Ayətullah Məkarim Şirazinin beynəlxalq Qüds günü və Sepah raketlərinin terrorist mərkəzini darmadağın etməsi ilə bağlı mesajı

Ayətullah Məkarim Şirazinin beynəlxalq Qüds günü və Sepah raketlərinin terrorist mərkəzini darmadağın etməsi ilə bağlı mesajı


Beynəlxalq Qüds günü müsəlmanların vəhdəti və düşmən üzərində qələbəsidir. Bu üzdən orada hər kəsin iştirakı vacibdir.‌

Ayətullah Məkarim Şirazinin beynəlxalq Qüds günü və Sepah raketlərinin terrorist mərkəzini darmadağın etməsi ilə bağlı mesajı
Beynəlxalq Qüds günü müsəlmanların vəhdəti və düşmən üzərində qələbəsidir. Bu üzdən orada hər kəsin iştirakı vacibdir.

Bağışlayan və mehriban Allahın adı ilə
İmam Xomeyninin (r) kreativliyinə uyğun olaraq qırx ilə yaxındır ki, dünya müsəlmanları mübarək Ramazan ayının son cüməsini Beynəlxalq Qüds günü kimi tanıyır. Əzəmətli yürüşlərin təşkili ilə Fələstin məsələsini unudulmasına imkan vermirlər. Hərçənd, sionist düşmənlər var gücləri ilə müsəlmanların mənimsənilmiş torpaqlarının, xüsusi Əqsa məscidinin rəsmiləşdirilməsinə çalışmaqdadır.
Çox təəssüf olsun ki, bəzi İslam dövlətləri sionist qorxusu altında və ya Amerika ilə çirkin münasibətləri nəticəsində öz xalqına yürüş keçirmək icazəsi tanımır və bu sarıdan onlara zülm edirlər. Lakin mediya və informasiya vasitələrinin oyaq xalqların mesajını dünyaya çatdırması sevindirici haldır.

Builki yürüş Sepah raketlərinin tam dəqiqliklə terrorist yuvasını vurması və darmadağın etməsi ilə başqa bir anlam tapır.
Sadəlövh insanların gümanının əksinə olaraq bu yürüş və o raket həmləsi bölgənin təhlükəsizliyində çox təsirlidir. Çünki, məsxərəli ərəb NATO-su adı altında və ya hər hansı formada müharibə istəyinin böyük xərcə başa gəldiyini anladılar, hansı ki altından qalxmağa gücləri çatmır.

İlahi hidayətə tabe olanlara salam olsun!
Yayım tarixi: 22.06.2017

captcha