Digər təriqətlərin müqəddəslərini təhqir etmək, vilayətə bağlılıq nümunəsi deyil/ Bəzi şübhəli və sifarişli kanallar başqalarının müqəddəslərinə nalayiq sözlər deməkdədir.

Digər təriqətlərin müqəddəslərini təhqir etmək, vilayətə bağlılıq nümunəsi deyil/ Bəzi şübhəli və sifarişli kanallar başqalarının müqəddəslərinə nalayiq sözlər deməkdədir.


Son günlər, vəhdət, yaxınlaşma və birliyə rəğbət göstərən “əl-Əhzər”in Şeyxi şiələrə qarşı kəskin bir çıxış etdi və bu çıxışının səbəbi kimi başqalarının müqəddəslərini pisləyən televiziya kanallarını göstərdi.‌

Digər təriqətlərin müqəddəslərini təhqir etmək, vilayətə bağlılıq nümunəsi deyil/ Bəzi şübhəli və sifarişli kanallar başqalarının müqəddəslərinə nalayiq sözlər deməkdədir.
Son günlər, vəhdət, yaxınlaşma və birliyə rəğbət göstərən “əl-Əhzər”in Şeyxi şiələrə qarşı kəskin bir çıxış etdi və bu çıxışının səbəbi kimi başqalarının müqəddəslərini pisləyən televiziya kanallarını göstərdi.


Ayətullah Məkarim Şirazi Qum şəhərində, “Məscidul-Əzəm”də keçirilən özünün fiqhin ali mühazirəsinin başlanğıcında, həzrət Mehdinin (əc.) imamət məqamına çatmasının il dönümü münasibətilə bütün müsəlmanları, şiələri və o həzrətə sevgisi olan hər kəsi təbrik etdikdən sonra buyurdu: Bu günlərdə müsəlmanların vəhdətinə xələl gətirən işlərdən çəkinmək lazımdır.
O, ardınca əlavə etdi: Mümkündür ki, bir qrup insan vilayətə bağlılığın başqalarının müqəddəslərini təhqirlə olduğunu güman etsinlər, bu səhv bir düşüncədir.


Ayətullah Məkarim Şirazi aydınlıq gətirdi: Son günlər, vəhdət və yaxınlaşmağa rəğbət göstərən “əl-Əhzər”in Şeyxi şiələrə qarşı kəskin bir çıxış etdi və bu çıxışının səbəbi kimi başqalarının müqəddəslərini pisləyən televiziya kanallarını göstərdi.
O, bunu da bəyan etdi: Şübhəsiz, xaricilərin təhrik etdiyi bir-iki televiziya kanalı var ki, digər təriqət və məzhəblərin müqəddəslərinə nalayiq sözlər demək üçün onları düşmən qidalandırır.


O, davamında buyurdu: Əlbəttə, mən “əl-Əhzər” müftisinə tutarlı və möhkəm cavab yazaraq bunların düşmən təhriki olduğunu xüsusi qeyd edəcəm; siz təriqət və məzhəbi naməlum və asılı kanallardan deyil, mərcəyi-təqlid müctehidlərdən öyrənin.
Ayətullah Məkarim Şirazi bunu da qeyd etdi: Bu məsələ, vəhdət və yaxınlaşmağa meyilli bir şəxsin əsəbləşməsinə və şiələr əleyhinə kəskin nitq söyləməsinə səbəb olmuşdur. Belə addımlar təsirsiz ötüşmür, məzhəb davalarına, şiə-sünni qarşıdurmasına yol açır, hansı ki, distruktiv təsirə malikdir. Görəsən, ağıl və din icazə verirmi ki, öz əlimizlə tərəflərin xəsarət və can itkisinə gətirib çıxaracaq döyüşə zəmin yaradaq?!
Ayətullah Məkarim Şirazi şadlıq və bayram keçirmənin qüsursuz olduğunu dilə gətirməklə, bunu da xatırlatdı: Bayramlarda və proqramlarda ikitirəliyə, müharibəyə və təxribata səbəb olan addımlardan çəkinmək lazımdır.


O, sözünə əlavə etdi: Ümidvaram, hər keçən gün həzrət Mehdi (əc) ilə bağlılığımız daha da möhkəmlənsin, hər günümüz o həzrətin zühuruna dua etməklə keçsin! O həzrət qiyam etmədikcə, dünya düzələn deyil!
Ayətullah Məkarim Şirazi çıxışının davamında, bu gün “Feyziyyə” mədrəsəsində təşkil olunmuş Nigeriya şiələrinin qətliamı cinayətini pisləyən hövzə alimləri, müəllim və tələbələrinin etiraz toplantısına işarə edərək, buyurdu: Nigeriyanın məzlum şiələrinin həmin ölkənin qoşunları tərəfindən qətliamı, yəni silahlı qoşunun əliyalın camaata hücum edib, onları qətlə yetirməsi bir mənada keçmişi olmayan bir hadisə idi.
O, bu cinayətin Səudiyyə Ərəbistanı və siyonistlərin sifarişi ilə baş verdiyini əsaslandıran xəbərlərə işarə edərək, buyurdu: Bu ölkənin məzlum müsəlman və şiələrinin səsini dünya əhalisinə çatdırmalı, bununla da tənha olmadıqlarını isbat etməliyik.
Yayım tarixi: 21/12/2015

 

captcha