Bismillahir-Rəhmanir-Rəhim
İnna lillahi və inna iləyhi raciun
Minada baş verən ağrılı hadisə İslam dünyasını yasa boğdu. Elə bir faciə ki, bütün ölkələrin və əziz ölkəmizin çoxlu sayda müsəlmanlarının yaralanması və tələfatı ilə nəticələndi. Gözlər ayrılıqdan qan ağlayır, qəlblər bu böyük müsibətin atəşindən yanıb qovrulur.
Bəndə bütün dünya müsəlmanlarına, xüsusilə öz əzizlərini itirən ailələrə səmimi qəlbdən başsağlığı verirəm.
Ümidvaram ki, onların pak ruhu ilahi rəhmətin kənarında Kərbəla şəhidləri ilə birgə məhşur olsun. Qalanlarına isə Allah gözəl səbr, ali mükafat lütf eləsin və onları qiyamət günü üçün azuqə olaraq müəyyən etsin.
Bu böyük faciə məcbur edir ki, İslam alimləri bir tərəfdən, siyasətçilər digər tərəfdən ən tez halda konfranslar təşkil edib, “İki şərif hərəm”in idarəsi üçün bir tədbir görsünlər.
Hazırkı həccin öhdədarları praktiki olaraq isbat etdilər ki, bu işi görmək səlahiyyətinə malik deyillər. Bu faciənin digər illərdə, növbəti həcc mərasimlərində təkrar mümkünlüyü qorxulu bir ibadət adı altında həccin müqəddəsliyinə ağır zərbə vuracaq.
İndi ki, İslam dünyasının ümumi təfəkkürü aktivdir, bu barədə tədbir görülməli, “İki şərif hərəm”in idarəsi üçün idarəçiliyi bilən, bacarıqlı və kifayət qədər təcrübəsi olan briqada təyin edilməlidir. Əlbəttə, səudililərin də briqadada iştirakına heç bir maneə yoxdur. Şübhəsiz, əgər bu işdə səhlənkarlıq edilsə – Allah eləməmiş – mümkün hadisələr təkrarlansa, onun məsuliyyəti artıq hər kəsin boynunda olacaq.
Nasir Məkarim Şirazi
Minada baş verən faciə və acı hadisədən sonra Ayətullah əl-üzma Məkarim Şirazinin başsağlığı mesajı
Gözlər ayrılıqdan qan ağlayır, qəlblər bu böyük müsibətin atəşindən yanıb qovrulur. “İki şərif hərəm”in idarəsi üçün idarəçiliyi bilən, bacarıqlı və kifayət qədər təcrübəsi olan briqada (idarə heyəti) təyin edilməlidir.