Fiqhin ali mühazirələrinin başlanğıcında Ayətullah Məkarim Şirazinin İŞİD fitnəsi haqqında bəyanatı

Fiqhin ali mühazirələrinin başlanğıcında Ayətullah Məkarim Şirazinin İŞİD fitnəsi haqqında bəyanatı


Rəbiul-əvvəl ayının ilk günündə (20.11.2017) hər yerdə yayımlanan çox sevindirici bir xəbər, yəni daşürəklilik, qəddarlıq və vəhşilikdə tarixdə misli görünməmiş İŞİD-in məhvi və bu cinayətkar qruplaşmanın süqut xəbəri olduqca ümidverici və ruhlandırıcı idi.‌

Fiqhin ali mühazirələrinin başlanğıcında Ayətullah Məkarim Şirazinin İŞİD fitnəsi haqqında bəyanatı
Rəbiul-əvvəl ayının ilk günündə (20.11.2017) hər yerdə yayımlanan çox sevindirici bir xəbər, yəni daşürəklilik, qəddarlıq və vəhşilikdə tarixdə misli görünməmiş İŞİD-in məhvi və bu cinayətkar qruplaşmanın süqut xəbəri olduqca ümidverici və ruhlandırıcı idi.

Bağışlayan və mehriban Allahın adı ilə
Rəbiul-əvvəl ayının ilk günündə hər yerdə yayımlanan çox sevindirici bir xəbər, yəni daşürəklilik, qəddarlıq və vəhşilikdə tarixdə misli görünməmiş İŞİD-in məhvi və bu cinayətkar qruplaşmanın süqut xəbəri olduqca ümidverici və ruhlandırıcı idi.
Bu nemətə və böyük zəfərə görə Allaha min dəfələrlə şükür edir, bunu bölgə ölkələrinin ittifaqı, İran, İraq, Suriya və bölgədəki digər ölkələrin mücahid gənclərinin həmrəyliyinin nəticəsi hesab edirəm.

Ali dini liderin dəyərli yol göstərmələri, İslamın igid generalı Qasim Süleymaninin rəşadəti və fövqəladə tədbiri, Nəcəfin möhtərəm mərcəyi-təqlid müctehidlərinin dəstəyi yaddaşlardan silinməyəcək.
Nəzərə almaq lazımdır ki, təkcə bölgədəki ölkələrin üzərindəki təhlükə deyil, həm də bütün dünyanı bürümə ehtimalı olan böyük təhlükə aradan qaldırılıb. Ona görə ki, bu qəddar və yırtıcı qruplaşma qarşısında heç bir maneə görmürdü. Dünya belə şeylərin qədrini bilsəydi, bu igid general və ordusu BMT tərəfindən təqdir və təşəkkürə layiq görülməli idi. Nobel mükafatı təqdimatçıları keçmiş səhvlərini düzəltmək üçün ən böyük sülh mükafatını ona verməlidilər ki, bölgədəki müharibə alovu onun və ordusunun vasitəsilə söndürülüb, dünya qorxulu bir kabusdan xilas olub.

Əlbəttə, bu zəfər ucuz başa gəlməyib; bölgə ölkələrinin minlərlə şücaətli cavanı bu yolda canından keçərək şəhid olublar, insanların namusu, heysiyyəti və malı talanıb, bir çox şəhərlər viran edilib, hansı ki, yenidən bərpası asanlıqla mümkün olmayacaq.
İndi bütün dünya bilir ki, İŞİD terroristləri ilə ən effektiv mübarizə aparan bölgədəki silahlı qüvvələr, xüsusilə İran ordusu, Həşdul-Şəbi briqadası və Livan Hizbullahı olub.

Həmçinin, mötəbər sənədlərə əsasən hamı yaxşı bilir ki, İŞİD-in yaradıcıları Amerika və İsrail olub və olmaqdadır. İdeloji və iqtisadi hamiləri isə Səudiyyə Ərəbistanıdır. Ancaq Allahın köməkliyi ilə bölgə ölkələrinin ittifaqı qarşısında bir şey edə bilmədilər və daha da maraqlısı bütün bu aşkar nişanələrə rəğmən, Amerika rəsmiləri qəti xəcalət çəkmədən bizi terrorizmə dəstəkdə günahlandırırlar, özlərini isə terrorizmlə mübarizə aparan kimi təqdim edirlər. Halbuki, özlərinin də bildiyi kimi əgər bu canfəşanlıqlar olmasaydı, İŞİD alovunun şöləsi onları da cənginə alacaqdı.
Amma güman edilməsin ki, İran, Livan, İraq və Suriya düşmənlərinin təxribatları bununla da sona çatdı və biz də könül rahatlığı ilə işlərimizi davam etdirə bilərik. Əlbəttə, belə deyil. Livanın baş nazirinin başına gələn misilsiz olay, Yəmənin mühasirədə saxlanılıb ərzaq və dərman yardımı belə görməməsi bunu göstərir ki, təxribat himayədarları fəaliyyətlərini başqa yöndə davam etdirmək istəyirlər. Deməli, biz də həmişəkindən daha ayıq-sayıq olmalı, ilahi yardım və nüsrətin yenə bizim mücahidlərdən yana olduğunu bilməliyik.
Yayım tarixi: 22.11.2017

 

captcha