Həzrət Əlinin vəhyin ocağında keçən uşaqlığı

Həzrət Əlinin vəhyin ocağında keçən uşaqlığı


Həzrət Əli (əleyhis-salam) özünün uşaqlıq çağlarını belə xatırlayır:‌

“Siz bilirsiniz ki, mən Allahın peyğəmbərinin (s) yanında necə məqam sahibiyəm, onunla qohumluğum hansı dərəcədədir! Uşaqlıq illərimdə məni qucağına alar, öz yatağında yatızdırardı. Mənim bədənimi öz bədəninə sıxar, öz ətrini mənə saçardı! Bəzən yeməyi çeynəyərək mənə yedizdirərdi. O, məndən nə bir yalan eşitmiş, nə də bir xəta görmüşdi. O, süddən ayrılan zamandan Allah-taala özünün ən böyük mələyini gecə-gündüz onunla yanaşı etmişdi ki, alicənablıq yollarını ötsün, dünyanın ən gözəl xislətlərini əldə etsin. Mən səfərdə və evdə daim onunla bilikdə idim – eynilə bala dəvənin anasının ardınca getdiyi kimi. Hər gün öz gözəl davranışlarından birini mənə göstərir, mənə onu təqlid etməyi tövsiyə edirdi. Hər il “Həra” mağarasında ibadət edərdi. Mən onu görürdüm, məndən başqa heç kəs onu görmürdü. O zaman İslam heç bir evə daxil olmamışdı; yalnız Peyğəmbər (səlləllahu əleyhi və alih) və Xədicənin olduğu evə daxil olmuşdu, onların üçüncüsü də mən idim. Mən nübüvvət nurunu görür, peyğəmbərlik ətrini duyurdum. Peyğəmbər (səlləllahu əleyhi və alih)-ə vəhy nazil olan zaman şeytanın səsini eşidib: “Ey Allahın Rəsulu! Bu səs nədir?”– deyə soruşdum. Həzrət buyurdu: “Bu, sitayiş olunmaqdan ümidsiz və nigaran olan şeytandır. (Ya Əli!) Mən eşitdiklərimi sən də eşidir, mən gördüklərimi sən də görürsən. Fərqimiz budur ki, sən peyğəmbər deyilsən. Lakin sən mənim vəzirimsən və xeyir üzərindəsən.” (1) (2)
1. "Nəhcul-bəlağə", xütbə 192
2. Əli Əsgər Rizvani, “İmamşünaslıq və şübhələrə cavab”, (2), səh. 478.

Açar sözlər : vəhy Həzrət Əli
captcha