Ramazan ayının gündəlik duaları

Ramazan ayının gündəlik duaları


Ramazan ayının ilk 10 gününün duaları‌

Birinci günün duası:

 

اَللَّهُمَّ اجْعَلْ صِیَامِى فِیهِ صِیَامَ الصَّآئِمِینَ، وَ قِیَامِى فِیهِ قِیَامَ الْقَآئِمِینَ. وَ نَبِّهْنِى فِیهِ عَنْ نَوْمَةِ الْغَافِلِینَ، وَ هَبْ لِى جُرْمِى فِیهِ یَا اِلٰـهَ الْعَالَمِینَ، وَ اعْفُ عَنِّى یَا عَافِیًا عَنِ الْمُجْرِمِینَ.


Əllahumməc‘əl siyami fihi siyaməs-saimin, və qiyami fihi qiyaməl-qaimin.
Və nəbbihni fihi ‘ən nəvmətil-ğafilin, və həb li curmi fihi, ya ilahəl-‘aləmin, və‘fu ‘ənni ya ‘afiyən ‘ənil-mucrimin.


“Ey Allahım, bu ayda mənim orucumu həqiqi oruc tutanların orucundan və gecə ibadətimi gecə ibadətkarlarının ibadətindən qərar ver. Bu ayda məni qəflət yuxusundan oyat və cinayətlərimi bağışla, ey aləmlərin Rəbbi, məni əfv et, ey cinayətkarları əfv edən.”

 

İkinci günün duası:

 

اَللَّهُمَّ قَرِّبْنِى فِیهِ اِلَىٰ مَرْضَاتِکَ، وَ جَنِّبْنِى فیهِ مِنْ سَخَطِکَ وَ نَقِمَاتِکَ. وَ وَفِّقْنِى فِیهِ لِقِرَآئَةِ اٰیَاتِکَ، بِرَحْمَتِکَ یا اَرْحَمَ الرَّاحِمِینَ.

 

Əllahummə qərribni fihi ila mərżatikə, və cənnibni fihi min səxətikə və nəqimatikə. Və vəffiqni fihi li-qirəati ayatikə, bi-rəhmətikə ya ərhəmər-rahimin.

 

“Ey Allahım, bu ayda məni Öz razılığının səbəblərinə yaxınlaşdır, Öz qəzəbin və əzabından uzaqlaşdır. Bu ayda məni Sənin Quranının ayələrini oxumağa müvəffəq et, Öz rəhmətinə xatir, ey rəhimlilərin ən rəhimlisi.”

 

Üçüncü günün duası:

 

 اَللَّهُمَّ ارْزُقْنِى فِیهِ الذِّهْنَ وَ التَّنْبِیهَ، وَ بَاعِدْنِى فِیهِ مِنَ السَّفَاهَةِ وَ التَّمْوِیهِ. وَ اجْعَلْ لِى نَصِیبًا مِنْ کُلِّ خَیْرٍ تُنْزِلُ فِیهِ، بِجُودِکَ یَا اَجْوَدَ الْاَجْوَدِینَ.

 

Əllahummərzuqni fihi əz-zihnə vət-tənbih, və ba‘idni fihi minəs-səfahəti vət-təmvih.
Vəc‘əl li nəsibən min kulli xəyrin tunzilu fihi, bi-cudikə ya əcvədəl-əcvədin.

 

“Ey Allahım, bu ayda mənə zehn və ayıqlıq ruzi et, məni səfehlikdən və səhvlərə yol verməkdən uzaq et. Bu ayda nazil etdiyin hər xeyirdən mənə bir pay ver, Öz səxavətinə xatir, ey səxavətlilərin ən səxavətlisi.”


Dördüncü günün duası:

 

 اَللَّهُمَّ قَوِّنِى فِیهِ عَلَىٰ اِقَامَةِ اَمْرِکَ، وَ اَذِقْنِى فِیهِ حَلَاوَةَ ذِکْرِکَ، وَ اَوْزِعْنِى فِیهِ لِاَدَآءِ شُکْرِکَ بِکَرَمِکَ، وَ احْفَظْنِى فِیهِ بِحِفْظِکَ وَ سَتْرِکَ، یَا اَبْصَرَ النَّاظِرِینَ.

 

Əllahummə quvvini fihi ‘əla iqaməti əmrikə, və əziqni fihi həlavətə zikrikə,
və əvzi‘ni fihi li-ədai şukrikə bi-kərəmikə, vəhfəzni fihi bi-hifzikə və sətrikə, ya əbsərən-nazirin.


“Ey Allahım, bu ayda Sənin əmrlərini həyata keçirmək üçün mənə qüvvə ver, Öz zikrinin şirinliyini mənə dadızdır, Sənin şükrünü yerinə yetirməyin qaydasını Öz kərəminlə mənə öyrət, Öz mühafizənlə məni qoru, ey görənlərin ən yaxşısı.”


Beşinci günün duası:


 اَللَّهُمَّ اجْعَلْنِى فِیهِ مِنَ الْمُسْتَغْفِرِینَ، وَ اجْعَلْنِى فِیهِ مِنْ عِبَادِکَ الصَّالِحِینَ اْلقَانِتِینَ، وَ اجْعَلْنِى فِیهِ مِنْ اَوْلِیَآئِکَ الْمُقَرَّبِینَ، بِرَأْفَتِکَ یَا اَرْحَمَ الرَّاحِمینَ.

 

Əllahumməc‘əlni fihi minəl-mustəğfirin, vəc‘əlni fihi min ‘ibadikəṣ-salihinəl-qanitin,
vəc‘əlni fihi min əvliyaikəl-muqərrəbin, bi-rəʼfətikə ya ərhəmər-rahimin.


“Ey Allahım, bu ayda məni bağışlanma diləyənlərdən, Sənə itaət edən layiqli bəndələrdən və Sənin dərgahına yaxın olan övliyalardan qərar ver, Öz mehr-məhəbbətinə xatir, ey rəhimlilərin ən rəhimlisi.”


Altıncı günün duası:

 

 اَللَّهُمَّ لَا تَخْذُلْنِى فِیهِ لِتَعَرُّضِ مَعْصِیَتِکَ، وَ لَا تَضْرِبْنِى بِسِیَاطِ نَقِمَتِکَ، وَ زَحْزِحْنِى فِیهِ مِنْ مُوجِبَاتِ سَخَطِکَ، بِمَنِّکَ وَ اَیَادِیکَ، یَا مُنْتَهَىٰ رَغْبَةِ الرَّاغِبِینَ.


Əllahummə la təxzulni fihi li-tə‘ərruzi mə‘siyətikə, və la təzribnibi-siyati nəqimətikə,
və zəhzihni fihi min mucibati səxətikə, bi-mənnikə və əyadikə, ya muntəha rəğbətir-rağibin.

“Ey Allahım, bu ayda məni Sənə qarşı üsyan etməklə xar etmə, əzab qırmancını mənə vurma, qəzəbinin səbəblərindən məni uzaq et, bəndələrinə qarşı olan lütfkarlığına xatir, ey rəğbət bəsləyənlərin rəğbətinin sonu.”


Yeddinci günün duası:

 

 اَللَّهُمَّ اَعِنِّى فِیهِ عَلَىٰ صِیَامِهِ وَ قِیَامِهِ، وَ جَنِّبْنِى فِیهِ مِنْ هَفَوَاتِهِ وَ اٰثَامِهِ، وَ ارْزُقْنِى فِیهِ ذِکْرَکَ بِدَوَامِهِ، بِتَوْفِیقِکَ یَا هَادِىَ الْمُضِلِّینَ.

 

 Əllahummə ə‘inni fihi ‘əla siya͂mihi və qiyamihi, və cənnibni fihi min həfəvatihi və asamihi, vərzuqni fihi zikrəkə bi-dəvamihi, bi-təvfiqikə ya hadiyəl-muzillin.

 “Ey Allahım, bu ayda mənə bu ayın orucunu və gecə ibadətini yerinə yetirməkdə kömək et, bu ayda məni sapqınlıqlardan və günahlardan çəkindir, bu ayda mənə Səni davamlı olaraq zikr etməyi ruzi et, Öz tövfiqinə xatir, ey azğınları hidayət edən.”


Səkkizinci günün duası:


 اَللَّهُمَّ ارْزُقْنِى فِیهِ رَحْمَةَ الْاَیْتَامِ، وَ اِطْعَامَ الطَّعَامِ، وَ اِفْشَآءَ السَّلَامِ، وَ صُحْبَةَ الْکِرَامِ، بِطَوْلِکَ یَا مَلْجَأَ الْاٰمِلِینَ.

 

Əllahummərzuqni fihi rəhmətəl-əytam, və it‘amət-tə‘am, və ifşaəs-səla͂m, və suhbətəl-kiram, bi-təvlikə ya məlcəəl-amilin.

 “Ey Allahım, bu ayda yetimlərə mərhəmət göstərməyi, təam verməyi, salamı aşkar etməyi, kərim insanlarla bir yerdə olmağı mənə ruzi et, Öz kərəminə xatir, ey arzu edənlərin pənahı.”

Doqquzuncu günün duası:

 

اَللَّهُمَّ اجْعَلْ لِى فِیهِ نَصِیبًا مِنْ رَحْمَتِکَ الْوَاسِعَةِ، وَ اهْدِنِى فِیهِ لِبَرَاهِینِکَ السَّاطِعَةِ، وَ خُذْ بِنَاصِیَتِى اِلَىٰ مَرْضَاتِکَ الْجَامِعَةِ، بِمَحَبَّتِکَ یَا اَمَلَ الْمُشْتَاقِینَ.

 

Əllahumməc‘əl li fihi nəsibən min rəhmətikəl-vasi‘əti, vəhdini fihi li-bərahinikəs-sati‘əti,
və xuz bi-nasiyəti ila mərzatikəl-cami‘əti, bi-məhəbbətikə ya əmələl-muştaqin.

“Ey Allahım, bu ayda Öz geniş rəhmətindən mənə bir pay ver, bu ayda məni Özünün parlaq dəlillərinə tərəf hidayət et, məni Özünün hərtərəfli razılığına tərəf sövq etdir, Öz məhəbbətinə xatir, ey müştaqların arzusu.”


Onuncu günün duası:

 

 اَللَّهُمَّ اجْعَلْنِى فِیهِ مِنَ الْمُتَوَکِّلِینَ عَلَیْکَ، وَ اجْعَلْنِى فِیهِ مِنَ الْفَآئِزِینَ لَدَیْکَ، وَ اجْعَلْنِى فِیهِ مِنَ الْمُقَرَّبِینَ اِلَیْکَ، بِإِحْسَانِکَ یَا غَایَةَ الطَّالِبِینَ.

 

Əllahumməc‘əlni fihi minəl-mutəvəkkilinə ‘ələykə, vəc‘əlni fihi minəl-faizinə lədəykə,
vəc‘əlni fihi minəl-muqərrəbinə iləykə, bi-ihsanikə ya ğayətət-talibin.

 “Ey Allahım, bu ayda məni Sənə təvəkkül edənlərdən, Sənin dərgahında səadətə çatanlardan və Sənə yaxın olanlardan qərar ver, Öz ehsanına xatir, ey axtaranların qayəsi.”

 

 

captcha