Ayətullah Məkarim Şirazinin rəsmi ofisinə aid bloqun İspanca versiyası Ramazan ayında rəsmi fəaliyyətinə başladı.

Ayətullah Məkarim Şirazinin rəsmi ofisinə aid bloqun İspanca versiyası Ramazan ayında rəsmi fəaliyyətinə başladı.


Dünyada beş yüz milyondan çox ispanca danışan insan var və bunun da əksəriyyəti dinə meyilli insanların payına düşür‌

Bismillahir Rəhmanir Rəhim
Allah-taalanın lütfü, həzrət Məhdinin (əc.) sayəsində Ayətullah Məkarim Şirazinin rəsmi ofisinə aid bloqun ispanca versiyası Ramazan ayının başlanğıcında rəsmi fəaliyyətinə başladı.
Bu bölüm, dünyanın ayrı-ayrı yerlərində, xüsusilə Latın Amerikasındakı on səkkiz ölkədə yaşayan ispan dilli müsəlmanların istifadəsi üçün nəzərdə tutulub.
Dünyada beş yüz milyondan çox ispanca danışan insan var və bunun da əksəriyyəti dinə meyilli insanların payına düşür. İspan dilli ölkələrdəki müsəlmanların say göstəricisi az olsa da, bu cəmiyyətlərdəki fürsətlər, xüsusilə də, Latın Amerikasında İslamın yayılmasına münbit şəraitin olması bu statistikanı hər keçən gün artırmaqdadır.
Bu üzdən Ayətullah Məkarim Şirazinin rəsmi ofisinin nəzdindəki bloqun ispan bölməsi, ispan dilli müsəlmanların dini suallarını cavablandırmaqla yanaşı İslam axtarışında olanlara İslam maarifini tanıtdırmaqda önəmli rol oynayacaq.
Bu bölümün məzmunu istifadəçilərin ehtiyacına uyğun tərtib olunacaq və hal-hazırda aşağıdakı mövzuları özündə ehtiva edir:
•    “Şəriət məsələlərinin izahı” risaləsi, ispanca və izahlı formada;
•    Ayətullah Məkarim Şirazinin “İstiftaatı” (şəri suallara cavablar), istifadəçilərin qarşılaşdıqları məsələlərə uyğun şəkildə;
•    Ayətullah Məkarim Şirazinin əsərləri; “Nümunə” təfsirinin bəzi hissələri, “Nəhcül-bəlağə”nin şərhi (İmamın (ə) mesajı) və həzrətin müxtəlif mövzularda əsərlərinin ispancası;
•    Fiqh, Quran, əxlaq, etiqad, kəlam, tarix və digər mövzulara dair məqalələr toplusu;
•    Ayətullah Məkarim Şirazinin rəsmi ofisinin rəsmi informasiya və xəbərləri;
•    Müxtəlif dini zəminlərdə və sosial şəbəkələrdə paylaşmaq üçün münasib şəkil və video çarxlar;
•    Bundan əlavə, Ayətullah Məkarim Şirazinin rəsmi ofisinin cavablandırma sistemi hazırda iki formada fəaliyyət göstərir:
-    Sayta daxil olub “Sual göndər” bölməsi ilə;
-    İctimai şəbəkələrdən +989030897812 nömrəsinə mesaj göndərməklə.
İstifadəçilərin şəri və etiqadi sualları ispanca cavablandırılacaq.
Ayətullah Məkarim Şirazinin rəsmi ofisinə aid bloqun ispanca adresi
http://makarem.ir/index.aspx?lid=7

Açar sözlər : Məkarim Ayətullah Şirazi İspanca
captcha