Harda qətl və dağıntı varsa, orada Ərəbistan və vəhhabilyin izi var/ Amerika İŞİD-lə mübarizə aparmaq əvəzinə Suriya ordusunu hədəf alır.

Harda qətl və dağıntı varsa, orada Ərəbistan və vəhhabilyin izi var/ Amerika İŞİD-lə mübarizə aparmaq əvəzinə Suriya ordusunu hədəf alır.


Xəbis Səudiyyə Ərəbistanı neft gəlirlərini İslam ölkələrini xaraba qoymağa sərf edir. Əgər bu pullar abadlıq işlərinə xərclənsəydi, nə baş verərdi?!‌

Harda qətl və dağıntı varsa, orada Ərəbistan və vəhhabilyin izi var/ Amerika İŞİD-lə mübarizə aparmaq əvəzinə Suriya ordusunu hədəf alır.
Xəbis Səudiyyə Ərəbistanı neft gəlirlərini İslam ölkələrini xaraba qoymağa sərf edir. Əgər bu pullar abadlıq işlərinə xərclənsəydi, nə baş verərdi?!


Ayətullah Məkarim Şirazi Qum şəhərinin Məscidil-Əzəmində təşkil olunan fiqhin ali mühazirələrində “Nəhcül-fəsahə”dən bir əxlaqi hədis sitat gətirərək buyurdu: Xəyanət, oğurluq, şərab içmək və zina Allah Rəsulunun (s) buyurduğu dörd böyük günahdır. Əgər bunlardan biri də evə daxil olsa, o ev viran qalar və bərəkəti qaçar.


O həm də bildirdi: Əfsuslar olsun ki, müasir dünya qeyd edilən dörd günaha mübtəla olub. Dünyada necə xəyanətlər baş verir; piramidaşəkilli qazanc şəbəkələri, çirkli pulların yuyulması və bu qəbildən olanlar müxtəlif yollarla necə dələduzluqlar edirlər!
Ayətullah Məkarim Şirazi əlavə etdi: Digər fəsadlar, əxlaq pozuntuları və cinsi pozğunluqlar dünyada baş alıb gedir. Təəssüflər olsun ki, kiber aləm və sosial şəbəkələrdə də bunu təbliğ edirlər, hansı ki insan dilə gətirməyə belə utanır.


O, təkidlə bildirdi: Dünyanın ən çox sərvəti dağıdıcı silahların istehsalına sərf olunur. Dünyada bu qədər mədənlər olmasına rəğmən, yoxsulları olduqca çoxdur. İldə milyonlarla insan aclıq səbəbindən dünyasını dəyişir. Bu dünyada nə qədər insan yoxsulluğa görə təhsildən məhrum olub. Yoxsulluq nəticəsində nə qədər insan öz xəstəsinin sağalmasına nail olmur.
Ayətullah Məkarim Şirazi Səudiyyə krallarına iradla bildirdi: Xəbis Səudiyyə Ərəbistanı neft gəlirlərini İslam ölkələrini xaraba qoymağa sərf edir. Əgər bu pullar abadlıq işlərinə xərclənsəydi, nə baş verərdi?!


O, xüsusi vurğuladı: Səudiyyə Ərəbistanının özündə yoxsul insanlar var, hansı ki acınacaqlı həyat sürürlər. Səudiyyə kralları isə pullarını İslam ölkələri və digərlərinin dağıdılmasına sərf edirlər. Harda qətl və dağıntı varsa, orada Ərəbistan və vəhhabiliyin izi var.
Ayətullah Məkarim Şirazi vəhhabiliyi saxta və azğın təriqət kimi vəsf edərək, Məhəmməd ibn Əbdülvəhhabın təlimlərini hazırkı bir çox problemlərin mənbəyi bildi.


O, davamında ABŞ rəsmilərinin ikili siyasətlərini tənqid edərək, buyurdu: Son günlər Amerika İŞİD-lə mübarizə adı altında Suriya ordusunu bombalayıb və nəticədə 90 nəfəri qanına qəltan edib.
Ayətullah Məkarim Şirazi söhbətinin sonunda bunları bildirdi: Dünyada nə qədər yalanlar danışılır və xəyanətlər edilir. Belə bir dünyada iki vəzifə daşıyırıq: ilk vəzifə bacarıq həddində yaxşılığa dəvət və pislikdən çəkindirmədir. “İş işdən keçib” – deməyək! Gücümüz çatdığı qədər fəsadlarla mübarizə aparmalıyıq.
İkinci vəzifəmiz zəmanənin sahibi həzrət İmam Məhdinin (əc) gəlişinin tezləşməsi barədə dua etməkdir.
Ümidvarıq, hamımız vəzifəmizə əməl etməklə, o həzrətin layiqli intizarçılarından olaq!
Yayım tarixi: 21.09.2016

 

captcha