Allahın adı ilə
Möhtərəm Höccətül-İslam Raceh Nasir Abbas Cəfər cənablarına salamlarla!
Siz alicənab və bir qrup dostlarınız aclıq aksiyası sayəsində Pakistandakı Əhli-beyt (ə) məktəbi ardıcıllarının haqlarını dirçəltməkdə önəmli canfəşanlıq sərgiləmisiniz. Hansı ki, dünyanın bir çox nöqtələrinə əks-səda salaraq, – Allaha həmd olsun – nəzərəçarpacaq bəhrələr vermişdir.
İndi isə mən siz alicənabdan və dostlarınızdan xahiş edirəm ki, sağlamlığınızı qorumaq üçün aclıq aksiyasına son verəsiniz! Həmişə qarşılaşdığı problemlərdə müdafiə etdiyimiz dost dövlət Pakistandan da gözləntimiz budur ki, alicənabın və digər müsəlman, xüsusən də şiə pakistanlıların haqlı tələblərinə müsbət cavab versinlər. Onların Pakistan dövlətindən tələbi yalnız məzhəb ardıcıllarının haqlarını bərpa etməkdir. İnanmıram ki, onlar vətəndaşlıq haqlarına əhəmiyyət verməsinlər.
Bütün Pakistan xalqı, xüsusilə şiələr birlik sərgiləyərək, ümumi asayişi qorumaq şərtilə öz haqlarını tələb etsinlər və Allahın izni ilə istəklərinə çatacaqlar.
Daima müvəffəq və başıuca olun!
Nasir Məkarim
Yayım tarixi: 07.08.2016