Şeyx Nimrin şəhadəti unudulmayacaq/ İnqilab güclərinə tövsiyə

Şeyx Nimrin şəhadəti unudulmayacaq/ İnqilab güclərinə tövsiyə


Şeyx Nimr silaha əl atmadı, onun silahı dili və qələmi idi. Şeyx Nimrin boynunu vurub, bədənini dara çəkməkləri mahiyyət etibarı ilə, İŞİD-in gördüyü işlə eynidir.‌

Şeyx Nimrin şəhadəti unudulmayacaq/ İnqilab güclərinə tövsiyə
Şeyx Nimr silaha əl atmadı, onun silahı dili və qələmi idi. Şeyx Nimrin boynunu vurub, bədənini dara çəkməkləri mahiyyət etibarı ilə, İŞİD-in gördüyü işlə eynidir.
Ayətullah Məkarim Şirazi Qum şəhərinin “Məscidul-Əzəm”ində təşkil olunan fiqhin ali mühazirəsinin başlanğıcında Şeyx Nimrin şəhadətilə əlaqədar bir daha başsağlığı verdi. Sonra bu ilahi alimin edamında təqsirli bilinən Səud sülaləsini pisləyərək, dərs iştirakçıları ilə birgə mərhumun ruhunun şad olmasından ötrü “Fatihə” oxudular.
O, Şeyx Nimrin edamını Səud sülaləsinin ən böyük cinayəti bilərək, aydınlıq gətirdi: Bütün dünya bu addımı pisləyir, yalnız narahatlıqlarını dilə gətirməyən amerikalılar bundan müstəsnadır.
Təsəvvürümüz budur ki, bu dəhşətli cinayət böyük ehtimalla onların göstərişi əsasında törədilib. Amerikalılar və sionistlər İslam təriqətləri, eləcə də şiə-sünni arasında qarşıdurma yaratmaq planı üzərində çalışırlar. Bu hadisənin baş verməsindən və nəticələrindən xoşhal görünürlər.
Ayətullah Məkarim Şirazi Şeyx Nimrin adını bir neçə terroristlə hallandırılması və onlarla birgə edam edilməsinə işarə edərək, sözünə əlavə etdi: Bunlar öz gümanlarında zirək davranıb Şeyx Nimrin adını bir qrup terroristin kənarına qoymaq, bir neçə Quran ayəsi və hədisə istinad etməklə, ünvandan yayındırmaq istəyirdilər.
O davamında buyurdu: Şeyx Nimr silaha əl atmadı, onun silahı dili və qələmi idi. Şeyx Nimrin boynunu vurub, bədənini dara çəkməkləri mahiyyət etibarı ilə, İŞİD-in gördüyü işlə eynidir. Hətta, Qərbin məşhur qəzetlərində bu addım qınaq obyektinə çevrildi və o İŞİD-in əməli ilə eyni tutuldu.
O, səudiyyəlilərin siyasətdə və bölgədəki nəhs hədəflərindən dolayı məğlub olduqlarını və intiqam almaq istədiklərini dilə gətirərək, bunları xatırlatdı: Onlar bilsin ki, Yəməni bombalamaqla bir nəticə almayacaqlar. Bunlar Suriya, Yəmən və İraqdakı məğlubiyyətlərinin intiqamını almaq fikrindədirlər. Amma, bilsinlər ki, bu günahsız Şeyxin şəhadəti onların təsəvvür etmədikləri xərclərə başa gəlmiş və gələcəkdə də böyük xərlər götürəcəkdir.
Ayətullah Məkarim Şirazi bir sıra şəxslər tərəfindən Səudiyyə Ərəbistanının Tehran və Məşhəddəki səfirlik və konsulluğuna hücumunu xoşagəlməz addım sayaraq, bütün xalqa, o cümlədən İran İslam İnqilabı və quruluşuna bağlı kəslərə ölkə və quruluş üçün baha başa gələn hər hansı addım atmamağı məsləhət gördü.
O xatırlatdı: Bu iş iki qrup tərəfindən baş verə bilər; birinci qrup səudiyyəlilərin siyasət və addımlarından qəzəblənən islami nizam və quruluşa bağlı şəxslərdir, lakin bəzən kələfin ucunu itirirlər, bu üzdən ehtiyatlı olmaları vacibdir. İkinci qrup isə satqın və maraqlı şəxslərdir, hansı ki, bulanıq sudan balıq tutmağa çalışır, şiə-sünni arasında ədavətin qızışaraq geniş vüsət almasını, bununla da, məqsədlərinə çatmaq istəyirlər.
O, davamında əlavə etdi: Belə işlərə əl atmaq lazım deyil. Bu qəbildən olan işlərin quruluş və İslam üçün ağır xərcləri var. Dünya səudiyyəliləri pislədiyi halda, niyə vəziyyəti əleyhimizə dəyişək?
Dostların öz əsəblərinə hakim olub, düşmənə bəhanə verməyəcəyinə, bu işə maraqlıların qarşısını qətiyyətlə alacaqlarına ümidvaram!
Ayətullah Məkarim Şirazi buyurdu: Şeyx Nimrin şəhadəti unudulmayacaq bir mövzudur, Allah-taalanın İslam və Quranı zəiflətməyə çalışanların kökünü kəsəcəyinə ümid bəsləyirik.
Yayım tarixi: 04/01/2016

 

captcha