Ayətullah Məkarim Şirazinin rəsmi ofisinin yetərli açıqlaması

Ayətullah Məkarim Şirazinin rəsmi ofisinin yetərli açıqlaması


Ədəb və təvazökarlıqdan uzaq olan bu dəvət tərzi onların düzgün və məntiqli münazirəyə hazır olmadıqlarını göstərir... ‌

Son günlər bəzi Səudiyyə saytlarında qeyd edilir ki, Səudiyyənin tanınmış alim heyətinin üzvü cənab Şeyx Abdullah ibn Süleyman bu heyətin Səudiyyə Ərəbistanındakı, yaxud İraqdakı şiə alimləri, başbilənləri ilə münazirəyə və haqqı bəyan etməyə hazır olduqlarını dilə gətirib. Deyib ki, bizim prinsiplərimiz Quran və sünnəyə dayanır, hər kəs bizə qarşı çıxsa yolunu azıb.

Ədəb və təvazökarlıqdan uzaq olan bu dəvət tərzi onların düzgün və məntiqli münazirəyə hazır olmadıqlarını göstərir, amma etiqadi problemləri həll etməkdən ötrü ədəb və məntiq çərçivəsində diskusiyaya hazır olsalar, şiə alimləri buna tam hazırdılar, Quran, Peyğəmbər (s) sünnəsi və qəti əqli dəlillər əsasında İraq, yaxud Livanda belə bir dəyirmi masa təşkil edilə bilər. Çünki, Qurani-kərim 70 ayədə ağılı “höccət” (dəlil) bilmişdir.

Belə bir ədalətli və məntiqli toplantının təşkil olunacağına, şiə və əhli-sünnə arasındakı ixtilafların azalmasına təsir edəcəyinə, müsəlmanların vəhdətinə təkan verəcəyinə ümidvarıq.

 

Yayım tarixi: 19.06.2016

captcha