İŞİD-ə qarşı koalisiya, İslamın əleyhinədir və regionda sabitliyin pozulmasına xidmət edir

İŞİD-ə qarşı koalisiya, İslamın əleyhinədir və regionda sabitliyin pozulmasına xidmət edir


“Zahirdə yaradılan bu ittifaq İslam üçün təhlükəli bir ittifaqdır. Birincisi, onların bir qrupu oğru ortağı, karvan dostudur. İŞİD-in İraqın şimalından oğurladığı nefti həmin koalisiya üzvləri ucuz qiymətə onlardan alırlar”.‌

Həzrət Ayətullah əl-uzma Nasir Məkarim Şirazi Qum şəhərində, “Məscidi-Əzəm”də bugünkü ali fiqh mühazirəsində İmam Həsən Əsgəridən (ə) nəql olunan bir hədisə istinad edərək bir neçə əxlaqi məqamı iştirakçılara bəyan etdi.
Mərcəyi-təqlid İmam Həsən Əsgərinin (ə) “Allahdan qorxun və bizim zinətimiz olun” hədisini qeyd etdikdən sonra mövzuya aydınlıq gətirdi: “İmam Həsən Əsgəri (ə) xüsusi vurğulayır ki, əməl və davranışınızla çirkinlikləri bizdən uzaqlaşdırın. Barəmizdə deyilən gözəl və yaxşı sözlərə layiqik. Çünki o vəsf və xüsusiyyətlər biz də var. Lakin əleyhimizə deyilən pis və çirkin sözlərə layiq deyilik, çünki biz elə işlərin əhli deyilik.”
Ayətullah Məkarim Şirazi cənabları əməllərimizlə imamlarımıza layiqli olmağın və öz sözümüzə əməlin zəruriliyinə təkid edərək buyurdu: “Xalq yalnız zahiri görünüşə riayət etdiyimizi düşünsə, sözlərimiz onlarda təsir qoymayacaqdır. Yox, əgər sözü deyən həm də dediyinə əməl etsə, onun sözü təsirsiz olmayacaqdır.”
O, daha sonra xatırlatdı: “Bizim yaxşi əməl proqramımız olarsa və İslam İnqilabını birlik, təqva və tərəqqiyə səbəb kimi göstərə bilsək, dünya miqyasında təsirli olacaqdır”.
Həzrət Ayətullah əl-uzma Məkarim Şirazi yenə aydınlıq gətirdi: “Biz Mədəniyyət məsələlərinə təkid edirik, bununla bərabər dövlət xadimlərinə müraciət edirik ki, mədəni dəyərləri solğun, süst və çirkin əxlaqa aludə edən işlər görməsinlər, mediada islahatlar aparsınlar və deməsinlər ki, elmi tərəqqidir və fəsadlarının qarşısını almaq qeyri-mümkündür. Bunu deməkdə məqsəd xalqın İslam İnqilabından yaxşı nümunələr görməsi və dünya miqyasında təsirli olmasından ötrüdür.”
Ayətullah Məkarim Şirazi çıxışının davamında təkfirçilərin, o cümlədən İŞİD-in İslam dünyası və müsəlmanlar üçün böyük bəla olmasını vurğulayaraq onların rəftarlarını İslam və müsəlmanlar üçün utanc və rüsvayçılıq hesab edərək dedi: “İslam alimləri birləşib İslamı qorumaq üçün yekdilliklə İŞİD və digər təkfirçilərin bizdən olmadıqlarını elan etsinlər.”
O, sonra dedi: “Zahirdə yaradılan ittifaq İslam üçün təhlükəli bir ittifaqdır. Birincisi, onların bir qrupu oğru ortağı, karvan dostudur. İŞİD-in İraqın şimalından oğurladığı nefti koalisiya üzvləri ucuz qiymətə onlardan alırlar”.
Həzrət Ayətullah daha sonra əlavə etdi: “Sizlər İŞİD-a qarşı koalisiya təşkil etməyinizə rəğmən hələ də onları himayə edirsiniz. Bu necə bir ittifaqdır? Bəzi koalisiya üzvləri hələ də İŞİD-ə maddi və hərbi havadarlıq edirlər. Yenicə İŞİD əleyhinə koalisiyaya qoşulan Türkiyədə İŞİD-çilər ofis və mərkəzlər açıblar. Bu nə koalisiyadır ki, siz yaratmısınız?!”
O, əlavə edərək qeyd etdi: “Bəzi ərəb dövlətləri tərəfindən bəslənən saray axundu Qərzavi son vaxtlar fitva vermişdir ki, İŞİD-i kökündən məhv etmək olmaz, lakin bu istiqamətdə islahatlar aparılmalıdır”.
Ayətullah Məkarim Şirazi əlavə etdi: “Qərb siyasi ekspertlərindən biri iddia edir ki, gələn 30 il ərzində İŞİD-i məhv etmək mümkün deyil. Onlar İŞİD-dən vasitə kimi istifadə edərək Orta Asiyanı hələ 30 il İŞİD bəhanəsilə qeyri-sabit vəziyyətdə saxlamaq istəyirlər. Bununla da öz mənfur planlarını həyata keçirmək, sionist rejimin təhlükəsizliyini təmin etmək arzusundadırlar”.
Həzrət Ayətullah Məkarim Şirazi İŞİD-in məntəqədə təhlükə mənbəyinə çevrildiyinə təkid edərək xatırlatdı: “Bütün müsəlmanlara xəbərdarlıq edirəm, ehtiyatlı olun! Qərbin koalisiya toruna düşməyin. Onların İŞİD-a qarşı koalisiyası, İslam əleyhinə və məntəqədə sabitliyin pozulmasına xidmət edən bir ittifaqdır”.
Ayətullah Məkarim Şirazi İŞİD-ə qarşı müqavimətin yeganə yolunu, onlara edilən maliyyə və hərbi yardımların kəsilməsində, İslam ümmətinin birliyinin qorunmasında gördü. Mərcəyi-təqlid nümayiş xatirinə, zahirdə İŞİD əleyhinə koalisiyaya qoşulanlara üzünü tutub dedi: “Sizlər İŞİD-a yardım etməsəniz, silah verməsəniz onlar məhv olacaqlar!”

 

 

captcha