Ayətullah Məkarim Şirazi bu gün xalqın digər kütlələri ilə 22 bəhmən yürüşündə, İnqilabın təntənəli bayramında iştirak etdi.
O, xalqın “22 bəhmən” yürüşündə kütləvi iştirakını təqdirəlayiq sayaraq, bunları xatırlatdı: 37 ildən sonra xalqın bu hüzuru İran İslam quruluşunun izzət və əzəmət amilidir.
Ayətullah Məkarim Şirazi məsul şəxslərin xalqın qədrini bilməli və onların problemlərinin həllində səy göstərməli olduğuna təkid edərək, bildirdi: Bu izdiham İslam və inqilab düşmənlərinin gözündə bir tirdir, eyni zamanda İslam inqilabı dostlarına ümid səbəbidir.
Yayım tarixi: 11/02/2016