Pakistandakı son acı hadisələrlə bağlı Ayətullah Məkarim Şirazinin bəyanatı

Pakistandakı son acı hadisələrlə bağlı Ayətullah Məkarim Şirazinin bəyanatı


Ümid edirik ki, Pakistan dövlət rəsmiləri tezliklə, müsəlmanların vəhdətini təhlükəyə atan bu ağlasığmaz işlərin qarşısını alsın!‌

Pakistandakı son acı hadisələrlə bağlı Ayətullah Məkarim Şirazinin bəyanatı
Ümid edirik ki, Pakistan dövlət rəsmiləri tezliklə, müsəlmanların vəhdətini təhlükəyə atan bu ağlasığmaz işlərin qarşısını alsın!

Bağışlayan və mehriban Allahın adı ilə
Bu günlərdə Pakistandan qulağımıza acı və təəssüfləndirici xəbərlər çatır. Ayrı-ayrı bölgələrdə şiələr şiddətə məruz qalır, hətta polislər şiə məclislərinə hücum edərək, onlara xəsarət yetiriblər.
Pakistandakı bu yeni anti-şiə hərəkatı bəzi şiə dəstələrinin təəssübkeş rəftarına gətirib çıxarıb, deyilənə görə, onlardan bəzilərinin halı yaxşı deyil.
Pakistandakı bu yeni hərəkat, xüsusilə dövlət tərəfindən olması, çox təəccüb doğurur. Bizim səyimiz Pakistan dövləti və milləti ilə dostluq və qardaşlıq münasibətlərini yaxşılaşdırmaq istiqamətindədir, lakin təkfirçilər və vəhhabi əlaltıları tərəfindən həyata keçirilən bu işlər dünya şiələri, xüsusilə də İran şiələri tərəfindən yolverilməzdir.
Pakistan dövlət rəsmilərinin tezliklə, müsəlmanların vəhdətini təhlükəyə atan bu ağlasığmaz işlərin qarşısını alacaqlarına, eləcə də, dünya birlikləri məlum faciəyə münasibət bildirib, bunun sonlanması üçün konkret addımlar atacaqlarına ümidvarıq.
Hidayətə tabe olanlara salam olsun!
Nasir Məkarim

05/06/2016

 

Açar sözlər : Məkarim Ayətullah Pakistan Şirazi
captcha