“İzahlı şəriət məsələləri” risaləsində bu ilki fətva dəyişiklikləri elan olundu.

“İzahlı şəriət məsələləri” risaləsində bu ilki fətva dəyişiklikləri elan olundu.


Ayətullah Məkarim Şirazinin ofisi tərəfindən risalənin bu ilki çapında yeni dəyişikliklər aparılmışdır. Biz dəyişmiş məsələləri həm Fars həm də Azərbaycan dilində Həzrət Ayətullah əl-uzma Məkarim Şirazinin müqəllidlərinin diqqətinə çatdırırıq. Qeyd edək ki, saytımızdakı risalədə də eyni hökmlər artıq dəyişmişdir.‌  ‌  ‌


“İzahlı şəriət məsələləri” risaləsində bu ilki fətva dəyişiklikləri elan olundu.

Ayətullah Məkarim Şirazinin ofisi tərəfindən risalənin bu ilki çapında yeni dəyişikliklər aparılmışdır. Biz dəyişmiş məsələləri həm Fars həm də Azərbaycan dilində Həzrət Ayətullah əl-uzma Məkarim Şirazinin müqəllidlərinin diqqətinə çatdırırıq. Qeyd edək ki, saytımızdakı risalədə də eyni hökmlər artıq dəyişmişdir.
مساله 667- كسى كه وظيفه‏ اش تيمّم است اگر براى كارى تيمّم كند تا تيمّم و عذر او باقى است مى‏تواند تمام كارهايى را كه وضو و غسل در آن شرط است به جا آورد،اما اين قاعده يك استثنا دارد و آن تيمم براى تنگی وقت است كه اين تيمم فقط براى اقامه نماز فائده دارد.

Məsələ 667: Vəzifəsi təyəmmüm olan şəxs bir iş üçün təyəmmüm etsə, nə qədər ki, o təyəmmüm və üzrlü səbəb öz qüvvəsindədir, dəstəmaz və qüsl tələb edən bütün işləri onunla görə bilər. Lakin bu qaydanın bir istisnası var ki, o da vaxtın darlığına görə alınan təyəmmümdür. Bu təyəmmümlə yalnız namaz qılmaq olar.

مسئله 706- همه نافله‏ های یومیه دو ركعت دو ركعت خوانده مى‏شود جز نافله وتر، كه يك ركعت است و اگر بخواهد نافله وتر را نشسته بخواند طبق فتوای اخیر ما همان یک رکعت کافی است.

Məsələ 706: Bütün gündəlik namazların nafilələri iki rükət-iki rükət qılınır. Yalnız vitr nafiləsi bir rükətdir. Vitr namazını oturaq halda qılmaq istəyən şəxs bizim son fitvamıza uyğun olaraq bir rükət qılsa kifayətdir.

مساله 1016ـ ذکر خدا، قرائت قرآن دعا، در هر جاى نماز جایز است اگر جمله اى را مانند «اَللّهُ اَکْبَرُ» به قصد ذکر خدا بگوید، امّا در موقع گفتن، صدا را بلندکند که چیزى را به دیگرى بفهماند اشکال ندارد، ولى دعا و ذکر به زبانهاى غیر عربى جایز نیست.

Məsələ 1016: Namazın istənilən bir yerində Allahın zikrini demək, Quran və dua oxumaq olar. Əgər bir şəxs Allahı zikr etmək məqsədi ilə misal üçün “Əllahu əkbər” cümləsini deyərsə və bu sözü deyən zaman ətrafdakılara nəsə anlatmaq üçün səsini ucaldarsa, eybi yoxdur. Lakin dua və zikrləri qeyri-ərəb dilində demək icazəli deyil.

مساله 1453- زنان باردارى كه روزه براى حمل آنها ضرر دارد روزه گرفتن بر آنها واجب نيست، ولى كفّاره‏ (یک مد طعام) بايد بدهند، امّا اگر روزه براى خودش ضرر دارد روزه بر او واجب نيست كفّاره هم ندارد، ولى بعداً قضا مى‏ كند.

Məsələ 1453: Oruc tutmağın bətnindəki uşağa zərəri olan hamilə qadına oruc tutmaq vacib deyil. Lakin kəffarəsini (bir müdd yemək) ödəməlidir. Yox əgər oruc tutmağın onun özünə ziyanı varsa, oruc tutmaq ona vacib deyil və kəffarəsi də yoxdur. Lakin, sonradan qəzasını tutmalıdır.

مسأله 1884- اجاره با مرگ صاحب ملک باطل می شود اما با مرگ مستاجر باطل نمی شود و آن حق تا آخر مدّت براى ورثه مستاجر باقى مى‏ماند، ولى اگر شرط كرده اند كه مستأجر شخصاً از آن ملك استفاده كند نه ديگرى، صاحب ملك حق‏دارد باقيمانده مدّت را فسخ كند.

Məsələ 1884: İcarə mülk sahibinin ölümü ilə batil olur amma icarə edənin ölümü ilə batil olmur və bu hüquq (icarə hüququ) icarə müddətinin sonuna qədər icarə edənin varisləri üçün öz qüvvəsində qalır. Yox əgər başqasının yox, məhz icarə edənin ondan istifadə etməsini şərt etsələr, mülk sahibinin icarənin qalan müddətini pozmaq hüququ var.

مسئله 1975- در میان بعضى از مردم معمول است که وامى‏ به صاحب خانه مى‏دهند و خانه او را گرو برمى‏دارند به شرط این‏که قیمت کمترى جهت مال الاجاره بپردازند، یا اصلًا مال الاجاره‏اى ندهند و آن را خانه رهنى مى‏گویند، این کار ربا و حرام است. بهترین راه برای خانه های رهن و اجاره آن است که، مستاجر مبلغی به عنوان وام به صاحبخانه بدهد و خانه را در مقابل آن رهن بگیرد سپس در قرارداد دیگری صاحبخانه منافع خانه را در مقابل مبلغی ماهیانه به مستاجر واگذار کند که در این صورت اشکال شرعی نخواهد داشت.

Məsələ 1975: Xalq arasında belə bir adət var ki, ev sahibinə borc verib, evini girov götürürlər, bu şərtlə ki, kirayə pulunu az versinlər, yaxud ümumiyyətlə, kirayə haqqı verməsinlər. Buna “rəhinli” ev deyirlər. Bu iş sələm və haramdır. Rəhn və icarə ilə ev kirayələmək üçün doğru yol budur ki, ilk olaraq evi kirayə etmək istəyən şəxs ev sahibinə müəyyən məbləğdə borc versin və evi o borcun müqabilində rəhn alsın, sonra isə başqa bir müqavilədə ev sahibi evin mənafeini aylıq məbləğ müqabilində kirayə edənin istifadəsinə versin. Belə olduqda şəriət baxımından eybi yoxdur.

مسأله 2051- اگر با زن بى‏شوهرى كه در عدّه نيست زنا كند بعداً مى‏تواند با او ازدواج نمايد، هر چند بهتر است كه صبر كند تا آن زن حيض ببيند بعد او را به عقد خود درآورد.

Məsələ 2051: Əgər kişi iddədə olmayan ərsiz bir qadınla zina etsə, sonradan onunla evlənə bilər. Lakin, daha yaxşı olar ki, gözləsin, qadın heyz olandan sonra onu öz nikahına salsın.

مسأله 2109 - هرگاه زنى بچه شیرخواری را با شرايط شرعی، شیر دهد پدر آن بچه مى‏ تواند با آن زن یا دخترهايى كه از آن زن به دنيا آمده‏ اند ازدواج كند و نيز مى ‏تواند دختر شوهرى را كه شیر مربوط به اوست (چه نسبی و چه رضاعی ) به ازدواج خود درآورد، هم چنین ازدواج با دخترهاى رضاعی آن زن از شوهر ديگر مانعى ندارد، هر چند موارد مذکور کراهت دارد.

Məsələ 2109: Əgər qadın südəmər bir uşağa, şəriət qaydaları əsasında süd versə, uşağın atası o arvadla ya da ondan dünyaya gələn qızlarla evlənə bilər. Həmçinin süd ona məxsus olan ərin qızı ilə də (istər süd qızı olsun, istərsə də doğma qızı) evlənə bilər. Eləcə də o qadının başqa ərdən olan süd qızları ilə evlənməyin maneəsi yoxdur, baxmayaraq ki, bu hallar məkruhdur.

مساله 2167ـ زن مى تواند در بین عدّه طلاق خلع یا مبارات از بخشش خود برگردد و اگر بر گردد ( همه یا قسمتی از مابذل خود را دریافت کند) شوهر مى تواند رجوع کند و بدون عقد دوباره او را همسر خود قرار دهد.

Məsələ 2167: Qadın xul, yaxud mübarat talağı əsnasında öz malını bağışlamaq fikrindən dönə bilər və əgər dönərsə, (bağışladığı malın hamısını ya da bir hissəsini geri alarsa) bu zaman əri ona qayıda və kəbin oxunmadan onu yenidən özünə arvad edə bilər.

 

captcha