Şirazi cənablarının dəftərxanasının rəsmi internet saytının müdiriyyətinin verdiyi məlumata görə Əhli-beyt (əleyhiməs-səlam) məzhəbinin inkişafı və yayılması istiqamətində dünyanın müxtəlif bölgələrində yaşayan rus və azərbaycandilli müsəlmanlar tərəfindən möhtərəm mübəlliğlər vasitəsilə göndərilən davamlı xahişləri nəzərə alaraq, Həzrət Ustadın göstərişi ilə saytın bu iki dildə yeni dizaynda sınaq fəaliyyətinə başladı. Mütəal Allahın lütfü və Həzrət Vəli Əsrin (ə.r) nəzəri ilə sayt məqbul səviyyədə informasiya ilə oxucuların istifadəsinə verildi.
Bu saytın fəaliyyətdə olan bölmələrindən Qurani-Kərimin, “Tovzihil-məsail” risaləsinnin, “İstiftaat” bölməsinin, eləcə də “Şiə sualları” və “Həzrət Ustadın həyatı” bölmələrinin müəyyən hissələrinin tərcüməsini misal çəkmək olar.
Saytının müdiriyyətinin məlumatına görə yaxın gələcəkdə Həzrət Ustadın tərcüməsi sona çatmış əsərləri adı çəkilən saytda yerləşdiriləcək.