Ayətullah Şeyx Nimrin edam hökmünü təsdiq edən şayiə ilə bağlı bəyanatı

Ayətullah Şeyx Nimrin edam hökmünü təsdiq edən şayiə ilə bağlı bəyanatı


Biz, Ərəbistanın təcrübəsi az olan dövlət xadimlərinə tövsiyə edirik ki, belə ədavətli və təhrikedici addımlar atmaqla öz ölkələrinin sabit olmayan durumunu daha da xaos və iğtişaşa sürükləməsinlər.‌  ‌

Ayətullah Mərakim Şirazinin, Ayətullah Şeyx Nimrin edam hökmünü təsdiq edən şayiə ilə bağlı bəyanatı
Biz, Ərəbistanın təcrübəsi az olan dövlət xadimlərinə tövsiyə edirik ki, belə ədavətli və təhrikedici addımlar atmaqla öz ölkələrinin sabit olmayan durumunu daha da xaos və iğtişaşa sürükləməsinlər.

Bağışlayan və mehriban Allahın adı ilə

مَنْ اَصْبَحَ لا يَهْتَمُّ بِاُمورِ الْمُسْلِمينَ فَلَيْسَ مَنْهُمْ وَ مَنْ سَمِعَ رَجُلاً يُنادى يا لَلْمُسْلِمينَ فَلَمْ يُجِبْهُ فَلَيْسَ بِمُسْلِم

Peyğəmbər (s) buyurur: “Hər kim müsəlmanların işlərinə əzm göstərmədiyi halda səhəri açsa, müsəlman deyil”.

Gələn xəbərlərə əsasən, Səudiyyə Ərəbistanı rəsmiləri ağılsız və təhlükəli bir qərarla, Ərəbistanın görkəmli alimi Şeyx Nimr Baqir ən-Nimrin və bu ölkənin bəzi məzlum şiələrinin edamına fərman veriblər.
Üç il öncə yaxşılığa dəvət edib, pislikdən çəkindirmək və ölkəsinin vətəndaşlarının hüquqlarını, xüsusilə Əbəbistanın şərqində məskunlaşan məhrum şiələrin haqlarını müdafiə etməkdə təqsirli bilinib həbs edilən Ayətullah Nimr, indi də insan hüquqlarının müdafiəsi üzrə orqanların susması sayəsində, edam hökmü ilə üz-üzə qalmışdır.
Biz, Ərəbistanın təcrübəsi az olan dövlət xadimlərinə tövsiyə edirik ki, belə ədavətli və təhrikedici addımlar atmaqla öz ölkələrinin sabit olmayan durumunu daha da xaos və iğtişaşa sürükləməsinlər və bilsinlər ki, Ərəbistanın görkəmli alimləri və azadlıqsevərlərinə qarşı hər növ təzyiq və aqressiya sizə ağır xərclərə başa gələcəkdir.
Əfsuslar olsun ki, hər keçən gün Səudiyyə Ərəbistanının rəsmiləri tərəfindən İslam dünyasına yeni zərbələr dəyməkdədir. Hələ Mina faciəsində minlərlə şiə və sünni hacının ölümü müsibətinə məlhəm qoyulmamış, qeyd edilən xəbər bizə və ölkəmizin xalqına yeni bir nigaranlıq gətirdi!
Bu səbəbdən biz dünya azadlıqsevərlərindən, xüsusilə İslam dünyası alimlərindən, bölgə şiələrindən gözləyirik ki, Səudiyyə rəsmilərinin ölçülüb-biçilməmiş əməlləri qarşısında sakit oturmasınlar, Nimrin və məzlum qardaşı oğlunun edam hökmünün icrasına mane olsunlar.
“Haqq yolu tutub gedənlərə salam olsun!”
Nasir Məkarim

Nəşr tarixi: 26/10/2015

 

captcha