Ayətullah Məkarim Şirazinin Əhvaz şəhərində baş vermiş terror aktına münasibəti

Ayətullah Məkarim Şirazinin Əhvaz şəhərində baş vermiş terror aktına münasibəti


Bir qrup hərbiçinin və içərilərində azyaşlı uşaq da olmaqla, sıravi vətəndaşların şəhadətinə və xəsarət almasına səbəb olan bu terror aktını kəskin pisləyirik. Ümidvarıq aidiyyatı qurumlar tezliklə terrorist qruplaşmasının layiqli cəzalarını verəcək və birdəfəlik kökünü kəsəcək. ‌

Bu kor terroru nə qəhrəmanlıq və igidlik, nə də mübarizə saymaq olar, əksinə tam əminliklə deyə bilərik ki, axmaqlıqdan doğan bir addımdır, çünki bu mənfur əməl ayrı-ayrı ölkə vətəndaşlarının, dahası azaqlıqsevər dünya xalqlarının, xüsusilə də Xuzistan vilayətinin igid, fədakar və imanlı əhalisinin nifrət və qəzəbinə səbəb oldu.


Qəribəsi bundadır ki, onlar terror aktını öz üzərinə götürür və deyirlər ki, terroru biz törətmişik. Belə deməklə bu qədər nifrət və zilləti üzərlərinə alırlar?


Təəssüf doğuran məlum terror hadisəsi göstərdi ki, bütün məsul şəxslər ehtiyatlarını artırmalı və bu cür hadisələrin təkrarlanmasının qarşısını almalıdırlar. Biz də öz növbəmizdə məlum hadisədə əzizlərini itirən bütün ailələrə səmimi qəlbdən başsağlığı verir, xəsarət alanlarına da Allahdan şəfa diləyirik.


Yayım tarixi: 24.09.2018

 

captcha