Qədr gecəsi – bütün bəşəriyyət üçün olan bir gecədir

Qədr gecəsi – bütün bəşəriyyət üçün olan bir gecədir


Qədr gecəsi bütün dünyada yalnız bir gecədirmi?‌

İslam dinində Qədr gecəsinin əzəmət və əhəmiyyəti barədə çoxlu sayda mətləblər qeyd edilmişdir. Bir tərəfdən, dini rəhbərlərdən, Ramazan ayının on doqquz, iyirmi bir və iyirmi üçüncü gecəsindən – əlbəttə, məşhur nəzərə əsasən – biri olan bu gecə üçün bizə xüsusi ibadət və göstərişlər gəlib çatmışdır. Belə nəzərə çarpır ki, il ərzində Qədr gecəsi yalnız bir gecədir. Digər tərəfdən, bilirik ki, üfüq xətti fərqinə görə Ramazan ayı bəzi ölkələrdə bir-iki gün tez və bəzi ölkələrdə isə gec başlayır. Bu minvalla, həmin məntəqələrdə Qədr gecəsi bir-iki gecə fərqi ilə olacaq. Nəticədə, müxtəlif məntəqələrdə çoxlu sayda Qədr gecəsi meydana çıxacaq. Bu məsələ il ərzində Qədr gecəsinin yalnız bir gecədən ibarət olması və bu xüsusi gecədə mələklərin ilahi rəhmətlə nazil olması və yaxud da Qədr gecəsinin Peyğəmbər (s) zamanı və Məkkə mühitinə aid olması və öncəki zamanlarda Qədr gecəsinin olmaması məsələsi ilə necə uyğun gəlir?


Dini sənəd və dəlillərə əsasən, aydındır ki, Qədr gecəsi yalnız Peyğəmbər (s) zamanı və Hicaz məntəqəsinə məxsus deyil və (həzrət Rəsuldan (s) sonrakı) bütün zamanlarda və müxtəlif məntəqələrdə Qədr gecəsi özünün əzəmət və əhəmiyyəti ilə mövcuddur və bu mövzunun mübahisəyə ehtiyacı yoxdur.
Tutulan irad il ərzində Qədr gecəsinin yer kürəsinin müxtəlif nöqtələrində yalnız bir və müştərək gecədən ibarət olması, yer kürəsinin hər yerində müəyyən bir vaxtda başlayıb müəyyən zamanda bitməsi təsəvvüründən meydana çıxmışdır.


Halbuki, bu cür təsəvvür yanlışdır, çünki yerin kürə formasında və onun bir yarımkürəsi gündüz (işıqlı) olduqda, digər yarımkürəsinin gecə (qaranlıq) olduğunu bilirik. Bu minvalla, müəyyən bir saatda (vaxtda) yer kürəsinin bütün nöqtəsində müştərək və vahid bir gecənin olması qeyri-mümkündür. İl ərzində yalnız bir Qədr gecəsinin olması məsələsində məqsəd hər bir məntəqənin əhalisi üçün qəməri təqvimi ilə yalnız bir Qədr gecəsinin olmasıdır.


Məsələnin izahı belədir: Hər bir məntəqənin əhalisi özlərinin qəməri ilini həmin məntəqəyə məxsus üfüq xəttinə əsasən, Məhərrəm ayının əvvəlindən başlamalıdır və bir neçə qəməri ayı keçdikdən sonra, Ramazan ayı həmin məntəqəyə məxsus üfüq xəttinə görə başlayacaq və bu ayda on doqquz, iyirmi bir və ya iyirmi üçüncü gecə o məntəqənin əhalisi üçün Qədr gecəsi olacaq.


“Hər bir məntəqənin əhalisi özlərinin müqəddəs gün və zamanlarını həmin məntəqəyə məxsus üfüq xəttinə əsasən müəyyən etməlidir.” məsələsinin Qədr gecəsinə aidiyyatı yoxdur, müqəddəs islami gün və vaxtlarda da bu cür hesablama (təqvim hesabı) vardır. Məsələn, Fitr və Qurban bayramı İslamda müqəddəs bayramlardandır və onlar üçün xüsusi ibadət və göstərişlər qeyd edilmişdir və bu bayramlar il ərzində bir gündən artıq deyil. Bu bir günü müxtəlif islami ölkələrdə hər bir ölkənin özünəməxsus üfüq xəttini nəzərə almaqla təyin edirlər. Bu səbəbdən, əksər vaxtlarda məsələn, Qurban bayramı İran və digər ölkələrlə müqayisədədə Səudiyyə Ərəbistanından bir gün tez başlayır.


Diqqət yetirmək lazımdır ki, Qədr gecəsi ilə bağlı bu hesablamanın mələklərin həmin gecədə nazil olması ilə heç bir ziddiyyəti yoxdur, belə ki, bu gecədə xüsusi ilahi ehtiram və hörmətin genişliyindən bəhs edən bütün bu cərəyanlar hər bir məntəqənin əhalisinə məxsus olan Qədr gecəsində həyata keçir. (1)


 1) Ayətullah Məkarim Şirazi və Ayətullah Cəfər Subhani, "Dini suallara cavablardan seçmələr", 2-ci çap, səh. 500, "Mədrəsətul-imamil-Əliyyibni Əbi Talib" nəşriyyatı.
Nəşr tarixi: « 1394/04/07 »

Açar sözlər : Qədr gecəsi İslam dinində
captcha