Yalançı İslam iddiaçıları

Yalançı İslam iddiaçıları


Son günlər görülən qəribəliklərdən biri də bir qrup ərəb liderlərinin bir araya gəlib Livan Hizbullahını terrorist qruplaşmalardan sayılması qənaətinə gəlmələridir, hansı ki, həmin Hizbullah ərəblərin ən böyük fəxridir.‌

Son günlər görülən qəribəliklərdən biri də bir qrup ərəb liderlərinin bir araya gəlib Livan Hizbullahını terrorist qruplaşmalardan sayılması qənaətinə gəlmələridir, hansı ki, həmin Hizbullah ərəblərin ən böyük fəxridir.
Ayətullah Məkarim Şirazi Qumda, “Məscidul-Əzəm”də keçirilən özünün fiqhin ali mühazirələrində bir qrup ərəb liderlərinin Livan Hizbullahını terrorist adlandırmasına əksül-əməl göstərərək, bəyanat səsləndirdi. Həmin bəyanatın tam mətni belədir
:


Son günlər görülən qəribəliklərdən biri də bir qrup ərəb liderlərinin bir araya gəlib Livan Hizbullahını terrorist qruplaşmalardan sayılması qənaətinə gəlmələridir, hansı ki, həmin Hizbullah ərəblərin ən böyük fəxridir. Əgər həmin Hizbullah olmasaydı, İsrail hamısının gününü qara edərdi. O Hizbullah ki, ərəb tarixində onların şücaətinə az rast gəlinib, hansı ki, İsrailin məğlubedilməz əfsanəsinə son qoydu.
Daha da maraqlısı, İsrailin bu qərarı qəbul etməsi və “Bir qrup ərəb liderinin təklifi çox maraqlıdır – deməsidir. Yəqin ki, eşitmisiniz, məşhur ərəb qəzetlərindən biri deyir: Bir qrup ərəb lideri İsrailə o qədər bağlıdır ki, İsrailin baş naziri bir gün ərəb birliyinin baş katibi olsa, təəccüblənməyin.


Mən isə deyirəm, Elə indi də, ərəb liqasının baş katibi İsraildir, amma qeyri-rəsmi formada. Ən böyük əlamət də İsrailin ən qatı düşmənini, yəni Hizbullahı terrorist adlandırmalarıdır.
Quran ayələrinə istinad edərək qeyd etmək istəyirəm ki, bunlar həqiqi müsəlman deyillər. Qurani-kərimdə, “Mücadələ” surəsinin 22-ci ayəsində buyurulur:


“Allah düşmənləri ilə dostluq planı cızanlar Allaha, qiyamət gününə inanmırlar”.
Əgər imanları olsaydı, ilk qiblələrini zəbt edən, torpaqlarını qəsb edən, ölkə əhalisini avara qoyan, illərdir digər ölkələrdə köçəri surətdə yaşayan, hər gün müsəlman gəncləri qətlə yetirən və evlərini xarabaya çevirənlərlə dostluq əlaqələri qurmazdılar. Onlar bilsinlər ki, bu utancverici qərarlarla Hizbullahın iftixarlarını gizlədə bilməyəcəklər. Hizbullah daima qəhrəman qalacaq, amma bu bir qrup ərəb liderindən isə tarixdə pis addan başqa heç nə qalmayacaq.
Yayım tarixi: 09/03/2016

captcha