Əhsa və Qətif şiələrinə qarşı Səudiyyə Ərəbistanının hakim qurumlarının davranış tərzindən dəhşətli xəbərlər gəlir. Əhsa və Qətif alimlərindən bir qrupu, dini mərasimləri yerinə yetirmək üçün azadlıq istəmiş və buna görə həbs olunublar. Onlara təzyiq göstərilib. Ən dəhşətlisi budur ki, məntəqənin tanınmış alimi Şeyx Nəmirin edam hökmü haqqında pıçıltılar qulağa çatmaqdadır.
Səudiyyə hökumət başçılarına xəbərdarlıq edirik. Belə sərt və emosional hərəkətlər dünya şiələrini və Əhli-beyt (əleyhimus-salam) məktəbinin davamçılarını çox sarsıdır və bunun ağır nəticələri olacaq.
Səudiyyə hakim dairələri bu sərt rəftarlarının əvəzində onların problemlərini və istəklərini dinləsə, daha yaxşı olar. Onlar itirilmiş hüquqlarını tələb edir, dini mərasimləri həyata keçirmək üçün azadlıq istəyirlər. Onlar öz ölkələrini sevirlər. Hansı ağıl, hansı məntiq icazə verir ki, onların bu qanuni istəklərinə belə cavab verilsin?
Təəccüb edirik ki, dünyada insan hüquqlarını müdafiə edən cəmiyyət və orqanlar nə üçün zülmkar dövlətlərinin mənafeyinə uyğun olaraq bu kimi halların qarşısında sükut edir? Onlarla uyuşmayan ölkələrin birində isə azacıq hərəkət baş versə, fəryad səsləri göyə ucalır?
Təkrar edirik, məntəqənin tanınmış bir alimi üçün edam hökmü vermək şiə mərcəyi-təqlidləri, Əhli-beyt (əleyhimus-salam) məktəbinin davamçıları və dünyada onları sevənlər üçün həzm olunan bir məsələ deyil.
Vəs-səlam əla mən ittəbəəl-huda