Biz sübut etməliyik ki, onlar düşmən muzdurlarıdır və düşüncə tərzləri İslama ziddir.

Biz sübut etməliyik ki, onlar düşmən muzdurlarıdır və düşüncə tərzləri İslama ziddir.


Ayətullah Məkarim Şirazinin “Vəhhabiliyin tənqidi” adlı ixtisaslaşmış saytın açılış mərasimindəki çıxışı‌

Din və “Elmiyyə hövzələri”nin alimlərinin vəzifəsi elmi-mədəni mübarizə aparmaqdır. Biz sübut etməliyik ki, bunlar düşmən muzdurlarıdır və düşüncə tərzləri İslama ziddir.
Ayətullah Məkarim Şirazi bu gün axşamçağı “Darul-əlam limədrəsəti Əhli-beyt (ə)” müəssisəsinə bağlı “Vəhhabiliyin tənqidi” adlı ixtisaslaşmış saytın açılış mərasimində sözügedən müəssisənin fəaliyyətlərini təqdirəlayiq bilib onun bu istiqamətdə çalışan bütün kollektivinə öz minnətdarlığını bildirdi.


Məkarim Şirazi cənabları vəhhabiliyin İslam dünyası üçün ən böyük bəla və təhlükə olduğunu dilə gətirərək buyurdu: İŞİD, “ən-Nusra” və digər təkfirçi qruplaşmalar bu xəbis ağacın nəhs məhsuludur.
Ayətullah Məkarim bunları da əlavə etdi: Vəhhabiliyin əqidə və tarixçəsi barədə mütaliə edənlər belə günləri gözləyirdilər, bilirdilər ki, bir və ya bir neçə qrup əqidə azğınlığı ilə kifayətlənməyib əməl müstəvisində də fəaliyyətə keçəcək və İslam ölkələrini viran qoyub orada qan gölü əmələ gətirəcəklər.
Ayətullah Məkarim Şirazi bunu da xatırlatdı: Vəhhabiliyin bəzi qollarını “Xəvaric”ə bənzədirlər, halbuki bunların müqayisəsi düzgün deyil; bizə görə vəhhabiliyin İslama zərəri müsəlmanlara zərərindən qat-qat yüksəkdir.


Bunlar İslamı dünyaya zorakı din kimi təqdim edirlər və bununla anti-İslamçıların əlinə bəhanə veriblər və verəcəklər də.
Bu gün dünya İslamı qəbul etməyə hazır olduğu bir vaxtda bu xəbis və nəhs cəmiyyət buna mane olur.
Ayətullah Məkarim Şirazi belə azğın qruplaşmalar qarşısında müdafiə mövqeyi deyil, əksinə onların insanlığa və İslama qarşı olan düşüncələrinə hücum etməyin zəruriliyinə işarə edərək buyurdu: Bunlar həqiqətən də, İslama biganə və ondan uzaqdırlar, bu mühüm həqiqəti dünyaya çatdırmalıyıq.


O, əhli-sünnənin hesabını vəhhabilikdən ayıraraq bunu belə izah etdi: Vəhhabilər dinə bidət gətirən kəslərdir və İslam düşmənlərinin əlində alətə çevriliblər.
Ayətullah Məkarim Şirazi bunları da buyurdu: Xəbəri olanlar bilirlər ki, əhli-sünnənin vəhhabilik əleyhinə yazıb nəşr etdirdyi kitablar, Əhli-beyt (ə) məktəbinin vəhhabiliyin rəddi və tənqidi mövzusunda yazdığı kitablarla müqayisədə daha çoxdur.
O, xüsusi vurğuladı: Biz bu mübarizəyə əhli-sünnəni də qoşmalı və İslamın təməllərini hədələyən bu təhlükə qarşısında var gücümüzlə dayanmalıyıq.

Ayətullah Məkarim Şirazi vəhhabilik və sələfiliklə mübarizəni hərbi, siyasi və elmi-mədəni təsnifata ayıraraq təkidlə vurğuladı: Din və “Elmiyyə hövzələri”nin alimlərinin vəzifəsi elmi-mədəni mübarizə aparmaqdır. Biz sübut etməliyik ki, bunlar düşmən muzdurlarıdır və düşüncə tərzləri İslama ziddir.
Yayım tarixi: 15/03/2016

captcha