Bugünkü dünyanın böyük bəlası, hətta BMT-yə belə nüfuz etmiş korrupsiyadır.

Bugünkü dünyanın böyük bəlası, hətta BMT-yə belə nüfuz etmiş korrupsiyadır.


Əfsuslar olsun, bu gün sərvət dünyaya hakimdir. Ərəbistan mövcud sərvəti sayəsində BMT-ni belə neft dollarları ilə təhdid edir.‌  ‌

Ayətullah Məkarim Şirazi bir qrup Məşhəd, Tehran və Urmiya tələbəsi ilə görüşündə onlara təhsil və təbliğatlarında müvəffəqiyyət diləməklə yanaşı buyurdu: Peyğəmbərin (s) möcüzələrindən biri elm, alim və elm adamını himayə məsələsidir. O həzrət elə bir vaxtda ortaya çıxdı ki, cəhalət dövrü idi və nadanlıq hər yeri bürümüşdü.
O, sözünə əlavə etdi: Buna rəğmən, Peyğəmbər (s) və səmavi kitabı Qurani-kərim o qədər elmdən soz açmışdır ki, öz təbii məcrasından xaricdir. Başqa sözlə, elmin bu qədər dəstəklənməsi həmin cahil cəmiyyətin məhsulu ola bilməz.
Ayətullah Məkarim Şirazi elmə təkid edən qaynağa işarə etdi və buyurdu: Elmi dəstəyin kökü həzrət Adəmə (ə) qayıdır. Allah-taala həzrət Adəmi (ə) isimlərlə alim edir. Alim olduğuna görə mələklərinə əmr edir ki, ona səcdə etsinlər. Adəmin iftixarı (mələklərin səcdəgahına çevrilməyi) elmli olmasından ötrüydü.
O, Peyğəmbərə (s) ilk nazil olan şeyin elm və oxumaq olduğunu bəyan etməklə, bildirdi: İslam peyğəmbərinə (s) ilk nazil olan vəhy oxumağa təkid edirdi. Bu mühüm nöqtədir. Belə ki, qaranlıq cəhalət əsrində İslamın nə dərəcədə elmi müdafiə etdiyini anlayırıq; Qurani-kərimdə təfəkkür, düşüncə və tədbirlə bağlı yetmiş ayə var. Bu təkrarlamalar sadə yanaşılacaq məsələlər deyil.
Sərvətin dünyaya hakimliyi
Ayətullah Məkarim Şirazi davamında bildirdi: Peyğəmbər (s) sonra onun canişini həzrət Əli (ə) də bu mövzuya təkid etmişdi. “Nəhcül-bəlağə”yə diqqət etsəniz, belə hədislərlə doludur. Nümunə olaraq, həzrətin elmi maldan üstün tutan qısa kəlamını göstərmək olar. Halbuki, günümüzdə malı elmdən üstün tuturlar.
Ayətullah Məkarim Şirazi müasir cəmiyyətin əsas probleminə toxunaraq, əlavə etdi: Günümüzdə bütün insanlar sərvət dalıncadır, elmi də sərvətin xadimi bilirlər. Həzrət Əli (ə) buyurur: “Elmin maldan beş üstünlüyü var: birincisi, elm insanı qoruyur, malı isə qorumaq lazımdır. İkincisi, malı bağışladıqda azalır, amma elm verməklə çoxalır”.
O, aydınlıq gətirdi: Sərvətlə elmin üçüncü fərqi budur ki, sərvət və mal xatirinə birinin ardınca gedən kəs sərvətin tükənməsi ilə ondan ayrılır. Amma elmə görə fərdlər daima elm sahibinin ardınca gedir. Dördüncü fərq, mal sahiblərinin sağlıqlarında belə ölü olmaları, elm sahiblərinin isə ölmələrinə rəğmən, əsərlərinin qalıcı olmasıdır; Şeyx Ənsari və Şeyx Tusi kimi.
O, sərvətlə elmin beşinci fərqini belə bəyan etdi: Elmin hakimiyyəti var, mal isə məhkumdur, yəni malı insan tənzimləməli, idarə etməlidir, elm isə belə deyil.
Müasir dünyanın böyük bəlası qeyri-qanuni sərvətin aləmə hakim kəsilməsidir.
Ayətullah Məkarim Şirazi İslamın 1400 il əvvəl elmə böyük dəyər verməsini bəyan edərək buyurdu: Təəssüflər olsun ki, bu gün mal dünyaya hakim olub. Ərəbistan mövcud sərvəti sayəsində BMT-ni belə neft dollarları ilə təhdid edir ki, Ərəbistanın adını uşaq qatili siyahısından çıxarsın. Onlar da Səudiyyə Ərəbistanının adını dərhal silirlər.
O əlavə etdi: Buradan BMT-nin belə onlardan rüşvət aldığı üzə çıxır. Başqa yerdə Amerika şahidləri, əkiz qüllələrin partladılması macərasında Ərəbistanın əli olduğunu göstərsə də, həmin təhdidlə adını hallandırmırlar. Bu gün baş verən müharibələr, ölümlər sərvətin hakimiyyətindən irəli gəlir. Əgər hakimiyyət elmin əlində olsaydı, bu cür hadisələrə şahid olmazdıq.
Günümüzdə İslam maarifinə dünyanın çox ehtiyacı var.
Ayətullah Məkarim Şirazi Əhli-beyt (ə) yolunda addımlamaq iftixarına nail olmuş tələbələrin uğuruna işarə etdi və buyurdu: Bu yolda qərar tutmaq istəyən, amma buna nail olmayan bir çox insan vardır. Allahın sizə lütfü sayəsində bu yolda qərarlaşmısınız və adlarınız İmam Baqir (ə), İmam Sadiq (ə) tələbələri siyahısındadır.
O, ardınca buyurdu: Biz elə bir dövrdə yaşayırıq ki, İslam elmlərinə tələbat həmişəkindən daha çoxdur. Keçmişdə şübhələr azdı. Vardısa da məhdud miqyasdaydı. İndi isə həm şübhələr çoxalıb, həm də modern mediya vasitəsilə şərqdən qərbə, qərbdən də şərqə ötürülür. Belə bir atmosferdə məsuliyyətimiz çox və ağırdır.
Ayətullah Məkarim Şirazi tələbələrin günün tələbindən xəbərdar olmalarını dilə gətirərək əlavə etdi: Tələbələr günün tələbini öyrənməlidirlər; hövzə dərslərini yaxşı oxumaqla yanaşı, digər məsələləri də öyrənməlidirlər. Tələbə bilməlidir ki, təkfir məsələsinin beşiyi Səudiyyə Ərəbistanıdır və təlimlərini Məhəmməd ibn Əbdülvəhhab ixtira edib. Həmçinin, tələbə yalançı irfanların hardan gəldiyini bilməli və cavablarını verməyi bacarmalıdır.  
O, “Tələbəliyin uğur amilləri nələrdir?” – sualına cavabında buyurdu: Tələbənin uğur rəmzi üç şeydir;
1.    Nizam-intizam: mütaliədə, bəhsdə və həyatın bütün sahələrində nizamlılıq;
2.    Davamiyyət: tələbə yorulmamalı, daima zəhmət çəkməlidir;
3.    Xalis niyyət: Niyyət nə qədər xalis olarsa, uğur da bir o qədər çox olar. Bilin ki, müvəffəq şəxslər xalis insanlar olublar.
Yayım tarixi: 26/07/2016

 

Açar sözlər : Quran Məkarim Ayətullah Şirazi BMT
captcha