M. Şirazinin görüşündə Səudi rejiminin cinayətləri ilə mübarizədə İslam dünyasının strategiyası və çıxış yolları

M. Şirazinin görüşündə Səudi rejiminin cinayətləri ilə mübarizədə İslam dünyasının strategiyası və çıxış yolları


Qaniçən Ərəbistan rejimi bilsin ki, günahsız Şeyx Nimrin şəhadəti onlara təsəvvür etmədikləri qədər baha başa gəlmiş və gələcəkdir. Allahın ədalətindən doğan qisası özünü göstərəcək, bu təcavüzkar və caniləri zillətə qərq edəcəkdir.‌

Qaniçən Ərəbistan rejimi bilsin ki, günahsız Şeyx Nimrin şəhadəti onlara təsəvvür etmədikləri qədər baha başa gəlmiş və gələcəkdir. Allahın ədalətindən doğan qisası özünü göstərəcək, bu təcavüzkar və caniləri zillətə qərq edəcəkdir. Ayətullah Şeyx Nimrin dəhşətli  edam xəbəri, xüsusilə bu cinayətin dindən çıxmış və kafir olmuş ittihamı adı altında törədilməsi İslam dünyasını dəhşət və təəccübə boğdu. Bugünədək, dünyada fitnə və təkfir mərkəzinin Səud sülaləsi olduğuna tərəddüd edilirdisə, bu aşkar nümunədən sonra, artıq şübhəyə yer qalmayacaq (1). Şübhəsiz, bu dəhşətli cinayət pislənilir və bu qanın yerdə qalmayacağına əminik (2).
Ərəbistan cinayətlərinin tarixi keçmişi, o cümlədən, hətta vəhhabi tarixçilərinin etiraf etdiyi vəhhabilik tarixində həkk olunan bir çox cinayət və vəhşiliklərlə dolu olsa da, bəzən bu zorakılıqların fəsadları (Səud sülaləsi hökumətini) də ağuşuna almış, nəticədə Səud rejimi Səudiyyə Ərəbistanında dəhşətli terrorlar həyata keçirmişdir (3), hansı ki, Şeyx Nimrin edamı Səud sülaləsinin İŞİD cinayətlərinə tam müvafiq şəkildə həyata keçirdiyi böyük fəsadlarından biridir (4).
İndi belə bir izahdan sonra, ilk növbədə Ayətullah Məkarim Şirazinin görüşündə Səud rejiminin zorakılıq və cinayətləri ilə mübarizədə İslam dünyasının strategiyası və çıxış yollarının bəyanının yeri var və onların ən vaciblərinə işarə olunacaq:

İslam ümmətinin vəhdəti prinsipi əsasında Səud rejimi təriqətçiliyinin rəddi
Şübhəsiz, amerikalılar və sionistlər İslam təriqətləri, eləcə də şiə-sünni arasında qarşıdurma yaratmaq planı üzərində çalışırlar. Bu hadisənin baş verməsindən və nəticələrindən xoşhal görünürlər (5). Lakin bu arada Səud dövlətinin Amerika və İsraillə əlaqələri var; bir tərəfdən imperialist gücləri Səud rejimini qarşıdurma yaratmağa çağırır, digər tərəfdən də Səud liderləri və dövlət xadimləri müftiləri ikitirəlik salmağa vadar edirlər. Odur ki, Ərəbistanı müsəlmanlar arasında ikitirəlik və ixtilaf salmaqda qəhrəman adlandırmaq lazımdır (6). Səud rejiminin düşmənçilik təxribatlarına rəğmən, dünyanın müxtəlif ölkələrində, o cümlədən, Səudiyyə Ərəbistanında müsəlman şiə cəmiyyətlərinin olması bir reallıqdır. Ərəbistanın şərqində digər təriqətlərlə müsbət əlaqələri olan böyük şiə cəmiyyəti məskunlaşıb (7). Sözsüz ki, əgər bütün İslam təriqəti ardıcılları ayıq və zirək olsaydı, bu təhlükəli təxribatın qarşısını ala bilərdi (8).

Anti-təkfirçilik – Səud rejiminə qarşı İslam ümmətinin çağırışı
Bu həqiqəti də unutmamaq lazımdır ki, şiələrin nalayiq və əsassız töhmətləri, lənətləri İslam düşmənlərinə, xüsusilə Amerika və İsrailə böyük xidmət edir. Odur ki, bunun nəticəsi eynilə İslam düşmənlərinin arzusudur, müsəlmanlar arasında təriqət davaları salmaq və bölgənin böyük sərvətini qarət etmək istəyirlər (9). Nümunə olaraq, Səudiyyə müftilərinin Yəmən müsəlmanlarının təkfiri barədə təşkil etdikləri yarışı göstərmək olar. Hal-hazırda hər kəs yəmənliləri təkfir edir (10).
Əfsuslar olsun ki, Hicazda rəsmi ofisi olan Səudiyyə müftilər heyəti öz fətvalarında Əhli-beytə (ə) təvəssül edənləri təkfir etməkdə davam edir, bu işdə açıq-aşkar israrlıdırlar (11).
Müasir dövrdə İraq, Suriya, Yəməndən gələn dəhşətli xəbərlər mediya vasitəsilə qısa müddətdə dünyaya yayılır. Hər gün onlarla, bəzən yüzlərlə insan bu zorakı təkfirçi qruplaşmanın azğınlaşmış tamahına yem olur (12).
Bu xoşagəlməz məhsulun ucbatından, əfsuslar olsun ki, İslam dünya əhalisinin əksəriyyətinin yaddaşına zorakılıqla birgə həkk olunub və İslam düşmənlərinin əlinə bəhanə düşüb. Hətta, bir çox ölkələr müsəlmanları “qatil cəmiyyət” adlandırır (13).

Halbuki, İslam müsəlmanların malını və canını möhtərəm bilir, heç kəsə icazə vermir ki, onlara təcavüz etsin. İslam peyğəmbərinin (s) son vida həccinin xütbəsində müsəlmanlara çatdırdığı son mesajlardan biri də bu idi, belə ki, həzrət buyurdu: Bugünün (Quran bayramı günü) ehtiramı kimi, bu (haram) ayın hörməti kimi və bu müqəddəs (Məkkə) torpağı kimi bir-birinizə qan, mal və namusunuz haramdır (möhtərəmdir). Bir daha təkidlə buyurdu: İlahi, şahid ol! (Mən deməli olduğumu) dedim!” Bu hədis barəsində hədisçilər yekdil fikirdədilər (14).
Bu üzdən dünya müsəlmanları birgə koalisiya yaradıb, təkfirə və fəsada son qoymalı, Quranı, İslamı və nəhayət, Allahı öz hücum hədəflərinə çervirən düşmənlərə qarşı çıxmalı, hər növ şirk, ekstremistlik, “qüluvv” (yaranmışı tanrı saymaq) və nöqsandan arınmış İslamı dünyaya tanıtdırmalıdır (15).


Səud sülaləsinin qüdrət divanəliyinə qarşı müsəlmanların qiyam və fəryadının vacibliyi
İlk növbədə qeyd etmək lazımdır ki, Səud sülaləsi çoxsaylı cinayətlərinin, xüsusilə bu rejimin Şeyx Nimrin edamı ilə bağlı cinayətin unudulmayacağını, bu ağılsız işin acı nəticələrini gələcəkdə görəcəklərini bilməlidir (16).
Həmçinin, Səud rejiminin Yəmən əleyhinə törətdiyi cinayətlərini qüdrətin, gücün məstliyindən başqa bir şey adlandırmaq olmaz. İslam adı altında ərəb ölkələri liderləri əl-ələ verərək, İslam və ərəb ölkələrini viran qoyurlar. Onların arxasında isə Amerika və İsrail dayanır, hansı ki, himayəsi göz qabağındadır (17).
Bundan da pisi, BMT-nin ölü kimi susmasıdır. Dünyanın bir küncündə biri İsrail əleyhinə bir söz desə, dərhal çaxnaşma düşər. Amma abad bir məmləkəti xaraba qoyurlar, etiraz səsləri yüksəlmir. Yalnız İslam və bəşəriyyətdən payı olan məhdud ölkələr bu rejimin Yəmənə təcavüzünə etiraz edirlər, digərləri isə səssiz qalıb (18). Eybi yox, İslam dünyası Səud rejimi cinayətlərinin qisasını alacaq (19).


Ərəbistan dövləti cinayətlərinin ifşasında başlıca addım maarifçilikdir
Mən hörmət əlaməti olaraq, İslam alimlərinin önündə baş əyirəm, hər birindən əl-ələ verib, bir səslə: “Təəssübkeş vəhhabi azlığı və azğın Səud rejimi özlərindən başqa müşrik sayan və bu əsasla onların qan və malını halal bilən siyasəti ilə birgə İslamın həqiqi nümayəndələri deyillər!” – demələrini təmənna edirəm. Məlumdur ki, müasir dünyada belə bir məslək və əqidənin yeri yoxdur, süquta doğru gedir və məhvi uzaqda deyil (20).
Bu məsələnin şərhində, Səud sülaləsi və onların köləsi olan müftilərindən soruşmaq lazımdır ki, Səud rejiminin vəhhabi müftiləri haqqı aşkar etmək üçün niyə digər İslam alimləri, “əl-Əhzər”, Dəməşq, Qum və Nəcəf alimləri ilə məntiqli diskusiyadan qaçırlar? (21).
Niyə onların müzakirəsi bəzi öndərlərinin cavabı kimi “Ey cahil müşrik!” – cümləsi ilə başlayır. Natiq önyarqı və mühakimə yürütməsi ilə qarşı tərəfi “qanı hədər”, müşrik və nadan çıxardıqdan sonra onunla bəhsə girir. Hələ davamı var..?! (22)
Niyə Quranın göstərişinə uyğun olaraq, “Sözü eşidib, ən yaxşısına tabe olan bəndələrə müjdə ver!” (23) – ayəsi əsasında vəhhabi alimlərlə digərləri arasında dostluq diskusiyasına hazır deyillər?! (24). Belə etsəydilər, şübhəsiz müsəlmanların günahsız qanı axıdılmaz, var-dövlətləri qarət olmazdı (25).

Son söz
Səud rejimi siyasətdə və bölgədəki nəhs hədəflərindən dolayı, məğlubiyyətə uğradılar. Bu səbəbdən Yəmənin məzlum xalqını qırğına vermək, Seyx Nimrin edamı kimi silsilə cinayətlərə bulaşmaların bir nəticə verməyəcəyini bilsinlər. Bu cinayətlər Səud sülaləsinin İraq, Suriya və Yəməndə üzləşdiyi məğlubiyyətlərin intiqamıdır. Lakin bu üç bölgədə daha mühüm məğlubiyyətlə üzləşəcəklərini gözləsinlər! (26).
Qaniçən Ərəbistan rejimi bilsin ki, günahsız Şeyx Nimrin şəhadəti onlara təsəvvür etmədikləri qədər baha başa gəlmiş və gələcəkdir. Allahın ədalətindən doğan qisası özünü göstərəcək, bu təcavüzkar və caniləri zillətə qərq edəcəkdir (27).


Araşdırma; hazırlanma və tərtibat; həzrət Ayətullah əl-üzma Məkarim Şirazinin rəsmi ofisinin xəbərlərin hazırlanması nümayəndəliyi www.makarem.ir
1.    Ayətullah Şeyx Nimrin edamına etiraz olaraq, Ayətullah Məkarim Şirazinin mesajı, 02/01/2016
2.    Yenə orada
3.    “Vəhhabilik iki yol ayrıcında”, səh. 43
4.    Ayətullah Məkarim Şirazinin çıxışı, Qum şəhəri, “Məscidul-Əzəm”də fiqhin ali mühazirəsində, 04/02/2016
5.    Yenə orada
6.    Ayətullah Məkarim Şirazinin çıxışı, Qum şəhəri, “Məscidul-Əzəm”də fiqhin ali mühazirəsində, 10/04/2003
7.    “Bizim əqidəmiz”, səh. 118
8.    “Bizim əqidəmiz”, səh. 119
9.    Ayətullah Məkarim Şirazinin Ərəbistan müftiləri sədrinə açıq məktubu, 04/05/2011
10.    Ayətullah Məkarim Şirazinin çıxışı, İİR xəbər agentliyinin direktoru ilə görüşündə, 22/04/2015
11.    “Təvəssül: Tövhid, yoxsa şirk?”, səh. 10
12.    “Vəhhabilik iki yol ayrıcında”, səh. 148
13.    “Vəhhabilik iki yol ayrıcında”, səh. 30
14.    “Vəhhabilik iki yol ayrıcında”, səh. 177
15.    “Şiə cavab verir”, səh. 251
16.    Ayətullah Şeyx Nimrin edamına etiraz olaraq, Ayətullah Məkarim Şirazinin mesajı, 02/01/2016
17.    Ayətullah Məkarim Şirazinin çıxışı, Qum şəhəri, “Məscidul-Əzəm”də fiqhin ali mühazirəsində, 02/01/2016
18.    Yenə orada
19.    Ayətullah Şeyx Nimrin edamına etiraz olaraq, Ayətullah Məkarim Şirazinin mesajı, 02/01/2016
20.    “Vəhhabilik iki yol ayrıcında”, səh. 42
21.    “Vəhhabilik iki yol ayrıcında”, səh. 87
22.    Yenə orada
23.    “Zümər” surəsi, 17-18-ci ayələr
24.    “Vəhhabilik iki yol ayrıcında”, səh. 87
25.    Yenə orada
26.    Ayətullah Məkarim Şirazinin çıxışı, Qum şəhəri, “Məscidul-Əzəm”də fiqhin ali mühazirəsində, 02/01/2016
27.    Yenə orada
Yayım tarixi: 05/01/2016

 

captcha