Şeyx əl-Nimrin edam edilməsi Ərəbistan üçün gözlənilməz nəticələrə gətirib çıxaracaq

Şeyx əl-Nimrin edam edilməsi Ərəbistan üçün gözlənilməz nəticələrə gətirib çıxaracaq


Ərəbistan bilməlidir ki, əgər belə bir addım atsa, şiə və əhli-sünnət məzhəbinin azadlıqsevər insanlarının nifrət və qəzəbinə tuş gələcək‌

Ayətullah əl-uzma Məkarim Şirazi cənabları Qum şəhəri, “Məscidi-Əzəm”də keçirilən Ali-fiqh dərsinə başlamazdan öncə Ərəbistanın şiə alimi Şeyx əl-Nimrin edam edilmə məsələsini pislədi. Mərcəyi-təqlid onların qəddarcasına belə bir hökm çıxarmasını xatırladaraq dedi: “Şeyx əl-Nimr haranısa dağıtmamış və elə bir iş görməmişdir ki, belə bir hökmə layiq görülsün. O, yalnız kəskin çıxışlar etmişdi və bu da onun azadə bir insan olduğunu göstərir. Təəssüflər olsun ki, Ərəbistan şiələri çox sayda təzyiqlərə məruz qalır. Onlar dini mərasimləri yerinə yetirəcək qədər azadlığa sahib deyillər. Onların hüquqları pozulur və bir sıra vəzifələrdən məhrum olunmuşlar. Ərəbistan bilməlidir ki, əgər belə bir addım atsa, şiə və əhli-sünnət məzhəbinin azadlıqsevər insanlarının nifrət və qəzəbinə tuş gələcək və bu məsələ onlara baha başa gələcək.”
Məkarim Şirazi cənabları Amerika və insan hüquqlarından dəm vuranların ziddiyyətli mövqeyi və onların ikili siyasətini pisləyərək belə vurğuladı: “Bizim ölkədə yolunu azmış bir fərdin haqqında kiçicik bir addım atılsa, Amerika Konqresi bizim əleyhimizə qəribə bir təbliğata başlayır. Səudiyyə Ərəbistanında isə şiələr adi hüquqlardan belə məhrum olarkən, onlardan heç bir səs-səmir çıxmır.”
Məkarim Şirazi cənabları "Amerika Konqresi nə üçün Ərəbistanın zalımcasına çıxardığı belə bir hökm və şiələrin adi hüquqlarının əllərindən alınması müqabilində sükut edir?" sualını bəyan edərək dedi: “Bu hadisə qərbin demokratiya və insan haqları ilə bağlı iddiasının yalan olduğunu göstərir. Mən bir daha təkrar edirəm ki, bu məsələ Səudiyyə Ərəbistanı üçün gözlənilməz nəticələrə gətirib çıxaracaq. Güman etmirəm ki, onların düşüncəli şəxsləri belə bir səhvə yol versin.”

 

captcha