"Ərəbistan, Əhsa şəhərində şiələri qətlə yetirən cinayətkarları təcili müəyyənləşdirməli və cəzalandırmalıdır".

"Ərəbistan, Əhsa şəhərində şiələri qətlə yetirən cinayətkarları təcili müəyyənləşdirməli və cəzalandırmalıdır".


"Əhli-beyt (ə) dostlarına və hər hansı təriqət tərəfdarlarına qarşı törədilmiş cinayəti qınayır və bu ölkədə yaşayan şiə vətəndaşların ictimai asayişinin pozulmayacağına ümid edirik. Belə olduqda bütün dünya şiələri buna reaksiya göstərəcəklər”.‌

Həzrət Ayətullah Məkarim Şirazi məhərrəm ayının ilk on günlüyünün matəm günlərindən sonra Qum şəhərində “Məscidi-Əzəm”də özünün fiqhin ali mühazirələrinin ilk toplantısında yüksək səviyyədə əzadarlıq mərasimləri keçirdiklərinə görə İmam Hüseyn (ə) əzadarlarına öz təşəkkürünü bildirdi.
Mərcəyi-təqlid daha sonra əlavə etdi: "Allaha şükürlər olsun ki, bu il əzadarlıq mərasimləri hər ildən fərqli olaraq daha möhtəşəm, əzəmətli və hadisəsiz keçib”.
Cənab Məkarim Şirazi davamında Səudiyyə Ərəbistanının Əhsa məntəqəsində Hüseyn (ə) əzadarlarına qarşı törədilən ürək ağrıdıcı cinayəti pisləyərək, sözünə aydınlıq gətirdi: "Bir qrup qəddar təkfirçi, əzadarlıq keçirən Əhsa şiələrinə hücum edərək onlardan bir neçəsini şəhid etmiş, bir neçəsini isə yaralamışlar.
Həzrət Ayətullah Məkarim Şirazi vurğuladı ki, məlum hadisə, şiələrə qarşı zorakılığın Hicaz və Ərəbistanın daxilinədək uzandığını göstərdi və sözügedən mövzu Səudiyyə Ərəbistanının hakim dairələrinin çiyinlərinə ağır məsuliyyət qoyur. Ərəbistanın baş müftisi bu cinayəti kəskin pisləyərək, cinayətkarların cəzalandırılmasını istəyib; Bu cəhətdən məmnunuq, lakin şiələrə silahlı hücum edib qaçan cinayətkarları ifşa etmək Ərəbistan dövləti üçün çətin iş deyil”.
Ayətullah əl-üzma Məkarim Şirazi Səudiyyə Ərəbistan rəsmiləri tərəfindən cinayət icraçılarının tezliklə tapılması və cəzalandırılmasını, eləcə də, Əhsa və Qətif şiələrinin təhlükəsizliyinin təmin olunmasını xüsusi vurğulamaqla məsələyə aydınlıq gətirdi: "Cinayət iştirakçılarının müəyyənləşdirilməsi Səudiyyə Ərəbistanı rəsmiləri üçün çox çətin iş olmamalıdır".
O, əlavəsində dedi: "Əhli-beyt (ə) dostlarına və hər hansı təriqət tərəfdarlarına qarşı törədilmiş cinayəti qınayır və bu ölkədə yaşayan şiə vətəndaşların ictimai asayişinin pozulmayacağına ümid edirik. Belə olduqda bütün dünya şiələri buna reaksiya göstərəcəklər. Allahdan Hüseyn (ə) aşurası şəhidlərinə əfv diləyir, Kərbəla şəhidləri ilə məhşur olacaqlarına ümid bəsləyirik”.
Həzrət Ayətullah Məkarim Şirazi sözünün davamında İsfahanda adamların üzərinə sulfat turşusu atılması ilə bağlı qərəzli əcnəbi media nümayəndələrinin hay-küyünə işarə edərək dedi: "İsfahanda camaatın üzərinə yandırıcı maddə səpildi. Bütün orqan və təşkilatlar tamam güc və imkanlarını cinayət üzvü və ya üzvlərini tapmağa yönəltdilər. Allahın izni ilə bu baş verəcək və cinayətkarlar lazimi cəzalarını alacaqlar".
O, bəyan etdi: "Düşmənlər öz qərəzli və məqsədli təbliğatları ilə bu hadisəni “Əmr be məruf”la – "Yaxşılıqlara dəvət”lə əlaqələndirməyə çalışırlar. Halbuki, hər bir aqil insan o hadisənin bu mövzu ilə heç bir əlaqəsi olmadığını yaxşı bilir”.

 

captcha