İslam və şiəliyi əməlinizlə dünyaya göstərin/ Camaat və alimlər azmış təriqətlərinin nüfuzundan ehtiyatlı olsunlar.

İslam və şiəliyi əməlinizlə dünyaya göstərin/ Camaat və alimlər azmış təriqətlərinin nüfuzundan ehtiyatlı olsunlar.


Ölkənizdə digər dinlərin ardıcıllarına ehtiram göstərin, müqəddəs saydıqları şəxsiyyətlərə, atributlara hörmət edin ki, İslam tərbiyəsi görmüşlərin nə qədər yaxşı insan olduqlarını görsünlər.‌

İslam və şiəliyi əməlinizlə dünyaya göstərin/ Camaat və alimlər azmış təriqətlərinin nüfuzundan ehtiyatlı olsunlar.
Ölkənizdə digər dinlərin ardıcıllarına ehtiram göstərin, müqəddəs saydıqları şəxsiyyətlərə, atributlara hörmət edin ki, İslam tərbiyəsi görmüşlərin nə qədər yaxşı insan olduqlarını görsünlər.


Ayətullah Məkarim Şirazi bu gün “İmam Səccad (ə)” adına məsciddə təşkil olunan, Argentina dövlətinin bir qrup şiələri ilə görüşündə buyurdu: Çağdaş dünya materializmdən təngə gəlib. Bu da, insanların İslama yönəlməsinə səbəb olub.
O, əlavə etdi: Dinlər arasında İslam və şiə məzhəbi insanların ruhunu oxşaya bilir. Çünki, bu din və məzhəbdə xüsusi ağılauyğunluq var. Dəyərli “əl-Kafi” kitabı bu xüsusda maraqlı bəhslərə toxunub.


Ayətullah Məkarim Şirazi bunu da bildirdi: Şiə məzhəbi rasional bəhsləri çox gözəl şəkildə bəyan edir. Bu üzdən onu qəbul edənlər çoxdur. “Ərbəin” mərasimində dünyanın hər tərəfindən insanların toplandığını görürük, halbuki bunun mislini heç yerdə görmək olmaz.
Bu mərasimdə iyirmi milyon insanın iştirakına rəğmən, təhlükəsizlik baxımından ən kiçik problem yaşanmaması təəccüb doğurur. Bu, şiə təlimlərinin belə izdihamlı cəmiyyəti idarə edəcək qədər güclü olduğunu göstərir.


Ayətullah Məkarim Şirazi davamında bildirdi: Əməldə İslam və şiəliyi dünyaya göstərə bilərik. Bəlkə də eşitmisiniz, İslam Cənub-Şərqi Asiyaya nüfuz etmişdi və həmin nüfuz qoşun çəkməklə və təbliğatçılar göndərməklə olmamışdır, əksinə bəziləri ticarət məqsədilə oralara səfər edib İslam göstərişləri əsasında müştərilərlə rəftar ediblər; hüquqlarını qoruyub, ədəblə davranıblar. Belə faktorlar onların dinə yönəlmələrinə gətirib çıxarıb.
Ayətullah Məkarim Şirazi davamında buyurdu: Camaat bu təlimləri hardan öyrəndiklərini soruşub, onlar da İslamdan öyrəndiklərini bildiriblər. Nəticədə camaat İslamı sevib. Bu, əməllə ən gözəl təbliğatçı olmağın mümkünlüyünü göstərir.


Ayətullah Məkarim Şirazinin argentinalı şiələrə tövsiyyəsi
O, argentinalı şiələrə tövsiyəsində bunları xatırlatdı: Ölkənizdə digər dinlərin ardıcıllarına ehtiram göstərin, müqəddəs saydıqları şəxsiyyətlərə, atributlara hörmət edin ki, İslam tərbiyəsi görmüşlərin nə qədər yaxşı insan olduqlarını görsünlər.

Ayətullah Məkarim Şirazi insanların cəlb edilməsinə Peyğəmbərin (s) əməli əxlaqının səbəb olduğunu bəyan edərək buyurdu: Diqqət ediləsi digər bir məsələ cavanların etiqad və əxlaqlarını nəzarətdə saxlamaqdır. İslam proqramı ilə düşmən qarşısında möhkəm sədd çəkmək olar.
O, sonda bildirdi: Amerikalı politoloqlardan biri deyib ki, gün gələcək insanlar yuxudan azanla oyanacaq. Bu, İslam dininin genişlənməsini göstərir.
Yayım tarixi: 26.01.2017

 

captcha