Niyə dini günlər ilin fəsillərinə uyğun deyil?

Niyə dini günlər ilin fəsillərinə uyğun deyil?


Bilirik ki, ramazan ayı gah qışa, gah yaza, gah yaya, gah da payıza təsadüf edir. Demək, qəməri ayı dəqiq deyil və dəqiq tarixi göstərmir. Eyni zamanda, bayram günləri və matəm mərasimlərində də bu məsələ ortaya çıxır. Gah payıza, gah yaya, gah da digər fəsillərə təsadüf edir.‌


Qəməri ayları ilin fəsillərinə təsadüf etmirsə, bunun eybi yoxdur, çünki qəməri ilin təyini günəşin hərəkəti və fəsillərin yaranmasına əsaslanmır. Biz bayram və matəm günlərində fəsillərə riayət etmiriksə, bunun səbəbi bizim ölçü vahidimizin ayın hərəkətinə uyğun şəkildə təyin olunan “qəməri ayı” olmasıdır. Bizim nəzərdə tutduğumuz məsələ fərz olunan hadisənin hansı fəsildə yox, qəməri ilinin hansı günündə baş verməsidir. Digər tərəfdən qəməri ayları hesablamaq camaatın əksəriyyəti üçün şəmsi aylardan asandır. Belə ki, səhrada yaşayan əhali belə qəməri tarixini hesablaya bilər. Şəmsi tarixini hesablamaq üçünsə mütləq təqvimə ehtiyac vardır.

İl və ay ictimai məsələləri nizama salmaq üçün tənzimlənmişdir. Lakin bu məsələnin təbiətlə uyğunluq təşkil etməsi və səhv olmaması üçün onu göydəki ulduzlarla tənzimləyirlər. Bəziləri il və ayın miqdarını günəşin hərəkətinə (daha doğru desək, yerin günəş ətrafındakı hərəkətinə) əsasən təyin edirlər. Nəticədə, dörd fəsilli şəmsi (günəş) ili meydana çıxır. Bəziləri də onu ayın yer ətrafında hərəkətinə əsasən təyin edir ki, bu da günəşin hərəkəti nəticəsində yaranan 4 fəsilə uyğun gəlmir. Nəticədə, qəməri ayları ilin fəsillərinə təsadüf etməsə, eybi yoxdur, çünki qəməri ilin təyini günəşin hərəkəti və fəsillərin yaranmasına əsaslanmır. Biz bayram və matəm günlərində fəsillərə riayət etmiriksə, bunun səbəbi bizim ölçü vahidimizin ayın hərəkətinə uyğun şəkildə təyin olunan “qəməri ayı” olmasıdır. Bizim nəzərdə tutduğumuz məsələ fərz olunan hadisənin hansı fəsildə yox, qəməri ilinin hansı günündə baş verməsidir.


İslam tarixinin hamısı “qəməri ilə” əsasən tənzim olunur. Qəməri ayları bəzi xüsusiyyətlərinə görə şəmsi aylardan üstündür. Qəməri ayları hesablamaq camaatın əksəriyyəti üçün şəmsi aylardan asandır. Belə ki, səhrada yaşayan əhali belə qəməri tarixini hesablaya bilər. Şəmsi tarixini hesablamaq üçünsə mütləq təqvimə ehtiyac vardır. Başqa sözlə desək, qəməri ay vasitəsilə adətən, hər ayın başlanğıcı, sonu və təqribən ortasını təyin edə bilərsən. Belə ki, aya baxanda təqribən, ayın başlanğıcından neçə gecənin keçdiyini bilmək olar. Amma şəmsi aylarda (bürclərlə) ayın gününü təqvimi olmayan adam üçün təyin etmək heç cür mümkün deyil. Hətta ayın başlanğıc və sonunun da təqvimsiz təyin edilməsi qeyri-mümkündür. Yalnız rəsədxana bu işin öhdəsindən gələ bilər. Halbuki, qəməri aylarının təqvimi göy səhifələridir. Ayın doğması, batması, hilal halına düşməsi və ya bədirlənməsini hər kəs təyin edə bilər. Bu təqvimdə fəsillərin nəzərə alınmamasına baxmayaraq, çoxlu üstünlüklər vardır.

Nəşr tarixi: « 1397/07/07 »

Açar sözlər : din Qəməri ayları şəmsi matəm
captcha