Ayətullah əl-üzma Məkarim Şirazinin informasiya yayımı bloqunun yeni nüsxəsinin təqdimatı

Ayətullah əl-üzma Məkarim Şirazinin informasiya yayımı bloqunun yeni nüsxəsinin təqdimatı


Həzrət Ayətullah əl-üzma Məkarim Şirazinin iştirakı ilə ali həzrətin informasiya yayımı bloqunun yeni təqdimatı oldu.‌  ‌

Həzrət Ayətullah əl-üzma Məkarim Şirazinin rəsmi ofisinin informasiya yayımı bloqunun yeni nüsxəsinin təqdimat mərasimi o cənabın hüzurunda və onun dəyərli çıxışı ilə bərpa olundu.
Mərasimdə ilk öncə Quran qarilərindən biri Qurandan ayələr tilavət etdi. Bloq rəhbərliyinin iştirakçıları salamlamasının ardınca, bloqun mövcud məzmununa və 2014-cu ildəki fəaliyyətlərinə dair məlumatları əks etdirən bir qısametrajlı bir film yayımlandı.
Sonra bloqun müavini və texnologiya mərkəzinin nümayəndəsi bloqla bağlı geniş məlumat verdi. Mərasimin davamında, ali həzrətin geniş çıxışı ilə proqram sona çatdı.
Həzrət Ayətullah əl-üzma Məkarim Şirazinin təqdimat mərasimindəki çıxışının mətni belədir:
Həzrət Ayətullah əl-üzma Məkarim Şirazi, İmam Kazım (ə) adına elm ocağında təşkil olunan, ali həzrətin informasiya yayımı portalının yeni nüsxəsinin təqdimatında, İslam maarifinin təbliğatında kiberməkan və yeni texnologiyalardan istifadənin əhəmiyyətinə diqqət çəkdi. İlk sözü yeni texnologiyaların dediyi müasir dünyada yaxşılıq, haqq və həqiqətin nəşrində ən yeni vasitələrdən yararlanmağın, həmçinin əxlaqın, paklıq və mənəviyyatın yayılmasında onlardan lazımi istifadənin zəruriliyini dilə gətirdi.
Ayətullah əl-üzma Məkarim Şirazi əlavə etdi: Fəsadın qapı-pəncərədən yağdığı bir dünyada çalışmaq lazımdır; ciddi cəhd  və yeni texnologiyalardan istifadə sayəsində İslam və din maarifini cəmiyyətdə yaymaq və bunu genişləndirmək lazımdır.   
Həzrət Ayətullah əl-üzma Məkarim Şirazi hazırkı dünyada fəsad və günahın rəvac tapmasını tənqid edərək buyurdu: Hazırkı dünyada fəsad naşirləri çox aktiv və ovsunlayıcı işlər görürlər. Onların müqabilində duran islahatçı və hidayətçi naşirlər də dünyanın yeni texnologiyalardan geniş istifadə etməklə, fəaliyyətlərində aktivlik göstərməlidirlər.
O, günümüzdə İslam və şiəliyin saf prinsiplərinə qarşı minlərlə sayt və sputnik kanallarının fəaliyyət göstərdiyini bəyan edərək, aydınlıq gətirdi: Şeytanların bütün bu fəaliyyətləri, elə bir vaxtda gerçəkləşir ki, Allah-taalanın iradəsi sayəsində İslam və nurlu Əhli-beyt (ə) məktəbi hər keçən gün daha geniş yayılmaqdadır.
Ayətullah Məkarim Şirazi, niyə Misirdə şiəlik inkişaf edir, deyən bəzi misirli alimlərə etiraz olaraq dedi: Onlar bilməlidirlər ki, biz heç kimi şiə etmirik. Bəlkə buna səbəb, insanların qəlbini özünə cəlb edən pak imamların (ə) məktəbinin haqq və nurlu olmasıdır.
Həzrət Ayətullah əl-üzma Məkarim Şirazi sözünə əlavə etdi: Müasir dünya bizim ölkə ilə məhdudlaşmır. Belə isə, haqq və həqiqət axtarışında olanlar İslam maarifindən daha yaxşı bəhrələnsinlər deyə, Əhli-beytin (ə) əsərləri dünyanın ayrı-ayrı yerlərinə yayılmalıdır.
O, İmam Sadiqin (ə) buyurduğu, “Qum şəhərindən sair ölkələrə yayılacaq” hədisinə işarə edərək, xüsusi vurğuladı: Hədisin mənası bu deyil ki, İslam maarifi farsca olacaq, əksinə bir dəstə gəlib, dünyanın müxtəlif dillərini mənimsəyəcək və o zaman dini maarifi fərqli dillərdə dünya əhalisinə çatdıracaqlar.
Ayətullah Məkarim Şirazi dini maarif sahəsində ciddi cəhdi önəmsəyərək dedi: Əhli-beytin (ə) düzgün maarifinin yayımı geniş müstəvidə aparılmalıdır. Odur ki, hamımızım tam gücümüzlə irəli getməli və dini maarifi dünyanın hər hansı nöqtəsində olan bütün müraciətçilər üçün yeni və cəlbedici üslubda hazırlamalıyıq.
Ayətullah əl-üzma Məkarim Şirazi sonda informasiya yayımını İslam maraqlarının inkişafında ən vacib vasitə sayaraq, bunu qeyd etdi: Önəmli və səmərəli informasiya yayımı səbəb olur ki, müraciətçilərimi daha çox cəlb edək və İslamın ali məqsədlərinə daha da yaxınlaşdıraq.
Bloqun fəaliyyətlərinin qısa hesabatı aşağıdakı formada təqdim olunur:
“Mərcə” kəlməsindən anlaşıldığı kimi, bu ünvanın mənası müraciət yeridir. Özünü belə bir ünvana aid edən kəs yetərli elm və biliyə malik olmalıdır. Şiənin nurlu səmasında bu xələtlə zinətlənən ulduzlar olduqca çoxdur. Lakin mərcəyə müraciət vasitə tələb edir və bu ulduzlar həmin vasitələrə sahib olmasalar, o elm və bilik bir kənarda tozlanacaq.
Həzrət Ayətullah əl-üzma Məkarim Şirazi də o ulduzlardan biridir ki, elm və bilik xələti əyninə gözəl oturmuşdur. O, mərcənin müraciətçilərin suallarını cavablandırması prinsipini diqqətdən yayındırmamış və bu istiqamətdə hər bir müasir və qanuni vasitələrdən istifadə etmişdir.  
Məkarim Şirazi həzrətləri rəsmi ofisinin mətbuat yayımı bloqu uzun illərdir ki, bu ali hədəf  xüsusunda yaradılmış və davamlı olaraq bugünkü günə kimi özünü yeniləməkdədir. Cavablandırma və informasiya yayımının müasir vasitələrindən istifadə bu bloqun davamlı prioritetlərindəndir.
Veb və android sistemində onlayn yolla şəri və etiqadi sualları cavablandırma proqramı – hansı ki, cavablandırmanın ən ucuz və ən sürətli yoludur – kamal yoluna susamış yüzlərlə müraciətçinin gündəlik cavablandırıcısıdır.
Elektron məktub yolu ilə şəri və etiqadi sualları cavablandırma, qarşısına məqsəd qoymuşdur ki, sualları aldıqdan ən gec 72 saat sonra cavabını göndərsin.
Ancaq ən asan vasitə ismarıc yolu ilə cavablandırmadır. Ali həzrətin müqəllidləri öz şəri suallarını 10000100-ə göndərməklə, ən gec halda 24 saat sonra suallarına cavab ala bilərlər. Bəzi hallara sualın cavabını gözləmək bir neçə dəqiqə vaxt alır.
Bütün bu anlarda rəsmi ofisin informasiya texnologiyası mərkəzinin əsirgənməz və anbaan dəstəyi təqdirə layiqdir. Lakin əlverişli cavablandırmanın şərti budur ki, cavablandıran şəxs nümayəndəsi olduğu kəsin fiqhi, üsuli və etiqadi nəzərlərinə müraciətə daimi imkanı olsun.
Bu sahədə bloqun fiqh və etiqad məzmunlu bölmələri cavablandırıcıların, həmçinin özünün Allaha gedən yolunu veb səhifələrində axtaran hər bir kəs “qida”sını təmin etmək üçün, bütün bu illər ərzində ali həzrətin öz nümayəndələri ilə yaratdığı ünsiyyət və dostluqdan yararlanaraq onun son nəzərlərindən xəbərdar olur və mövcud  resurslarda əks etdirirlər. Eləcə də, resursları məzmunlu redaktə və  son kateqoriya üzrə yeniləyirlər.
Fiqh məzmunlu bölmədə yeni bir ideya ilə proyekt hazırlanmaqdadır ki, ali həzrətin bütün fiqh babları və külliyyatı araşıdırılır. Tərtib və redaktədən sonra yekun nəzərlər çıxarılacaq. “Camiul-məsail” adı ilə tanınan proyekt bir çox fiqh bablarını artıq bitirmişdir ki, yaxın gələcəkdə bloqda yerləşdiriləcəyinə, həmçinin çapa veriləcəyinə ümid edirik.  
Etiqad məzmunlu bölmədə bir dindar müsəlmanın ehtiyac duyduğu bütün şeylər üç; kitab mərkəzli, şübhə mərkəzli və mövzu mərkəzli araşdırmalar üslubu əsasında hazırlanmışdır və ya hazırlanmaqdadır. İslam maarifinə dair minlərlə sual-cavab və şübhələrə cavab bu bölmənin tədqiqatçılarının illər boyu göstərdikləri sonsuz səylərinin məhsuludur. Bu xüsusda çalışan digər mərkəzlərlə qarşılıqlı əməkdaşlıq bu bölmənin yeni və mütərəqqi üslublarındandır. Lakin bütün bu failiyyətlərin müxatəblərinin İran İslam Respublikamızın sərhədləri çərçivəsində məhdudlaşması əsasverici deyil. Ona görə ki, bütün bu fəaliyyətlərin nəticəsi dünyanın hər bir haqqsevəri üçün xilaskar amilə çevrilə bilər.
Ayətullah Məkarim Şirazi bloqunun beynəlxalq əlaqələr bölməsi ixtiyarındakı təcrübəli – hansı ki, adətən, təyinatlı ölkənin vətəndaşlarıdırlar - kadrlarla Məkarim Şirazinin əsərlərini və saytdakı fiqh və etiqad məzmunlu yazıları tərcümə edərək, İslam dünyasına mədəni hücumlar nəticəsində  zərər çəkmiş və ziyan görmüş kəslərin ruhuna məlhəm qoymağa çalışır.
İndiyə kimi bir çox resurslar ərəb, ingilis, urdu, azəri, rus, ispan və fransız dillərinə tərcümə olunur və sayta yerləşdirilir.
Qeyd etmək lazımdır ki, hamıya məlum olduğu kimi elm və bilik üsul, fiqh və etiqadla xülasələşmir. Elm bəzən Quran və məsumların kəlamınadır, bəzəndə zaman və zəmanəyə. Zamana elm mərcəiyyətin şərtlərindəndir. Həzrət Ayətullah əl-üzma Məkarim Şirazi zamana elmdə alimlərin ən elmlisidir və həmişə ölçülmüş mövqelərdə və vaxtında şiə mərcəiyyətinin ilk sıralarında yer almaqdadır.
Bu mühüm həqiqətin inikası bloqun mətbuat yayımı bölməsinin öhdəsinə düşür. Bu bölüm bu ağır məsuliyyətə əməl etməklə, ali həzrətə əlaqəsi olanları onun son görüşləri və mövqelərindən xəbərdar edir.
Ayətullah Məkarim Şirazi cənablarının dərslərinin təxirə salınmadan mətn, audio və video şəklində yayımı  bu bölümün ümdə vəzifələrindəndir.
Mətbuat yayımı bölümünün yeniliklərindən biri, “günün sitatı” adı altında xüsusi buraxılışdır ki, Ayətullah Məkarimin çıxış, təlif və mövzularından istifadə edilərək ərsəyə gətirilir və müxtəlif münasiblətdə istifadəçilərə təqdim olunur.
Bəşərin zövqü yazılı mətbuatdan və audio və video mətbuata yönəldiyi müasir dünyada bloqumuz, bu zəmində fəaliyyəti özünə lazım bildi. Fənn mütəxəsislərindən yararlanaraq gözəl audio və video roliklər hazırlamaqla, mövcud məzmunu daha bəyənilən şəkildə ümumi izləyicilərin ixtiyarında qoyur ki, filmin başlanğıcı ço gözəldir ki, ali həzrətin öz yazılarını oxuduğu səsindən istifadə etməklə, “Əsrimizin səs-küyü” ünvanında istehsaldan sonra təqdim olunmuş və maraqlılar tərəfindən müsbət qarşılanmışdır.
İnformasiyalar texnologiyası bölümünün fəaliyyətlərinin hesabatı aşağıdakı kimidir:
1-    Veb proqram yazılışı: əlaqədar saytların yaradılması və yenilənməsi
2-    Proqram istehsalı: “Windows”, “Android” və “IOS” proqramlarının istehsalı
3-    Multimedia: rəsmli öyüd, çoxdilli kliplərin istehsalı, ali həzrətin çıxış və dərslərinin hazırlanması və multimedia hazırlanmasında qlobal “Vilayət” kanalı ilə birgə əməkdaşlıq.
4-    Qrafika: saytın və proqramların zahiri dizaynı, infoqrafiya, rəsmi ofisdə baş verənlərlə bağlı fotosesiya
5-    Şəbəkə və  “hardware”: xarici server və daxili şəbəkələrin idarəçiliyi və mühafizəsi, kompüter avadanlıqlarının interneti, istehsalın texniki infrastrukturlarının və məzmun tədarükünün təmini
Bu qısa hesabat, Ayətullah Məkarim Şirazinin informasiya yayımı bloqunun müxtəlif bölmələrinin göstərdikləri fəaliyyətlərin yalnız bir hissəsidir.
Yayımlanma tarixi: 01/10/2015

 

captcha