Çərşənbə günü 5 iyun 2019, Fitr bayramıdır

Çərşənbə günü 5 iyun 2019, Fitr bayramıdır


Ayətullah Məkarim Şirazi yanında şəvval ayının hilalının görünməsi sübuta yetdiyinə görə aliməqamlı mərcəyi-təqlid 5 iyun, çərşənbə gününü şəvval ayının biri və Fitr bayramı elan etdi.‌  ‌


Bismillahir-Rəhmanir-Rəhim.
Yeni ayın cihazsız gözlə görünməsi ilə bağlı etibarlı şəxslərdən daxil olan məlumatları nəzərə alaraq Ayətullah Məkarim Şirazi yanında şəvval ayının hilalının görünməsi sübuta yetmiş və aliməqamlı mərcəyi-təqlid 5 iyun, çərşənbə gününü şəvval ayının biri və Fitr bayramı elan etmişdir.


Qeyd etmək lazımdır ki, Ayətullah Məkarim Şirazinin dəftərxanasından elan edilən xəbərə əsasən, builki Ramazan ayının fitrə zəkatının dəyəri (İ.İ.R-də) hər nəfərə orta hesabla əsas qidası buğda olanlar üçün 90000 riyal (Azərbaycan üçün təxminən üç kq keyfiyyətli buğdanın qiyməti), əsas qidası xarici düyü olanlar üçün 240000 riyal (Azərbaycan üçün təxminən 3 kq düyünün qiyməti), əsas qidası İran düyüsü olanlar üçün 600 000 riyal (Azərbaycan üçün 3 kq keyfiyyətli düyünün qiyməti) elan edildi. İnsanlar seçimdə ixtiyar sahibidirlər.
Qeyd etmək lazımdır ki, Ayətullah Məkarim Şirazinin risaləsinin 1725-ci məsələsinə görə Fitrə zəkatını ödəməyin vaxtı bayram günü namaz qılmazdan öncədir. Deməli, fitr bayramı namazı qılan şəxs gərək bayram namazından əvvəl fitrə versin. Amma bayram namazını qılmayan şəxs fitrə çıxarmağı bayram gününün zöhr vaxtına qədər gecikdirə bilər.


Həmçinin risalənin 1692-ci məsələsinə görə Fitr bayramı gecəsi, günəş batmamışdan əvvəl yetkinlik yaşında olan, aqil və imkanlı şəxsə fitrə zəkatı vacibdir. Yəni özü və onun süfrəsindən çörək yeyən insanların hər biri üçün təqribən üç kq miqdarında həmin məntəqənin insanlarının adətən istifadə etdiyi yeməklərdən – buğda, arpa, xurma, düyü, qarğıdalı bunun kimi qidalardan müstəhəqqə versin. Əgər bunlardan birinin pulunu da vermiş olsa, kifayət edər.
Əlavə edək ki, mərcəyi-təqlidin fətvasına görə yalnız bayram axşamı başqasının qonağı olanın fitrəsi ev sahibinin öhdəsinə deyil.

captcha