və hər şeyi əhatə eləmisən. Pakdır heç bir tayı-bərabəri olmayan və o, eşidən və görəndir. Pakdır bu cür olan və başqası belə (onun kimi) deyildir.” (40) Sonra nə hacətin, diləyin varsa, Allahdan istə!
8. Həmçinin, məsum imamlardan nəql edilən rəvayətlərdə Ramazan ayının iyirmi üçüncü gecəsi onların rukuda, səcdədə, ayaq üstə və oturan halda bu duanı oxuduqları bildirilmişdir. Hətta, bütün Ramazan ayı boyunca və digər vaxtlarda Allaha həmd-səna və Peyğəmbərə (s) salavatdan (məsələn, "Əlhəmdu lilləh vəs-səlatu əla rəsulillah və alihit-tahirin" (اَلْحَمْدُ لِلّهِ وَ الصَّلاهُ عَلى رَسُولِ اللّهِ وَ آلِهِ الطّاهِرینَ) dedikdən sonra aşağıdakı duanı oxumaq:
اَللّـهُمَّ کُنْ لِوَلِیِّکَ الْحُجَّهِ بْنِ الْحَسَنِ، صَلَواتُکَ عَلَیْهِ وَعَلى ابآئِهِ، فى هذِهِ السّاعَهِ، وَفى کُلِّ ساعَه، وَلِیّاً وَحافِظاً، وَقآئِداً وَناصِراً، وَدَلیلا وَعَیْناً، حَتّى تُسْکِنَهُ اَرْضَکَ طَوْعاً، وَتُمَتِّعَهُ فیها طَویـلاً.
“İlahi! Sənin vəli və yer üzərindəki canişinin Höccət ibnil-Həsənə – ona və ata-babalarına salavat olsun – bu və bütün saatlarda (anlarda) rəhbər, mühafiz, yardımçı, bələdçi və nəzarətçi ol! O vaxta qədər ki, camaatın istək və meyli ilə yer üzərində məskunlaşdırasan və ondan uzun müddət faydalandırasan” (41)
9. Eyni zamanda, bu duanı əlləri göyə qaldıran halda oxumaq:
یا مُدَبِّرَ الاْمُورِ، یا باعِثَ مَنْ فِى الْقُبُورِ، یا مُجْرِىَ الْبُحُورِ، یا مُلَیِّنَ الْحَدِیدِ لِداوُدَ، صَلِّ عَلى مُحَمَّد وَ آلِ مُحَمَّد، وَافْعَلْ بى کَذا وَ کَذا
“Ey işlərə tədbir tökən, ey qəbirlərdə olanları dirildən, ey dəryaları cərəyan etdirən, ey dəmiri Davud üçün yumşaldan, Məhəmməd və Ali-Məhəmmədə salam göndər və mənim üçün filan və filan işləri elə!”
Kəza və kəza (filan filan) sözlərinin yerinə öz hacətlərinizi söyləyin. Daha sonra belə əlavə edin:
: اَللَّیْلَهَ اَللَّیْلَهَ، اَلسَّاعَهَ اَلسَّاعَهَ
Əl-Ləylətə, Əl-Ləylətə (bu gecədə), Əs-Saətə, Əs-Saətə (bu saatda)
Bu duanı rukuda, səcdədə, ayaq üstə və oturan halda davamlı olaraq oxuyun. (42)
10. İyirmi üçüncü gecənin əhəmiyyətini nəzərə alaraq qüsl almaq, əhya saxlamaq və imam Hüseyni (ə) ziyarət etməyin, eyni zamanda, bütün gecələrdə qılınması müştərək olan yüz rükətlik namazın qılınmasının həddən artıq fəzilət və savabı vardır.
Şeyx Tusi "Təhzib" kitabında Əbu Bəsirdən imam Sadiqin (ə) belə buyurduğunu nəql etmişdir: "Qədr gecəsi olmasına ümid edilən həmin gecədə yüz rükətlik namaz qıl, hər rükətdə "Fatihə" surəsindən sonra on dəfə "Qul huvəllahu əhəd" (İxlas) surəsini oxu.
Əbu Bəsir deyir: "Əgər ayaq üstə qıla bilməsəm necə?" İmam buyurur ki, oturan halda qıl. Əbu Bəsir soruşur ki, oturan halda qıla bilməsəm necə? İmam "Öz yerində uzandığın halda qıl!" – deyə cavab verir." (43)
11. Mərhum Əllamə Məclisi "Zadul-məad" kitabında belə yazır: "Bu gecədə mümkün olduğu qədər Quran oxumaq və "Səhifeyi-Səccadiyyə"də olan dualardan, xüsusilə də, "Məkarimul-əxlaq" və "Tövbə" dualarından istifadə etmək lazımdır.
Qədr gecəsinin gündüzlərinə də ehtiram edərək onu ibadət və dua ilə keçirmək lazımdır. Çoxlu saydakı hədislərdə qeyd edilib ki, Qədr gecəsinin gündüzləri də fəzilət baxımından, Qədr gecəsi kimidir." (44)
1) "Zadul-məad", səh. 180.
2) "İqbal", səh. 167.
3) "Zadul-məad", səh. 185.
4) "İqbal", səh. 186.
5) "İqbal", səh. 186 və "Zadul-məad", səh. 185.
6) "İqbal", səh. 187.
7) "Zadul-məad", səh. 186.
8) "Təhzib", c.6, səh. 49, hədis 26.
9) "İqbal", səh. 186.
10) "İqbal", səh. 186.
11) "Bələdul-əmin", səh. 203.
12) "Zadul-məad", səh. 186 (azacıq fərqlərlə).
13) "Mustədrəkul-vəsail", c.7, səh. 458, hədis 12.
14) "İqbal", səh. 186 və "Zadul-məad", səh. 186.
15) "İqbal", səh. 186 və "Zadul-məad", səh. 186.
16) "İqbal", səh. 187.
17) "Biharul-ənvar", c.95, səh. 147.
18) "İqbal", səh. 184.
19) "Biharul-ənvar", c.94, səh. 2, hədis 4.
20) "Əmali", səh. 649, Şeyx Səduq.
21) "Misbahul-mutəhəccid", səh. 628; "Kafi", c.4, səh. 160 (azacıq fərqlə).
22) "Misbah", səh. 584, Kəfəmi.
23) "Muqniə", səh. 167, "Səlatu-şəhri-Rəməzan" bölməsi.
24) "İqbal", səh. 200.
25) "İqbal", səh. 195.
26) "Biharul-ənvar", c.94, səh. 129, hədis 7.
27) "İqbal", səh. 195.
28) "Biharul-ənvar", c.94, səh. 130, hədis 7.
29) "İqbal", səh. 207.
30) "İqbal", səh. 207.
31) "İqbal", səh. 206-207.
32) "Zadul-məad", səh. 187.
33) "Misbahul-mutəhəccid", səh. 628; "İqbal", səh. 211.
34) "Misbahul-mutəhəccid", səh. 628; "İqbal", səh. 211.
35) "İqbal", səh. 214.
36) "İqbal", səh. 209; "Biharul-ənvar", c.95, səh. 162.
37) «النّار» (Ən-nar) sözü "Misbah" kitabında qeyd edilmişdir.
38) “Kafi”, c.4, səh. 161; "Misbahul-mutəhəccid", səh. 629.
39) "İqbal", səh. 211.
40) "İqbal", səh. 211. "Biharul-ənvar", c.95, səh. 165-də imam Hüseynin (ə) Qədr gecəsində bu duanı oxuması qeyd edilmişdir.
41) "Misbahul-mutəhəccid", səh. 630; Kəfəmi, "Misbah", səh. 586 (azacıq fərqlərlə).
42) "Mən la yəhzuruhul-fəqih", c.2, səh. 162; "Biharul-ənvar", c.95, səh. 70.
43) "Təhzib", c.3, səh. 64, hədis 19.
44) "Zadul-məad", səh. 190.
Nəşr tarixi: « 1394/04/09 »