Xaricdə təhsil alan qızların hicabına dair fətvanın izahı

Xaricdə təhsil alan qızların hicabına dair fətvanın izahı


Ümidvarıq, bu işdə bütün əzizlər öz şəri vəzifələrinə əməl edəcək və Allahın izni ilə sözügedən fətvadan sui-istifadə edilməyəcək.‌  ‌

Sual: Son günlər alicənabın xaricdə təhsil alan və hicabı açmağa məcbur edilən qızlarla bağlı fətvanız müxtəlif saytlarda yayımlandı. Bəziləri həmin fətvadan sui-istifadə edirlər.
Bu fətvada qeyd edilir:
“Əgər müsəlman və dindar qızlar ali tədris almaq istəməsələr, əvəzində yalnız dinsiz və nalayiq adamlar mühüm vəzifələri tutacaqlar. Bu üzdən dindar şəxslərə icazə verilir ki, zərurət tələb edən xüsusi hallarda hicaba riayət etməsinlər. Qalan hallarda isə hicaba mütləq riayət edilməlidir”.
Fətvanı ətraflı izah etmənizi xahiş edirik!

Cavab: Şübhəsiz ki, İslamda qadınların hicabı dinimizin tələblərindəndir. Hətta, müsəlman olmayanlar da, bu məsələnin İslamın danılmaz hökmlərindən olduğunu bilir və bir çox hallarda buna riayət etməyi özlərinə vacib bilirlər.
Əlbəttə, hər bir hökm zərurət halında müstəsna edilə bilər. Məsələn: Bir qadın xəstələnir, eyni cinsdən olan həkim olmadığı təqdirdə, zərurət tələb edir ki, əks cinsdən olan həkimə müraciət etsin və mümkündür ki, müayinə üçün hicabın açılması qaçılmaz olsun. Belə durumda “zərurət” və “zərurət miqdarı” tələbi ilə həmin müsəlman qadına hicaba riayət etməməsinə icazə verilir.
Həmçinin, təhsildə də – hansı ki onu əldə etməsə (özü və ya İslam cəmiyyəti) ciddi problemlərlə qarşılaşacaq – zərurət halında hicabı tərk etməyə icazə verilir. Əlbəttə, zərurət miqdarı nəzərə alınmalıdır, yəni o yerlərdə ki, hicabın açılması artıq qaçılmazdır. Belə ki, dərs aldığı yerə kimi hicabla getməli, dərsin keçirildiyi məhdud şəraitdə, – hansı ki hicabın tərki qaçılmaz olur – hicabı açmalı, oranı tərk etdiyi andan etibarən hicabını örtməlidir. Bu qeyd edilənlər keçmiş fətvanın yetərli izahıdır.
Ümidvarıq, bu işdə bütün əzizlər öz şəri vəzifələrinə əməl edəcək və Allahın izni ilə sözügedən fətvadan sui-istifadə edilməyəcək.
Yayım tarixi: 07.06.2016

 

Açar sözlər : hicab Məkarim Ayətullah Şirazi
captcha