“Müasir dünyada təkfirçi cərəyanların təhlükəsi” adlı II beynəlxalq konfransın son bəyanatı

“Müasir dünyada təkfirçi cərəyanların təhlükəsi” adlı II beynəlxalq konfransın son bəyanatı


28 yanvar 2016-cı ilə tarixində şiə dünyasının aliməqamlı mərcəyi-təqlidinin dəvəti və yüzlərlə şiə və sünni alimlərinin iştirakı ilə Qum şəhərində “Təkfirçi və ekstremist cərəyanlar mövzusunda beynəlxalq konfrans təşkil olundu və hər məzhəb və təriqətin ekstemist davranışlarını pisləməklə yanaşı, aşağıdakı bəndləri elan edir:‌

“Müasir dünyada təkfirçi cərəyanların təhlükəsi” adlı II beynəlxalq konfransın son bəyanatı

 

و لا تقولوا لمن القی الیکم السلم لست مومنا تبتغون عرض الحیوه الدنیا

 

“... və sizə salam verən və zahirdə İslama mənsubiyyət bildirən şəxsə, dünya həyatının mənfəətini əldə etmək istəyərək (bu bəhanə ilə onu öldürmək üçün) “sən mömin deyilsən” deməyin...” (“Nisa” surəsi, ayə 94)

 

الحمد لله رب العالمین و صلی الله علی سیدنا محمد و علی آله الطاهرین و صحبه المنتجبین و من تبعهم باحسان الی یوم الدین

 

Hazırkı şəraitdə İslam dünyası özünün ən acı dövrlərindən birini arxada qoyur. Ekstremist və təkfirçi cərəyanlar öz sözləri, fətvaları və iktirəlik yaradan addımları ilə qətlə, zorakılığa, təriqət davasına, müsəlmanların İslam dünyasının əsas məsələrindən ayrı düşməsinə və İslam düşmənləri cəbhəsinin güclənməsinə bais olurlar. Belə bir şəraitdə İslam alimləri belə qruplaşmaları inkar və rədd edib, orijinal İslamı təqdim etməklə, öz tarixi vəzifələrini yerinə yetirməyə borcludurlar.

Bu əsasla, bugün 28 yanvar 2016-cı ilə tarixində şiə dünyasının aliməqamlı mərcəyi-təqlidinin dəvəti və yüzlərlə şiə və sünni alimlərinin iştirakı ilə Qum şəhərində “Təkfirçi və ekstremist cərəyanlar mövzusunda beynəlxalq konfrans təşkil olundu və hər məzhəb və təriqətin ekstemist davranışlarını pisləməklə yanaşı, aşağıdakı bəndləri elan edir:

1. İslam mərhəmət, sevgi dinidir, qətl və zorakılıqdan uzaqdır. Müsəlmanların ülgüsü Mustafa Rəsulullahdır (s), hansı ki, ləqəbi “İnnəkə lə əla xuluqin əzim”dir – “انک لعلی خلق عظیم” – (“Həqiqətən də, sən böyük əxlaqa sahibsən!”). Bu üzdən bütün müsəlmanlar digər din və təriqətlərlə dinc yaşayışı öz ictimai sərlövhəsi qərar verir, dinlərin, təriqətlərin ardıcılları arasındakı sabitliyi pozan hər növ radikallıq və əməldən çəkinirlər.

2. Allah Peyğəmbərinin (s) praktiki həyat tərzi və qəti sünnəsinə əsasən, “kəlmeyi-şəhadəti” dilinə gətirən kəs müsəlmandır və onun qanı, malı, namusu və heysiyyəti möhtərəmdir. Bu xüsusda şəxsi çıxarış, “nəss” (Quran və sünnə) müqabilində ictihaddır.

3. İslam alimlərinin yekdil rəyinə əsasən, dinin zəruri prinsipləri inkar edildiyi zaman küfr gerçəkləşir. Halbuki, İslam dünyasında mövcud ixtilafların heç biri dinin zəruri prinsiplərinə dəxil deyil, bu əsasla hər hansı şəxsin və ya qrupun əsassız bəhanələrlə digərlərinə təcavüz haqqı yoxdur.

4. Müxtəlif İslam ölkələrində təkfirçi qruplaşmaların cinayətlərini və sputnik kanallarında qarşıdurma yaradan kiçik dəstənin çıxış və addımlarını məhkum etməklə yanaşı İslamın bütün məzhəb və təriqətlərindən siyasi və dini mülahizələrsiz öz ekstremistlərinə qarşı çıxıb rəsmi fətva və bəyanatla müsəlmanları dini müharibələrə salmaqdan çəkinmələrini istəyirik.

5. Nəzərə alsaq ki, İslam düşmənləri bu radikallardan öz imperialist hədəflərinin irəliləyişi üçün istifadə edir və İslamafobiya layihəsini işə salmaqla İslamın dünyaya yayılmasının qarşısını alır, konfransda iştirak edən alimlər bütün ekstremist və təkfirçi cərəyanlara qarşı olduqlarını və bu qruplaşmaların İslam və müsəlmanlıqla heç bir əlaqəsinin olmadığını bildirir.

6. Biz, konfrans iştirakıçıları alimləri bütün bölgə siyasətçilərindən zorakılıq və təkfirin yayılmasına xidmət edən və təriqət savaşları istiqamətində praktiki addıma səbəb olan davranışlardan çəkinmələrini tələb edirik və bütün bölgə məsələlərində müzakirə ən gözəl yol, sülh ən yaxşı sonluqdur. Quranın birbaşa təbirincə: “الصلح خیر(“Sülh xeyirdir!”).

7. İslam ümmətinin uğur rəmzi İslam sivilizasiyasının vəhdəti və yenidən dirçəlişi və bir-birimizin həmkarlığı, dəstəyi ilə dünya miqyasında İslamın orijinal və həyatbəxş mədəniyyətinin yayılması sayəsindədir. Bu xüsusda, Allah kəlamının tərəqqisi və yeni sivilizasiyanın yaranması uğrunda bütün güc və qüvvəmizi səfərbər etməliyik. Bizi hədəfdən yayındıracaq hər tip danışıq və ya rəftardan çəkinməliyik.

8. Ayətullah Məkarim Şirazi tərəfindən ekstremist və təkfirçi cərəyanlara qarşı dünya miqyasında daimi konfrans katibliyinin təşkil olunması ilə bütün İslam alimlərinə vəhdət əli uzadaraq, bu enişli-yoxuşlu yolda bütün alilmlərin bizə dəstək olmalarını umuruq. Bu katiblik öz növbəsində bilir ki, vəhdət yolunda, İslam dünyasının tərəqqisi uğrunda çalışan kəslərlə yanaşı olmağı, ekstremistlik və təkfirçilik qarşısında qardaşyanə şəfqət və nəsihətlə bütün müsəlman gənclərdən İslam və müsəlmanların zərərinə başa gələn rəftarlardan çəkinmələrini istəyir.

Ümid edirik ki, Allah Rəsulunun (s) gözəl həyat yolu bütün müsəlmanların ülgüsü, bütün dünya elm adamları və alimlərinin iradə mənbəyi olacaq.

captcha