İslam elmlərinin yaranması və yayılmasında şiəliyin rolu – beynəlxalq konfransı öz işinə davam edir.
İslam elmlərinin yaranması və yayılmasında şiəliyin rolu – beynəlxalq konfransının ikinci günü Qurani-Kərimin tilavəti ilə başladı.
Konfransın başlanğıcında Quran tilavəti (8:40)
Allah kəlamının oxunuşu ilə konfransa start verildi.
Ayətullah Məkarim Şirazinin konfransa gəlişi (8:55)
Konfransın üçüncü riyasət heyətinin kürsüdə yerlə alması (8:55)
Dr. Musa Aydın, Mövləvi Həbibullah Hisam, Dr. Hail Əbdülhəfiz Davud, Höccətül-İslam Dr. Vaizi, Şeyx Tican Sila, Ayətullah Hairi, Prof. Madlung.
Ayətullah Cəfər Sübhaninin çıxışı (11:00)
Şiənin xidmətləri dünyaya lazımınca tanıtdırılmayıb.
Ayətullah Cəfər Sübhani: Şiə və əhli-sünnənin İslam elmlərinə əvəzsiz xidmətləri olmuşdur, amma şiəliyin xidmətləri lazımınca işıqlandırılmayıb.
İslam elmlərinin yaranması və yayılmasında şiəliyin rolu – beynəlxalq konfransının xəbərinə istinadən Ayətullah Cəfər Sübhani bugün səhər İmam Kazim (ə) mədrəsəsinin “Rəsuli-Əzəm (s)” salonunda təşkil olunmuş “İslam elmlərinin yaranması və yayılmasında şiəliyin rolu” beynəlxalq konfransının yekun toplantısında, bütün diri xalqların həmişə özünü tanıtdırdığına işarə edərək buyurdu:
Diri xalqlar başqalarının onları tanıtdırılmasını ummurlar; Əgər buna etinasız qalıb özümüzü tanıtdırmasaq, haqqımıza zülm etmiş olarıq.
O, şiənin xidmətlərinin gizli qaldığına şübhə olmadığına təkid edərək dedi: “Şiə və əhli-sünnənin hər ikisi İslam elmlərinə misilsiz xidmətlər göstərmişdir, amma şiənin xidmətləri lazımınca tanıtdırılmayıb”.
Ayətullah Cəfər Sübhani şiənin xidmətlərinin gizli qalmasının təkcə son əsrə aid olmadığını xüsusi vurğulayaraq buyurdu: “Tarix boyu bir çox şiə mütəfəkkirləri etiraf ediblər ki, biz şiəni və onun xidmətlərini doğru-düzgün bəşərə çatdırmamışıq”.
O, fiqhin bir bəxşinin “elmi-xilaf” olduğuna işarə edərək buyurdu: Alimlər arasındakı ixtilafları “fiqhi-müqarən” (müqayisəli fiqh) adı altında qələmə alan ilk şəxs mərhum Şeyx Müfid olmuşdur.
Ayətullah Cəfər Sübhani fikir mübadiləsinin həqiqəti daha da aydınlaşdıracağına təkid edərək bildirdi: “Ayətullah Brucerdi min bir zəhmət bahasına “Elmul-xilaf”ı tapıb çap etdirən ilk şəxsdir. Əgər fiqhi münasibətləri yaxınlaşdırmaq istəyiriksə, bunun üçün ən gözəl vasitə kitab mərhum Əllamə Hillinin “Təzkirətul-fiqh” kitabıdır”.
O dedi: “Biz özümüzü gözəl şəkildə tanıtdırmalıyıq ki, birlikdə, çiyin-çiyinə xidmətlər göstərdiyimizi anlayaq”.
Mərcəyi-təqlid müctəhid şiə və əhli-sünnənin əhkam ayələrinin fərqinə işarə edərək buyurdu: “Fiqhi-müqarən” və fiqhin digər sahələri hal-hazırda da alimlər, mərcəyi-təqlidlər sayəsində təlif edilməkdədir. Bu özü böyük bir işdir.