Ayətullah əl-uzma Məkarim Şirazinin Fransa hadisələrini tənqidi təhlili

Ayətullah əl-uzma Məkarim Şirazinin Fransa hadisələrini tənqidi təhlili


İslam Peyğəmbərini (s) təhqir etmək, bütün dünya müsəlmanlarına müharibə elanı deməkdir. Sizlər, yalnız İŞİD-dən zərbə almısınız. Müsəlmanlardan qisasalma metodunuz ağıla uyğundurmu? Onlar bu barədə düşünməlidirlər.‌  ‌

Həzrət Ayətullah Məkarim Şirazi Qum şəhərində, “Məscidi-Əzəm”də təşkil olunan özünün fiqhin ali mühazirələri dərsində, Fransada baş vermiş terror aktını qınayaraq buyurmuşdur: İslam, terroru hər kəsə (dost və düşmənə) qarşı pisləyir.
O, çıxışının ardında avropalıların hadisələrə reaksiyasına işarə edərək dedi: Onların ilk reaksiyası qırx dövlət başçısının iştirakı ilə keçirilən mitinq oldu. Həqiqətdə, mitinqin mahiyyəti qorxmuş avropalılara sakitləşdirici həbb misalı idi və bu, müvəqqəti təsir daşıyırdı.
Ayətullah əl-üzma Məkarim Şirazi müsəlmanlara, xüsusilə şiələrə hücumu, qərblilərin terror hadisələrinə növbəti bir reaksiyası hesab edərək, dedi: Təəssüflər olsun ki, avropalılar İŞİD cinayətlərini bütün müsəlmanların ayağına yazırlar. Halbuki, İslam alimləri yekdilliklə təkid edirlər ki, İŞİD İslamdan deyil.
O əlavə edərək dedi: Müqəddəs Qum şəhərində, eləcə də Misir və Suriya ölkələrində təşkil olunan müxtəlif konfranslar, İŞİD-in İslamdan sayılmamasının göstəricisidir. Bəs, niyə avropalılar İŞİD-in terror əməllərini ümumiləşdirərək bütün müsəlmanları özlərinə qarşı qaldırırlar? Məsələni bütün müsəlmanlar səviyyəsində ümumiləşdirmək ağıla uyğundurmu? Sizin vəzifəniz terroristlərin işini pisləməkdir. Niyə müsəlmanları narahat edirsiniz?
O, avropalıların terror hadisələrinə üçüncü reaksiyası kimi İslam Peyğəmbərinə (s) təhqir olaraq karikaturaların çəkilməsini göstərərək, buyurdu: Hücuma məruz qalan nəşriyyat, Peyğəmbərin (s) karikaturlarını çəkdiyini və yüksək tirajla çap etdiyini elan edib. Bu iş ağıla müvafiqdirmi?
O xüsusi olaraq vurğuladı: İslam Peyğəmbərinə (s) hörmətsizlik bütün müsəlmanlara müharibə elan etməkdir. Siz İŞİD-dən xəsarət almısınız. Müsəlmanlardan qisasalma üslubunuz ağıla uyğundurmu? Bunu düşünməlidirlər.
O, avropalılara müraciət edərək dedi: Sizlər hadisələrin köklərini tapıb onları qurutmaqla məşğul olun! İraq xalqı və ordusu, kənar qüvvələrin İŞİD-i himayə etməməsi şərtilə tezliklə onların kökünü kəsəcəkdir. Koalisiya yaratmağınıza ehtiyac yoxdur. İŞİD-ə gedən yardımların qarşısını almağınız kifayətdir. Onlara kömək olunmazsa, bir ay belə davam gətirə bilməzlər. İŞİD-ə kimlərin yardım etdiyini də çox yaxşı bilirsiniz. Elə bir addım atın ki, o köməklərin qarşısı alınsın. Belə olsa, terrorun kökü quruyacaqdır.
Həzrət Ayətullah Məkarim Şirazi Avropa hadisələrinə qarşı aqilanə davranılmasını təkidlə bəyan etdi: Kəskin və sübutsuz addımlar düşmən qazandırır. Terrorçuların kökünü kəsmək lazımdır. Yoxsa, təkcə mitinqlə kifayətlənmək məsələni həll etmir. Bu terrorçular bir gün yenidən alışacaq atəş altındakı köz kimidirlər.
Sonra o əlavə etdi: Keçmiş hadisələr ibrət dərsi olmalıdır. Dözümsüzlük, tələsik və qeyri-dəqiq qərarlar mövzunun həllinə yol açmır.
Allah hər kəsə işlərində müvəffəqiyyət nəsib etsin!

Açar sözlər : Məkarim Ayətullah Şirazi İŞİD
captcha