İslam İnqilabının Rəhbəri “İslam elmlərinin yaranması və yayılmasında şiəliyin rolu” beynəlxalq konfransının iştirakçıları ilə görüşündə:

Bu gün İslam dünyasında “oyanış” baş verib. Qərb dünyasının bunu inkar etməsinə rəğmən, bu oyanış İslama daha artıq meyillənməyə şərait yaratmaqla bərabər, daha yaxşı gələcəyin müjdəçidir.

İslam elmlərinin yaranması və yayılmasında şiəliyin rolu – beynəlxalq konfransının son bəyanatı

Allahın lütfü və İmam Məhdinin (əc.) xüsusi nəzəri sayəsində İslam elmlərinin yaranması və yayılmasında şiəliyin rolu – beynəlxalq konfransı Ayətullah Məkarim Şirazinin göstərişi ilə təşkil edildi. İki illik fəaliyyətin bəhrəsi, universitet və hövzənin tanınmış alimlərinin birgə səyinin nəticəsi olaraq 55 cildlik kitab ərsəyə gəldi, hansı ki, İslam dünyasına böyük bir xidmət və töhfədir. Həmin kitab sayəsində İslam elmlərinin (Quran elmləri, hədis elmləri, fiqh və üsul, əqli elmlər, ədəbi elmlər, tarix, humanitar elmlər, əxlaq, irfan, astronomiya və tibb və s.) yaranması və yayılmasında Əhli-beyt (ə) və şiə alimlərinin misilsiz rolunu nümayiş etdirə bildi.

 

İslam elmlərinin yaranması və yayılmasında şiəliyin rolu – beynəlxalq konfransının ikinci günü

İslam elmlərinin yaranması və yayılmasında şiəliyin rolu – beynəlxalq konfransı öz işinə davam edir.