“Nəsuh tövbə” dedikdə, tövbəkar şəxsin günahları kökündən kəsməsi, bir daha onlara dönməməsi başa düşülür. Bəziləri onu xalis tövbə, bəziləri də “nəsahət” maddəsindən olduğunu deyərək, “tikmək” mənasında bilirlər. Yəni, günah din və iman pərdələrini dəldiyi üçün tövbə növbəti dəfə onları bərpa edərək tikir.
Bəzi təfsirçilər “یا اَیُّهَا الَّذینَ آمَنُوا تُوبُوا اِلَى اللّهِ تَوْبَهً نَصُوحاً” (1) – “Ey iman gətirənlər Allah tərəf xalis tövbə ilə tövbə edin (dönün)” – ayəsinin təfsirində “nəsuh” kəlməsini izah edərkən, belə yazır:
Nəsuh tövbə tövbəkarda dərin təsirindən dolayı insanları özü kimi tövbəyə dəvət edir. Yaxud tövbəkara günahları kökündən kəsməsini, bir daha ona dönməməsini nəsihət edir. Bəziləri də onu xalis tövbə adlandırdıqları halda, digər bir dəstə “nəsahət” maddəsindən olduğunu iddia edərək, “tikmək” mənasında izah ediblər. Yəni, günahın din və iman pərdələrini dəlməsindən sonra tövbə növbəti dəfə onları bərpa edir. Yaxud, günah tövbəkarı Allah dostları sırasından ayırdıqdan sonra bu tövbə onların sıralarına qaytarır (2), (3).
İstifadə edilmiş ədəbiyyat:
1- “Təhrim” surəsi, 8-ci ayə.
2- “Biharul-ənvar” (Məclisi, Məhəmməd Baqir ibn Məhəmməd Təqi, (tədqiqatçı və korrektor: bir qrup araşdırmaçı, “Daru əhyait-turasil-ərəbi”, Beyrut, ikinci nəşr, 1403 h.q.), c. 6, səh. 17, fəsil 20, “ət-Təvbə və ənvauha və şəraituha...”.
3- Ayətullah Nasir Məkari Şirazinin “Quranda əxlaq” kitabından iqtibas edilib. (“İmam Əli ibn Əbi Talib (ə)” mədrəsəsi, Qum, ilk nəşr, 1998), c. 1, səh. 243.
Nəşr tarixi: « 1396/03/22 »