Ayətullah Məkarim Şirazinin İslam dünyasında təkfir və fitnə mərkəzi sayılan Səud sülaləsinin qəddarcasına olan son cinayəti ilə bağlı mesajı
Biz bu gözlənilməz cinayəti kəskin pisləyirik və sözsüz ki, bunun qisası alınacaqdır. Bildiyimiz kimi, bu cinayətlər Səud sülaləsinin İraq, Suriya və Yəməndə üzləşdiyi məğlubiyyətlərin intiqamıdır.
Bağışlayan və mehriban Allahın adı ilə
Həqiqətən, biz Allahınıq və qayıdışımız da Onadır.
Ayətullah Şeyx Nimrin dəhşətli edam xəbəri, xüsusilə bu cinayətin dindən çıxmış və kafir ittihamı adı altında törədilməsi İslam dünyasını dəhşət və təəccübə boğdu. Bugünədək, dünyada fitnə və təkfir mərkəzinin Səud sülaləsi olduğuna tərəddüd edilirdisə, bu aşkar nümunədən sonra, artıq şübhəyə yer qalmayacaq.
Biz bu gözlənilməz cinayəti kəskin pisləyirik və sözsüz ki, bunun qisası alınacaqdır. Bildiyimiz kimi, bu cinayətlər Səud sülaləsinin İraq, Suriya və Yəməndə üzləşdiyi məğlubiyyətlərin intiqamıdır. Lakin bu üç bölgədə daha mühüm məğlubiyyətlə üzləşəcəklərini gözləsinlər!
Əlbəttə, bu cinayət Amerikadan xəbərsiz baş verməmişdir, çünki Səud sülaləsi az əhəmiyyətli işləri belə onların nəzarəti altında həyata keçirir. Bilirik ki, sünni və şiə arasında müharibə yaratmaq əzmindədirlər, amma həm Səudiyyə, həm də Amerika səhv edir. Bizim əhli-sünnə ilə bir problemimiz yoxdur, problemimiz təkfirçilərlədir, hansı ki, onda bütün müsəlmanlar yekdildir.
Səud sülaləsi bilsin ki, unudulmaz bir cinayətə imza atıblar və bu ağılsız addımın mənfi təsirlərinə gələcəkdə şahid olacaqlar.
Şiə və əhli-sünnə dünyası bu cinayəti kəskin pislədiyi kimi, dünya azadlıqsevərləri də sözügedən cinayəti qınayacaqlar.
Onların günahı nə idi, silahlı təxribat törətmişdilərmi?! Kimisə qətlə yetirmişdilərmi?! Yeganə günahları, “Səudiyyə Ərəbistanında şiə azlıqlar öz hüquqlarından yararlanmalı və təriqət mərasimlərini keçirməkdə azad olmalıdır” – demələri idi.
Bu günahdırmı, ağır cinayətə layiqdirmi?
“Həqiqətən də, sənin Rəbbin nəzarət edir!”.
Yayım tarixi: 02/01/2016