Mehriban və bağışlayan Allahın adı ilə
Bütün dünyanı dolaşsaq şüası zaman və məkan üfüqü boyunca uzanan Aşura kimi başqa bir hadisə tapa bilmərik. Unutqan zamanın keçməsinə baxmayaraq, Aşura mərasimləri, hər il daha da geniş şəkildə qeyd edilir. Onun kimi həyatı yenidən canlandıracaq ikinci bir tarixi hadisə yoxdur. Aşura bir cəhətdən Əhli-beyt (ə) məktəbi tərəfdarları arasında vəhdət yaradan, digər tərəfdən isə imam Hüseyn (ə) aşiqlərinin damarlarında zalımlara qarşı şücaət və qiyam hissini gücləndirən başlıca amildir. Aşura həm də mənəvi paklığa, tövbəyə və Allah dərgahına tərəf qayıtmağa səbəb olur. Bu il Ali-Əbanın (ə) beşinci məsumuna tutulan əzanın daha dolğun və izdihamlı keçəcəyi gözlənilir. Hörmətli məddahların qeyd olunacaq bir neçə məqamı diqqət mərkəzində saxlayacaqlarına ümid edirik:
1. Əzadarlıq mərasimlərinin məsumların (ə) razılığını cəlb edəcək tərzdə olmasına səy göstərilməlidir. Dəyərli Kərbəla şəhidlərinin şəninə yaraşmayan üslublardan çəkinilməlidir.
2. Əza mərasimi iştirakçıları Kərbəla şəhidlərinə yas saxlamaqla yanaşı İmam Hüseyn (ə) qiyamının hədəfləri və onun tərafdarları ilə yaxından tanış olmalıdırlar.
3. Əza mərasimlərində möhtərəm iştirakçılar, xüsusilə gənclər, bu kimi toplantılardan mənfi və siyasi məqsədlər üçün istifadəyə yol verməməlidirlər. Müsəlmanlar ayrı-seçkiliyə səbəb olan, eləcə də düşmənə bəhanə verəcək məqamlardan çəkinməlidirlər. “Tətbir”, yəni qəmə ilə baş yarmaq tərk edilsin və bədənə ciddi zərər vurulmasının qarşısı alınsın. Digər şəxslərin müqəddəs simalarına, ayinlərinə təhqiramiz hərəkətlər olmasın; belə olarsa bu, şiə aləminə baha başa gələcək. Dünyanın hər bir nöqtəsində düşmənlər bundan sui-istifadəyə hazırdırlar.
Səmimi qəlbdən möhtərəm rözə oxuyan və əziz məddahlara üzümü tutub deyirəm ki, bu böyük tarixi hadisə üçün təşkil olunmuş mənəvi mərasimlərdən ən gözəl şəkildə faydalanın. Aşura mərasimlərində hamıdan çox gənclər iştirak edir. Gənclər bilməlidir ki, düşmən gözündə Aşura hadisəsi bir tikandır. Bunu başa düşmələri üçün onlara duaçıyam.
Vəssalmu ələykum və rəhmətullahi və bərəkatuh!
Nasir Məkarim Şirazi