Nə üçün Quran Qədr gecəsində nazil oldu?
İnsanların il boyu tale və müqəddaratı yazılan gecədə insan oyaq qalmalı, tövbə edərək özünü düzəltməli və Allah dərgahında onun rəhmətinə ləyaqətli bəndə olmağa çalışmalıdır. Tale və müqəddarat yazılan bir gecədə insan yuxuda və qəflətdə olmamalıdır.
Quran müqəddərat təyin edən bir kitabdır, səadət yolu, xoşbəxt olmaq və insanların hidayət yolu onda bildirilmişdir. Bu xüsusiyyətlərə malik olan bir kitabın Qədr gecəsində nazil olması labüddür. Quranla Qədr gecəsi arasında olan oxşar xüsusiyyətlər necə də gözəl və bunlarin bir-biri ilə bağlılığı necə də mənalıdır!
Nəşr tarixi: « 1394/04/07 »