Ölkənizdə digər dinlərin ardıcıllarına ehtiram göstərin, müqəddəs saydıqları şəxsiyyətlərə, atributlara hörmət edin ki, İslam tərbiyəsi görmüşlərin nə qədər yaxşı insan olduqlarını görsünlər.
Qum elm mərkəzinin iki tədqiqatçı qrupu nəhs terrorizm və təkfir fenomeninin kökünü axtarmağa başladı və Səudiyyə Ərəbistanındakı vəhhabilikdən qaynaqlandığı məlum oldu. Bu kitab hal-hazırda fars dilində nəşr olunub və ərəb, ingilis və urdu dillərinə də tərcümə olunmaqdadır. Bitdikdən sonra dünya əhalisinin ixtiyarına veriləcək
“Ərbəin” ziyarətini ali təlim-tərbiyə məktəbinə çevirməliyik; bütün günahlar tövbə suyu ilə yuyulmalı, əxlaqi nöqsanlar kənara qoyulmalı və tərbiyə olunmalıdır.
Şərəfli mərcəiyyət evinin bu müdrik alimi haqq sözün dirçəlişi və Əhli-beyt (ə) məktəbinə xidmət yolunda illər boyu çox səmərəli fəaliyyətlər göstərmişdir.
Təzyiq artırdıqca xalqın İmam Hüseyn (ə) mərasimlərinə diqqəti də artır, onlar bunu görürlər. Altı milyon zəvvarın Kərbəlaya gəlişi misilsiz, yaxud nadir hadisədir.
Həzrət Zeynəb (ə): Gələcəkdə bu torpaqlarda, atan Hüseynin (ə) türbəsi üzərində heç vaxt köhnəlməyən bir bayraq dalğalanacaq, zamanın ötməsi ona bir zərər vurmayacaq və küfür başçıları bacardıqca onun məhvinə çalışacaqlar, lakin bunun əksinə olaraq günbəgün onun əzəməti artacaq.
İmam Səccad (ə), Yezid özbaşnalığına qarşı müqavimət göstərib təslim olmamaqla, eləcə də Kufə və Şamda fəsahətli xütbələr söyləməklə bu iki şəhərin xalq kütləsinin ümumi düşüncəsini Yezidə qarşı qoydu və oradakı asayişi Bəni-Üməyyə üçün təhlükəli etdi.
Ümid edirik ki, zalım və qəddarların məzlumların qanını içmək üçün ayağa qalxdığı müasir dünyada zülmə məruz qalmış millətlər Aşura qəhrəmanlıq salnaməsindən ilham alaraq ayağa qalxacaq və onların dünyadakı şərinə son qoyacaqlar.
Bəşəriyyət üçün əsrimizin ən böyük bəlası imperializmdir. İmam Hüseynin (ə) hədəfi zülmə qarşı çıxmaq və zalımla mübarizə aparmaqdan başqa bir şey deyildi.
İmam Hüseyn (ə) Aşura gününün zöhründə camaat namazı qıldı və o, bu hərəkəti ilə ən çətin şəraitdə belə namazın bərpa olunması və tərk edilməməsi mesajını verdi, ona görə də dövrümüzdə də Aşura gününün zöhründə camaat namazının təşkili çox önəmli bir işdir.
Kərbəla tarixindəki möhtəşəm anlar şərəfli həyat və izzətli, əzəmətli ölum düsturunu təsvir edir. Bu həmin dərsdir ki, İmam Hüseyn (ə) Neynəva meydanında, Aşura günündə bəşərə öyrətdi.
İndiki biz “Ey kaş, səninlə birgə olaydıq!” – deyirik, gərək addımımızı Kərbəla şəhidlərinin addımlarının yerinə qoyaq və Kərbəla şəhidlərinin uğruna şəhid olduqları təlim və mesajlarını həyata keçirək.
Ayətullah Məkarim Şirazinin görüşündə İmam Hüseyn (ə) əzadarlığının təhlili İslam ümmətinin agahlığına, oyanışına səbəb olan, eyni zamanda da zülmə qarşı çıxan əzadarlıq prinsipi, əslində insani səciyyələri inkişaf etdirən bir məktəbdir. Bu əsasla qeyd etməliyik ki, Aşura bir hadisə yox, əksinə tarixi bir cərəyan idi.
Ayətullah Məkarim Şirazinin dünya katoliklərinin lideri Papa Fransiskə təşəkkür məktubunun ardınca qarşılıq olaraq Vatikan rəsmiləri Məkarim Şirazi cənablarına rəsmi və möhtərəmanə cavab məktubu ilə Papanın minnətdarlığını bildirdi.
Allah-taalanın lütfü və həzrət “Bəqiyyətəllah”ın (əc) nəzəri altında Ayətullah Məkarim Şirazinin ofisinin saytının fransızca bölməsinin rəsmi açılışı oldu.
Qəbul etməliyik ki, İslam digər ilahi dinlərə həmişə dostluq və ehtiramla yanaşmış və yanaşmaqdadır. İslamın müqəddəs kitabı Quran bu barədə belə buyurur: