İslam ölkələri zahirdə müsəlman olanların əli ilə bir-birinin ardınca dağıdılır.

İslam ölkələri zahirdə müsəlman olanların əli ilə bir-birinin ardınca dağıdılır.


Bugünkü dünyada qəribə bidət ortaya çıxıb, digər ölkələrin siyasi gedişatını və durumunu bəyənməyən hər hansı bir ölkə, beynəlxalq icazə almadan ona qarşı müharibəyə başlayır. Necə də, təhlükəsiz bir dünya yaradıblar!‌  ‌

Bağışlayan və mehriban Allahın adı ilə
Növbəti dəfə İslam ölkələrindən birini, Yəməni müsəlmanların öz əli və öz büdcəsi ilə dağıtmağa başladılar. Dünənlərdə Suriya, Liviya kimi ölkələr və İraq dövlətinin böyük bir hissəsi dağıntıya uğradı. Elə bir dağıntı ki, on illər keçsə belə bərpa olunmayacaq. Bu gün növbəti qurban Yəməndir, sabah da növbədə dağıdanlar özləridir.
Qüdrətli İslamı öz yollarında ən böyük mane hesab edən böyük qüdrətlər (imperialistlər), bu qəribə və misli görülməyən planı hazırlayıblar ki, özləri kənarda oturub müsəlmanları bir-birinə qarşı təhrik etsinlər, ölkələrini öz əlləri ilə viran qoysunlar və nəticədə əzəmətli İslam qüdrəti məhv olsun.
Daha qəribəsi müsəlmanların İsrailin, yəni İslamın ən qatı düşməninin bu planı dəstəklədiyini, aşkarda himayə edəcəyini dediyini müşahidə etdikləri halda, yenə də onların istəyinə itaət göstərmələridir.
Daha da pisi Beynəlxalq Təşkilatlar bu təxribedici hücumların heç birində düzgün mövqe sərgiləmirlər, sükutla və ya öz süst nəzərlərini ibraz etməklə bu alışan atəşə benzin tökürlər.
Əslində BMT və Təhlükəsizlik Şurasının zahirdə o iri gövdəli ağacından bir neçə quru budaqdan başqa bir şey qalmamışdır və o da, yalnız yandırılmağa yarayır.
Digər tərəfdən fəlsəfəsi ərəblərin hüquqlarının müdafiəsi olan "Ərəb liqası" bu hadisəni qızışdıraraq, İslam ölkələrini bir-birini qırıb dağıtmağa həvəsləndirməklə məşğuldur.
Hamısından da təəssüflüsü Hicaz müftilərinin fətvalarıdır; bir neçə gün öncə koalisiya təşkil edib müsəlmanların bir-birinin qanını tökməsini təkidlə qınadıqları halda, bu gün 180 dərəcə dönüş etməklə Ərəbistanın Yəmənə hücumunu həkimanə addım kimi tanıtdıraraq bu viran qoyma siysətini icazəli bilirlər.
Halbuki, diqqətlə baxsaq, məsələnin surəti tam aydındır. Yəmən adlı bir ölkə inqilab edib, böyük əksəriyyəti zalım hökumətə qarşı qalxmışdır. Ölkə prezidenti canının qorxusundan qaçaraq, digər ölkəyə sığınmışdır. Bundan daha məqsədəuyğun bir nəzər varmı ki, yəmənlilərin rifah və asayişlərinin bərpası üçün onlara bu mövzuda kömək edilsin və əgər daxili ixtilafları varsa, müzakirə yolu ilə həllini tapsın?!
Bugünkü dünyada qəribə bidət ortaya çıxıb, digər ölkələrin siyasi gedişatını və durumunu bəyənməyən hər hansı bir ölkə, beynəlxalq icazə almadan ona qarşı müharibəyə başlayır. Necə də, təhlükəsiz bir dünya yaradıblar!
Bütün söylənənlərdən də qəribəsi İsrailin bir İslam dövlətinin mühüm və həssas hissəsini 50 ildən artıq bir müddətdə işğal etməsinə baxmayaraq, bu araqızışdıranlar tərəfindən onlara qarşı heç bir qatı tufanın əsməməsidir. Livan Hizbullahının baş katibinin – mücahid və yorulmaz komandanının dediyi kimi, onlar tərəfindən hətta mülayim bir külək də əsməmişdir. Amma bu gün Amerika və İsrailin təhriki ilə necə bir tufan əsməyə başlamışdır. Səudiyyə Ərəbistanının liderləri bilsinlər ki, bu atəşi söndürmədikləri təqdirdə, ya Yəmən inqilabçıları zəfər çalacaq, ya da bu müharibə illərlə davam edəcəkdir. Nəticədə, hər iki ölkədən bir xarabalıq yerdə qalacaq.
Yaxşı olar ki, tez bir zamanda öz işlərinə yenidən baxsınlar, çünki zərərin yarısından dönmək də xeyirdir!
Hidayətə itaət edənlərə salam olsun!

captcha