Papa Fransiskin Ayətullah Məkarim Şiraziyə təşəkkür məktubu

Papa Fransiskin Ayətullah Məkarim Şiraziyə təşəkkür məktubu


Ayətullah Məkarim Şirazinin dünya katoliklərinin lideri Papa Fransiskə təşəkkür məktubunun ardınca qarşılıq olaraq Vatikan rəsmiləri Məkarim Şirazi cənablarına rəsmi və möhtərəmanə cavab məktubu ilə Papanın minnətdarlığını bildirdi.‌

Papa Fransiskin Ayətullah Məkarim Şiraziyə təşəkkür məktubu
Ayətullah Məkarim Şirazinin dünya katoliklərinin lideri Papa Fransiskə təşəkkür məktubunun ardınca qarşılıq olaraq Vatikan rəsmiləri Məkarim Şirazi cənablarına rəsmi və möhtərəmanə cavab məktubu ilə Papanın minnətdarlığını bildirdi.


Ayətullah Məkarim Şirazinin dünya katoliklərinin lideri Papa Fransiskə İslam dinini zorakılıq və terrordan uzaq bildiyinə görə təşəkkür məktubuna qarşılıq olaraq Vatikan rəsmiləri Məkarim Şirazi cənablarına rəsmi və möhtərəmanə cavab məktubu ilə bildirdi:
“Papa Fransisk sizin məktubunuzdan razı qalaraq öz minnətdarlığını bildirir.”


Ölkəmizin Vatikandakı səfirliyi vasitəsilə göndərilən məktubun davamında deyilir: “Bildiyiniz kimi bütün dinlərin (xüsusilə də təkallahlı dinlərin) hər şeydən öncəki mesajı Allaha mütləq pərəstiş, sonra da qarşılaşdığımız bütün insanlara hörmət və mehribanlıqdır. Bu üzdən zorakı əməllər, xüsusilə Allahın və dinin adına görüldükdə, Allaha xəyanətlə yanaşı qurbanlara qarşı ən böyük zülmdür”.


Məktubun sonunda bildirilir: “Bugünkü dini liderlər bütün insanların dəyərini, hörmətini və hüquqlarını qorumaqdan ötrü həmişəkindən daha çox fəryad etməlidirlər”.
Xatırlatmaq lazımdır ki, Papa Fransisk Polşa səfəri boyu mətbuata verdiyi müsahibəsində zorakılıq və terrorun İslam dininə, hətta bütün ilahi dinlərə aid edilməsini yolverilməz saymışdı.
Ayətullah Məkarim Şirazinin rəsmi ofisi
05.10.2016
Yayım tarixi: 05.10.2016

 

captcha