Bir film barədə soruşulan suala cavab

Bir film barədə soruşulan suala cavab


Bir neçə ay öncə İngiltərədən yayımlanan ərəb televiziya kanallarından biri “Yəvmul-əzab”, yaxud “İşgəncə günü” adlı bir film çəkməkdən ötrü dünya şiələrindən milyonlarla funt sterlinq toplamağa başlamışdır.‌  ‌

Allahın adı ilə
Ayətullah əl-uzma Məkarim Şirazi cənablarına
Salam əleykum

Bildiyiniz kimi bir neçə ay öncə İngiltərədən yayımlanan ərəb televiziya kanallarından biri “Yəvmul-əzab”, yaxud “İşgəncə günü” adlı uzunmetrajlı bir film çəkməkdən ötrü dünya şiələrindən milyonlarla funt sterlinq toplamağa başlamışdır. Əhli-sünnə qardaşlarımızın müqəddəslərini təhqir etməkdə uzun keçmişi olan kanal rəhbərliyi filmin çəkilişi ilə bağlı bunları dilə gətirir:
“Tanınmış qərb kinomatoqraf və aktyorlarının iştiraki ilə ərsəyə gələcək filmdə həzrət Zəhranın (s) həyat hekayəsi, xüsusilə Peyğəmbərin (s) vəfatından sonrakı dönəm təsvir olunacaq. Dünya əhalisi ilk dəfə bu film vasitəsilə birinci xəlifə (...) və tərəfdarlarının həzrətin (s.ə) evinə necə hücum etdiyini və hörmətini sındırdıqlarına şahid olacaq. Bu film xəlifələrin (iki şeyxin) əfsanəvi şəxsiyyətinin məhvinə səbəb olacaq... Bu film həqiqi İslamla yolundan sapmış (yəni, Səqifə islamı) İslamın fərqini gözlər önünə sərəcək...
Biz həzrət Zəhranın (s) intiqamını alacağımıza and içmişik!”
(Yasir Həbibin “Fədək” kanalındakı çıxışının bir hissəsi. Tarix: 10.04.2016)

 

Bu filmin təbliği və onun ərsəyə gəlməsi və ayrı-ayrı yardımların cəzbi üçün göstərilən çoxlu səyləri nəzərə alaraq, sizdən xahiş edirəm ki, belə bir filmin himayəsi, təbliği və baxılması barədə hər növ şəri hökmü bizə bildirəsiniz.
Bir qrup müqəllid və sizi sevərlər tərəfindən... 14.06.2016

(Cavab məktubu)
Allahın adı ilə

Heç şübhəsiz, bu filmin hazırlanmasına, yayılmasına və ya tamaşasına yardım edən şəxs böyük günaha əl atmışdır. Xüsusilə, müsəlmanlar arasında hər növ ixtilafın İslam düşmənlərinin qələbəsinə səbəb olan hazırkı bir şəraitdə. Bu cür işlərin ağır şəri məsuliyyəti var.
Böyük ehtimalla bu işdə İslam düşmənlərinin əli var (ki, bu film onların əli ilə ərsəyə gəlir). Bəlkə də bu yolda qanların tökülməsi üçün plan cızıblar. Dəstək olan hər kəs bu işdə şərikdir. Hamıya bildirin ki, belə ikitirəlik yaradan proqramların hazırlanması ilə məşğul olan şəxslər bizdən deyillər. Əfsuslar olsun ki, onlar bir qrup Əhli-beyt (ə) sevərlərin, xüsusən də əzəmətli İslam xanımı həzrət Fatimə Zəhra (s) aşiqlərinin məhəbbətindən sui-istifadə edirlər. Bu filmin mesajları İslam və Əhli-beyt (ə) şiəsinin mesajları deyil.
Həmişə müvəffəq olun!
Yayım tarixi: 05.07.2016

 

captcha