Halqa irfanını yaxşı tanıyaq (III FƏSİL)

Halqa irfanını yaxşı tanıyaq (III FƏSİL)


Politeizmə tutulmuş (şirklə qarışıq) sözlər‌

Bu kəskin şirkə mübtəla və sənədsiz təxəyüllər tamamilə, Qurani-kərim və İslam təlimlərinə, eləcə də möhkəm fəlsəfi sübutlara zidd olduğu halda irfan adı altında xalqa sırınır.
Politeizmə tutulmuş (şirklə qarışıq) sözlər
Halqa irfanının banisi (Məhəmməd Əli Tahiri) özünün “Bir neçə məqalə” kitabının 204-cü səhifəsində belə yazır:
“Bəli, mən (məqsəd Allahdır) sizə (məqsəd insandır) yetişəcəm, mənə aid hər şeyi məşuquma (insana) təqdim edəcəm. Belə bir surətdə ora sizin cənnətiniz olacaq; əlbəttə ilk günün nadanlıq cənnəti yox, bilik cənnəti! Hansı ki, o cənnətləri sizlər bilik və elm əsasında, meyil və səliqənizə uyğun yaratmısınız. Təcrübə qazandıqdan sonra anlayacaqsınız ki, hər şey “sizə aşiq” və sizin ixtiyarınızdadır. Siz ixtiyarınızdakı güclə aləmlər yarada, əsla güman etmədiyiniz ölçü və cəhətlərdə kölgənizi genişləndirə bilərsiniz. Tezliklə əmin olacaqsınız ki, tanrının gücünə maliksiniz.
Bu cür tanrı olduğunuz andan etibarən, bilmək istəyirsiniz ki, “mən”lə nə edəcəksiniz?
Bəlkə də, bütün əhvalatı bilsəniz, mən misli aşiqə göz yaşı tökərsiniz!
Sizlərdən bəziləri özünün tanrı gücü və “mən”ə möhtacsızlıq hissinə əmin olduqdan sonra deyəcək: İndi ki, özüm tanrıyam və tanrıya ehtiyacım yoxdur, niyə özümə tanrılıq etməyim?

Yalnız kiçik bir dəstə təkallahlığı (monoteizm) seçib Mənə doğru gələcək, Mənimlə vəhtədə çatacaq, lakin təkallahlıqla (monoteizm) və çoxallahlıq (politeizm) son imtahandır, sizlər hansını seçəcəksiniz?
Müəllif, “İnsan və mərifət” kitabında (səh. 263) bundan sonra insanlar üçün üç mərhələyə inanır; “ilah” mərhələsi, “rəbb” mərhələsi və “mülk” mərhələsi. O yazır:
Bu üç mərhələ insan varlığından ayrı deyil, hər biri onun varlığının parametrləridir və onun hərəkətində rol oynayır. Adam çoxluğu (insanlar) öz hərəkətinə “ilah”dan başlayıb və “rəbb” də sona çatdıracaq. Hərəkət boyu “rəbb”dən tərbiyə almaqları, düzgün hərəkətlərini təmin edəcək. “Rəbb”lə vəhdətə qovuşmaları isə hərəkətin sonunda baş verir.
Dairənin (halqanın) sonunda hər kəsin ilahi sifətə yiyələnməsi və bacarığını nəzərə almaqla, dairənin son imtahanı olan bir sualla qarşılaşır. Sual budur ki, tanrı gücünü qazandığını nəzərə almaqla, bu vəhdət aləmindən ayrılmağı üstün tutur və özü tanrı olmaq istəyir, yoxsa vəhdətə qovuşmaq arzusundadır və vəhdət aləminin allahını qəbul edir?

Yuxarıdakı cümlələri bir daha diqqətlə nəzərdən keçirin, bu çəkisiz və sənədsiz ifadələrin xülasəsi belədir:
1.    İnsan ilk öncə “uluhiyyət” məqamına çatır.
2.    Sonra “rübubiyyət” məqamına nail olur.
3.    Sonda “mülk” məqamına yetişəcək.
4.    Allah, insanların “qərarsız aşiq”i, insanlar isə “məşuq”durlar. Əgər insan bütün macəranı bilsə, ola bilsin ki, bu aşiqin halına ağlasın.
5.    Allah mehribanlığından dolayı, bütün ilahi sifətlərini insana bağışlayır ki, insan da aləmlər yarada bilsin.
6.    Nəhayət, Allah insana ixtiyar verir ki, aləmlər yaratsın və allahlıq etsin (və paralel qütblü dünyada yaşasın) və ya vəhdətə qovuşsun və Allahın allahlıq çətiri altında tək qütblü dünyada qərarlaşsın.
7.    Əgər ilk yolu seçsə, yenə dairəni təkrar-təkrar keçməli olacaq. Nəticədə, bezib öz allahlığından əl çəkmək və aləmlərin Allahına qovuşmaq məcburiyyətində qalacaq.

Sualımız budur:
Bu kəskin şirkə mübtəla və sənədsiz təxəyüllər tamamilə, Qurani-kərim və İslam təlimlərinə zidd, möhkəm fəlsəfi sübutlara qarşı olduğu halda irfan adı altında xalqa necə sırınır?
Birincisi, “üluhiyyət” (məbud olmaq) məqamı Pərvərdigarın pak zatına aiddir (وَهُوَ الَّذِى فِى السَّمَاءِ إِلَهٌ وَفِى الاَرْضِ إِلَهٌ), (O, göylərdə və yerdə məbud olan kəsdir…) “Zuxruf” surəsi, 84-cü ayə.
İkincisi, aləmin “rübubiyyət” məqamı da Allahın pak zatına məxsusdur; “rəbbul-aləmin”i təkcə “Fatihə” surəsində oxumuruq, bəlkə onlarla Quran ayəsində “rəbbul-aləmin (aləmlərin rəbbi) ünvanı Allahın sifətlərindən biri kimi qeyd edilmişdir, xüsusən “Ənam” surəsinin 164-cü ayəsində oxuyuruq: “قُلْ أَغَيْرَ اللهِ أَبْغِى رَبّآ وَهُوَ رَبُّ كُلِّ شَىْءٍ”, (De: “Allahdan başqasını Rəbb olaraq axtarım?” Halbuki, O, hər şeyin Pərvərdigarıdır…).

Üçüncüsü, hamı Allahın qərarsız aşiqi olmalıdır, nəinki Allah insanların qərarsız aşiqi. Qurani-kərim buyurur: “وَالَّذِينَ آمَنُوا أَشَدُّ حُبّآ للهِ”, (… imanı olan kəslərin Allaha sevgisi daha artıqdır…) “Bəqərə” surəsi, 165-ci ayə.
Dördüncüsü, məgər Allahın sifətləri bağışlanılandırmı ki, Allah onları başqalarına versin və o ilahi sifətlərlə aləmlər yaratsın?!
Beşincisi, insanı özünə tanrı olub, aləmlər yaratmaqla, Allahın tanrılığına qovuşmaq seçimi arasında qoymaq nə məna kəsb edir?
Bütün bu şirkə mübtəla və sənədsiz sözlər Qurani-kərim tövhidinə və İslam təlimlərinə ziddir.
Təəcccüblüdür ki, bəziləri bu kimi sözləri mütaliə etmədən, halqa irfanında İslama qarşı bir şey görmədiklərini iddia edirlər. Həqiqətən də, heyrət doğurandır!

“Yeni irfanları araşdırma mərkəzinin bir araşdırması”
Ardı var…
Ötən fəsilləri mütaliə etmək üçün ünvanların üzərinə basın.
“Halqa” irfanını yaxşı tanıyaq (I FƏSİL) Günümüzdə “kosmik irfan” (halqa) adı ilə tanıtdırılan təriqətin azdırıcı və İslam dininin aydın və əsas prinsiplərinə zidd təlimləri vardır.
Halqa irfanını daha yaxşı tanıyaq (II FƏSİL) Şeytan Adəmə Allahdan daha mehriban idi ki, onu nadanlıq cənnətindən agahlıq (bilik) cənnətinə çıxardı?

 

captcha